Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Layihəyə əsasən, parkda yaşıllıq saxlanılmaq şərtilə 2-3 mərtəbəli yeraltı qaraj tikiləcək, fontan quraşdırılacaq. Bağda Bakı komissarlarına qoyulan monumentin sökülməsi də bununla əlaqədardır. Abidənin altındakı məzarların köçürülməsinə gəlincə isə, icra hakimiyyətindən bildiriblər ki, cəsədlərin hansı qəbiristanlığa köçürülməsi barədə qərarı Bakı Şəhər İcra Hakimiyyəti verəcək. Məlumat üçün bildirək ki, dəfələrlə həmin ərazidə tikinti işləri aparılmasına baxmayaraq, təhlükəli olduğuna görə bu plan təxirə salınıb. Maraqlıdır, indi ərazidə hansı təhlükəsizlik tədbirlərinə əməl edilməklə, tikinti işlərinə icazə verilib? Əməkdar memar Emil Axundov bildirdi ki, həmin ərazidə hər hansı tikinti işlərinin aparılması çox təhlükəlidir: ""Sahil" metrostansiyası tikiləndə də ərazini su basmaq təhlükəsi yaranmışdı. Ərazi dənizə yaxın olduğundan burada metro stansiyasının tikilməsinə hələ o vaxtlar metropoliten işçiləri etiraz etmişdilər. Lakin etiraza məhəl qoyulmadı. Nəticədə metronu su basmağa başladı. Bunun qarşısını almaq həmin vaxtlar çox çətin oldu. Yalnız Moskvadan gələn və yerli memarların köməyi ilə həmin təhlükənin qarşısı alındı". Memar həmçinin bildirdi ki, ərazidə yeraltı qarajların tikilməsi barədə əvvəlcədən məlumat verilməli və bununla bağlı istər yerli memarların, istərsə də xarici ölkələrdəki peşəkar memarların fikri öyrənilməli idi: "Mənim zənnimcə, həmin ərazidə nəinki 2-3 mərtəbəli, heç 1 mərtəbəli yeraltı qaraj da tikmək olmaz. Çünki Xəzər dənizinin səviyyəsi günbəgün qalxmaqda davam edir. Suyun səviyyəsinin qalxdığı bir vaxtda, bu, çox təhlükəlidir. Bağ bu günə kimi dəfələrlə sökülüb, dəyişdirilib. Həmişə də dəyişikliklər zamanı abidələr sökülüb, ağaclar məhv edilib. Bu dəfə də ediləcək dəyişikliklər zamanı yeraltı qaraj hazır olduqdan sonra heç bir parkın salınmayacağını düşünürəm. Ərazini dağıtdıqdan sonra heç olmasa kol-kos da əkməyəcəklər. Sizi inandırım ki, yeraltı qaraj tikildikdən sonra onun üzərində işıq dayaqları tikiləcək". E.Axundov həmin ərazidə qaraja, özü də 2-3 mərtəbədən ibarət yeraltı qaraja ehtiyac olmadığını bildirdi: "O ərazidə bu gün əhalinin neçə faizi yaşayır? Və həmin yeraltı qaraj kimlərə lazım olacaq? Hazırda ərazidə Pedaqoji Universitet, 2-3 mərtəbəli bir yaşayış binası, bir sıra inzibati orqanların ofisindən başqa heç nə yerləşmir. Əgər park tikmək istəyirdilərsə, Nobel prospektində böyük ərazi boşdur. Plansız çox sayda tikililərin tikilməsi artıq Bakının tikinti sektorunu təhlükə altında qoyub. Artıq baş plandan heç bir əsər-əlamət qalmayıb. Heç olmasa, belə tikililərin inşa edilməsində şəhər əhalisi ilə məsləhətləşsinlər. Axı onlar bu obyektdən yararlanmalı olacaqlar". E.Axundov memarlıq abidəsinin sökülməsi əvəzində onun üzərində kiçik bir dəyişiklik edilməsini daha optimal variant saydığını dedi. GÜLƏR.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.