Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Barak Obama andiçmədə dünyaya hansı mesajını verdi?

26.01.09 - 11:03571 baxılıb

Bu sözləri dünyada stabilliyin qorunmasına yönəlik vədlər verən ABŞ-ın 44-cü Prezidenti Barak Obama andiçmə mərasimində bəyan edib. Prezident ABŞ administrasiyasının yalnız yeni iş yerləri açmayacağını, həm də gələcək inkişafın əsasını qoyacağını bəyanlayıb. "İraq iraqlıların ixtiyarına veriləcək və Əfqanıstanda çətinliklə əldə edilmiş sülh qorunacaq. Barak Obama ABŞ-ın xarici siyasətdə dostların və müttəfiqlərin dəstəyinə arxalanacağını deyib.
Amerika Prezidentinin çıxışı geniş dünya ictimaiyyətinin marağına səbəb olub. Obamanın andiçmə zamanı dünyaya hanısı mesajı ötürmək istədiyi və bunun necə qəbul ediləcəyi birmənalı qarşılanmayıb. Obamanın vəd etdiyi kimi, Amerika münaqişə zolağına alınmış dünyaya stabillik gətirə biləcəkmi? Ekspertlər öz analizlərində məsələyə ümidverici yanaşsalar da, daha çox ehtimalların üzərində dayanırlar.
"Obamanın çıxışında postsovet məkanında münaqişələrin həlli ilə bağlı yüngülvari eyhamlar var". Bu sözləri politoloq Qabil Hüseynli öz açıqlamasında bildirdi. O, Barak Obamanın çıxışının ana xəttinin pozitiv olduğunu nəzərə alaraq, Amerikanın siyasətində fundamental dəyişikliklərin olacağını istisna saydı və nəzərə çarpmasa da, bunun cüzi formada olacağını dedi. "Bu mənada mən bu dəyişikliklərin Amerikanın Dağlıq Qarabağla bağlı mövqeyinə təsir edə biləcəyinə ehtimalla yanaşıram. Bu saat birmənalı fikirlər söyləmək çətindir. Amerika siyasətinin Obamanın bir nitqi əsasında dəyişəcəyi haqqında ciddi fikirlər söyləmək çətindir. Hər halda Obamanın Buşun apardığı siyasətdən pozitiv şəkildə fərqli olacağını söyləmək olar".
Politoloq Vəfa Quluzadə Obamanın çıxışının dünyaya hansı yeniliyi verəcəyinə birmənalı yanaşmanı mümkünsüz saydı: "Çıxışlar, vədlər bir şeydir, hakimiyyətə gələndən sonra real praktiki iş görmək başqa şeydir. Ona görə də hamı ümid edir ki, olduqca intellektual və hazırlıqlı olan Barak Obama Amerikanı sağaldıb, dünyaya müsbət təsir göstərəcək. Amma eyni zamanda onun ən birinci məqsədi Amerikanın milli maraqlarıdır. O ki qaldı bu mesajın Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllinə nə dərəcədə təsir edəcəyinə, hesab edirəm ki, bu saat münaqişə nə Amerikanın, nə də ki, Rusiyanın prioriteti deyil.
Politoloq Eldar Namazov hesab edir ki, Barak Obama andiçmə zamanı dünyaya çox böyük mesaj verdi: "Barak Obama dünyaya çox böyük gündəliklər təqdim etdi. Bu, həm ABŞ, həm də dünyada böyük dəyişikliklərin olmasının vacibliyini göstərir. Barak Obamanın bütün kampaniyası ABŞ-ın daxili və xarici siyasətinin köklü dəyişməsinə yönəlməlidir. Bu, eyni zamanda dünya düzənini də dəyişməlidir. Dünyada mövcud olan ciddi konfliktlər və problemlər öz həllini tapmalıdır. Çətindir. Buna qısa bir müddət ərzində, hətta Barak Obama kimi israrlı bir siyasətçinin nail olması mümkün deyil. Ancaq hər halda bu istiqamətdə dəyişikliklər olacaqsa, yəni qaldırılan məsələlərin bir qismi öz həllini tapacaqsa, bu, çox müsbət hal olacaq".
Politoloq Aydın Mirzəzadənin fikrincə, Amerika Prezidenti andiçmə zamanı seçicilərini öz ətrafına daha sıx cəlb etmək üçün düzgün saydığı məsələlərin görüntüsünü verib. A.Mirzəzadə Barak Obamanın necə olacağını bilmək üçün onun Prezident kimi ilk 6 aylıq fəaliyyətinə qiymət verməyi daha məqbul saydı. Onun fikrincə, Barak Obamanın "çıxışında bir sıra maraqlı məqamlar var. Barak Obama ümumilikdə Amerikanın imicini dəyişməyi qarşısına məqsəd qoyub. Amerikanın bu gün iştirakçısı olduğu ağır problemləri həll etməyi prioritet götürüb. Ancaq buna nə dərəcədə nail olacağını gələcək və onun komandasının effektiv fəaliyyəti göstərəcək".

Gülər KƏRİMLİ.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.