Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Həmin evlərin nə üçün sökülmədiyi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətinin rəhbəri Nuranə Mərdanovaya müraciət etdik. O, həmin ərazilərin nə zaman söküləcəyi barədə məlumatsız olduğunu bildirdi: "Əgər həmin ərazilərdəki evlərin sakinləri ilə danışıqlar aparılırsa, bu, tikinti şirkəti tərəfindən həyata keçirilir. Ərazini almaq istəyən şirkət orada yaşayan vətəndaşlarla razılaşdıqdan sonra tikinti apara bilər. Bakı Şəhər İcra Hakimiyyəti ancaq layihənin reallaşdırılmasına icazə verir. Hazırda həmin ərazilərdə ev tikilməsi üçün layihə təqdim edilib-edilməməsindən xəbərsizəm". Dövlət Şəhərsalma və Arxitektura Komi təsinin Beynəlxalq Əlaqələr və İnformasiya Şöbəsinin rəhbəri Cahangir Qocayevin sözlərinə görə, hazırda həmin "gecəqondu"ların sökülməsi üçün heç bir iş görülmür: "Bakının inkişaf planı hazırlanır. Həmin plan konsepsiya xarakteri daşıyır və gələcəkdə hazırlanacaq Baş Planın baza sənədi rolunu oynayır. Hələlik şəhərdə görülən işlər köhnə Baş Plan əsasında həyata keçirilir. Yeni bina tikintiləri və obyektlər də şəhər icra hakimiyyəti orqanının sərəncamları əsasında yerləşdirilir. "Papanin", "Sovetski" və "Kubinka"dakı "gecəqondu"ların sökülməsi də həmin ərazilərdə yeni bina tikmək istəyən sahibkarların olmasından asılıdır. Əgər yerli icra orqanlarına belə bir müraciətlər olursa, həmin müraciətlərə müsbət cavab verilə bilər. Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində heç bir məlumat yoxdur". C.Qocayevin sözlərinə görə, yaxın iki il müddətində Bakının inkişaf planının hazırlanması başa çatacaq: "Bundan sonra Baş Planın hazırlanması isə təxminən bir il vaxt aparacaq. Eyni zamanda Baş Planın hazırlanması zamanı ictimaiyyətlə geniş müzakirələrin aparılması nəzərdə tutulub. Əməkdar memar Emil Axundov da həmin ərazilərdəki "gecəqondu"ların sökülməsinin yaxın müddətdə mümkün olmayacağı qənaətindədir: "2005-ci ildən Bakı şəhərinin Baş Planı yoxdur. Çünki əvvəlki planın müddəti bitib, yeni sənəd isə hazırlanmayıb. Paytaxtda tikinti xaotik şəkildə aparılıb. Bakının hansısa ərazisindəki evlərin sökülməsi ilə bağlı məmurların açıqlamaları onların şəxsi rəyləridir. Bakının gələcək tikinti planı barədə hansısa söz deməyə bir mütəxəssis kimi mən də çətinlik çəkirəm. Çünki sabah nə baş verəcəyini bu gün söyləmək çox çətindir". E.Axundov paytaxtdakı "gecəqondu"ların sökülməsinin tərəfdarı olduğunu bildirdi. Ekspertin qənaətinə görə, bu sahədə müəyyən problemlər də yaşanacaq: "Çünki sakinlər onlara verilən pulla öz daxmalarını satmaq istəmir. Digər tərəfdən, onlar yeni tikilən binalara etibar etmirlər. Hazırda yerli icra orqanları ilə yanaşı, Bakı Şəhər İcra Hakimiyyəti problemdən çıxış yolu tapmaqda aciz qalıb. Buna görə də həmin evlərin sökülməsi barədə deyilsə də, real işin görülməsi uzun vaxt aparacaq".
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.