Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Əvvəlcə Ədəbiyyat Muzeyinin birinci mərtəbəsində yerləşən kitab mağazasında olduq. Kitabxana işçilərinin sözlərinə görə, kitab alıcılarının sayı az deyil. Amma kitabxanada ən çox satılan xarici dil lüğətləri, xarici dillərdə olan kitablar, sağlamlıq haqqında elmi ədəbiyyat və uşaqlar üçün jurnallardır. Bədii əsərlərə maraq isə o qədər də güclü deyil. Azərbaycan yazıçılarından Çingiz Abdullayevin əsərləri daha çox alınır. “28 May” metrostansiyasının yaxınlığındakı kitab mağazasında daha çox satılan tibbi ədəbiyyat, xarici dil lüğətləri, abituriyentlər üçün elmi kitablar və testlərdir. Və bir də uşaqlar üçün nağil kitabları. Mağaza işçiləri bədii ədəbiyyat alıcılarının azlığından gileyləndilər. Ay ərzində 20-30 bədii ədəbiyyat satılır. Daha çox alınan isə dedektiv ədəbiyyatdır. Növbəti baş çəkdiyimiz ünvan isə Azərbaycan Milli Kitabxanası (AMK) oldu. Şənbə günü olmasına baxmayaraq, oxucuların sayı kifayət qədər idi. Oxu zallarında yerlərin əksəriyyəti tutulmuşdu. Oxucular arasında gənclərin sayı daha çox idi. Söhbət etdiyimiz oxucuların çoxu lazım olan kitabları ölkənin ən zəngin kitabxanasında belə tapa bilmədiklərindən şikayətləndilər. Onların sözlərinə görə, bir çox hallarda kitablar kataloqda olsa da, oxuculara verilmir. Bu zaman kitabxana işçiləri ya kataloqun yenilənmədiyini, ya kitabın oxucuda olduğunu, bəzən isə oxucunun kitabı qaytarmadığını əsas gətirirlər. Kitab üçün günlərlə kitabxanaya ayaq döyən tələbələr də var. Ayrı-ayrı şöbələri təmir olunduğu zaman oxuculara kitabların verilməməsi də onlarda narazılıq yaradır. AMK-in sabiq işçisi Gülçöhrə Allahverdiyeva kitabxanada oxuculara bilərəkdən kitab verilməməsi faktını təsdiqləyir. Onun sözlərinə görə, bəzən kitabxana işçiləri kitabları axtarıb tapmağa tənbəllik edir. Bildirirlər ki, ya kitab oxucudadır, ya da kitabxanada yoxdur. Bu bəhanələrdən daha çox təcrübəli işçilər istifadə edirlər.
“Yeni nəşr olunan kitabları AMK-ə verməyən nəşriyyatlara qarşı sanksiyalar tətbiq olunacaq"
Məsələyə münasibət bildirən Azərbaycan Milli Kitabxanasının rəhbəri Kərim Tahirov kitabxanaya bəzi yeni nəşrlərin verilmədiyindən şikayətlənir: "Təəssüf ki, bəzi özəl nəşriyyatlar ölkəmizdə yeni nəşr olunan kitabları kitabxanaya vermir. Belə halların qarşısının alınması üçün ölkə Prezidentinin sərəncamı ilə yeni Dövlət Proqramı təsdiq olunub. Həmin proqrama uyğun olaraq 2009-cu ildə Azərbaycanda "Məcburi nüsxə sistemi haqqında" qanun layihəsi işləyib hazırlayacağıq. Layihə Milli Məclisin yaz sessiyasınadək hazır olacaq. Həmin qanuna müvafiq olaraq Azərbaycanın bütün nəşriyyatları, hüquqi və fiziki şəxslər yeni nəşr olunan kitabları AMK-ya gətirib təhvil verməli olacaqlar. Bunu yerinə yetirməyənlərə qarşı sanksiyalar tətbiq olunacaq. Biz Fransada bu ölkənin "Məcburi nüsxə sistemi haqqında" qanunu ilə tanış olmuşuq. Həmin qanunda müəyyən maddələr var ki, onların da Azərbaycanda tətbiq edilməsi müsbət nəticə verərdi. Hazırlayacağımız qanunun tətbiqindən sonra Azərbaycanın çap məhsullarının arxiv fondunun yaradılmasına nail olacağıq". K.Tahirov xaricdə nəşr olunan əhəmiyyətli nəşrlərin AMK tərəfindən alındığını vurğuladı: "Kitabxanamız dünyanın bir çox böyük kitabxanaları ilə kitab mübadiləsi həyata keçirir. Ötən il xaricdə nəşr olunan 2500-dən çox kitab almışıq. Bu iş daim gücləndirilir və bu məqsədlə ayrılan vəsaitin miqdarı artırılır. Buna görə də bu il həmin kitabların miqdarı xeyli artıb. Gələn il isə kitab mübadiləsinin həcmi təxminən 2 dəfə artırılmalıdır". Kitabxanada kataloqda olan kitabların bir çox hallarda oxucuya verilməməsi məsələsinə münasibət bildirən K.Tahirov yaxın vaxtlarda bu məsələlərin də aradan qalxacağını söylədi: "Azərbaycan Milli Kitabxanasında mövcud olan kataloq artıq öz ömrünü başa vurmaqdadır. Hazırda elektron kataloq yaranır və bütün kataloqlar yeniləşir. Artıq 2008-ci ildən 1988-ci ilədək olan bütün kitablar elektron kataloqa daxil edilib. Bu iş davam etdirilir və ümid edirik ki, gələn il 1950-ci ilədək nəşr olunan bütün kitablar elektron kataloqa daxil ediləcək. Bundan sonra oxucuların bu problemi həllini tapacaq". Kitabxananın ayrı-ayrı zallarının təmiri zamanı oxucuların həmin şöbəyə aid kitabları ala bilməməsinə münasibət bildirən K.Tahirov şöbələr təmir olunduğu müddətdə də oxuculara xidmətin dayandırılmadığını vurğulayır: "Belə hallar isə müvəqqəti xarakter daşıyır. Kitabxana yenidən təmir olunarsa, bu barədə əlavə məlumat verilir. Amma həmin şöbənin kitablarını digər şöbələr vasitəsilə əldə etmək olar". Müşahidələr göstərir ki, bir çox hallarda kitabxanalara gedənlərin sayının azalmasında elə kitabxana işçiləri günahkardır. Kitabxanalara tez-tez müraciət etməli olan oxucuların əksəriyyəti kitabxana işçilərinin münasibətindən narazıdır. Eyni vəziyyətə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzləşmiş Kitabxanasında da rast gəlinir. Maraqlıdır ki, həmin kitabxanaya tez-tez gedənlərdən kitabxana işçilərinin qətiyyən xoşu gəlmir. Aspirant və elmi işçilərin daha çox istifadə etdiyi bu kitabxananın xarici jurnal şöbəsi isə iki ildir təmirə dayanıb. AMEA-nın nəzdində olan tədqiqat institutlarının da öz mərkəzləşmiş kitabxanası var. Amma Aşqarlar İnstitunun kitabxanası ancaq həftənin 1-ci günü açıq olur. Həmin kitabxananın sovet dövründən qalan möhürü hələ də dəyişdirilməyib. Azərbaycanda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin mərkəzləşmiş kitabxanası olan Texniki Kitabxanada da eyni vəziyyətdir. Əslində, texniki fənlərə aid respublikada tapılmayan istənilən kitab və jurnal həmin kitabxanada olmalıdır. Amma oradan nəyisə əldə etmək mümkün deyil. Həmin kitabxanada əldə etdiyin kitabı oxumaq üçün isə heç bir şərait yoxdur. Apardığımız müşahidələr göstərir ki, ölkəmizdə kitab oxucularının sayının azalmasını birmənalı söyləmək düzgün deyil. Əslində, kifayət qədər oxucu kütləsi var. Oxucuların arasında gənclərin sayının çoxluq təşkil etməsi isə sevindiricidir. İstədiyi kitabı almağa pulu olmayanlar isə həmişə kitabxanalara üz tutur. Oxucuların kitabxanalara getməməsinin səbəbini isə kitabxanaların özündə, onların oxuculara göstərdikləri xidmətin səviyyəsində axtarmaq lazımdır. Xalid AZƏR.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.