Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
"Neftçilər" metrostansiyasının yaxınlığında çanaq antenlərin satışı ilə məşğul olan dükanlardan birinin satıcısı Fuad bizimlə söhbətində son vaxtlar çanaq antenlərinin satışının iki dəfə artdığını bildirdi. Bunu serialların yayımlanmasının dayandırılması ilə əlaqələndirdi: "Satışın həcminin artımı imkan verib ki, alıcılara qiymətdə güzəştə gedək". Həmsöhbətim yerli telekanallara tamaşaçı auditoriyası toplamaq məqsədi ilə çanaq antenlərin satışını azaltmaq üçün inzibati yollara əl atılacağı barədə xəbərlərin yayıldığını da söylədi: "Eşitmişik ki, çanaq anten sahibləri xarici telekanalları izlədiyinə görə haqq ödəməli olacaqlar. Bunun necə tətbiq ediləcəyini isə biz bilmirik". Məsələyə münasibət bildirən Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz kabel televiziyası xidməti göstərən şirkətlərin kifayət qədər olduğunu dedi: "Bu şirkətlər tamaşaçının istəyindən asılı olaraq kabel infrastrukturu qurur və öz xüsusi modemini yerləşdirir. Onun vasitəsilə 60-100 kanaldan siqnalları qəbul etmək mümkün olur. Həmin şirkətlərin peyk televiziyası ilə müqaviləsi var. Pulunu isə abonentlər ödəyirlər. Bu zaman vətəndaşa başqa antenaya ehtiyac olmur. Çünki o, 10 manat ödəməklə istədiyi kanalı izləyə bilir". Çanaq antenləri ilə xarici telekanalları izləyənlərin bir müddət sonra buna görə pul ödəməsinə gəlincə Osman Gündüz bunun qeyri-mümkün olduğunu vurğuladı: "Əgər çanaq antenası ilə həmin kanalları tuturamsa, mən nə üçün kimlərəsə pul ödəməliyəm?". Forum rəhbəri dedi ki, yeni tikililərdə bu problem yoxdur. Çünki həmin binaları inşa edənlər kabel şirkətləri ilə müqavilə imzalayırlar: "Binada bir antena quraşdırılır. Bu antena peyklər vasitəsilə televiziya kanallarının verilişlərini tutmağa və binadaxili şəbəkə yaratmağa imkan verir. Mənzil sahibləri bu şəbəkəyə qoşulmaqla istədikləri telekanala baxa bilirlər. Belə xidmətə görə ödəniş çox cüzi olur. Xarici ökələrdə "İntellektual binalar" adlanıdrılan binalarda bu sistem mövcuddur. Düşünürəm ki, Fuad bəyin çanaq anten üçün haqq barədə eşitdikləri məhz "intellektual binalar"dakı bu sistemdən qaynaqlanıb. Osman Gündüzün sözlərinə görə, xarici telekanalların yayımlanmasının dayandırılıması və filmlərin nümayişinin qadağan edilməsinin çanaq anten bazarında canlanma yaradacağı əvvəldən bəlli idi: "Bu, əvvəldən məlum idi. Çünki çox təəssüflər olsun ki, yerli telekanllardan auditoriyanı qaneedəcək informasiya almaq mümkün deyil. Televiziyalarda 3 əsas prinsip var: onlar informasiya verməli, maarifləndirici funksiyanı yerinə yetirməli və əyləncəli proqramlar hazırlamalıdırlar. Yerli telekanallarda gedən verilişlərin 90 faizi əyləncə xarakteri daşıyır. İnformasiya almaq və maariflənmək dərəcəsi isə sıfıra bərabərdir. Ona görə də tamaşaçı öz zövqünə uyğun və daha çox informasiya əldə etmək üçün, təbii ki, xarici telekanallara üz tutmağa məcburdur. Bu, gələcəkdə dövlətə də ciddi problemlər yaradacaq. Bunu milli informasiya təhlükəsizliyi baxımından deyirəm. Vətəndaş öz dövləti, milli - mənəvi dəyərləri haqqında xaricdən informasiya alacaq. Teleradio Şurası da buna görə cavab verməli olacaq".
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.