Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

“Süni mayalanma" və “suraqat ana" qalmaqalı səngimək bilmir

03.03.09 - 16:00638 baxılıb

"Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında" Qanun layihəsi müzakirəyə çıxarıldıqdan etibarən ətrafındakı qalmaqal səngimək bilmir. Kimisi ölkəmizdə bu qanun layihəsinə böyük ehtiyac olduğundan, kimisi isə əksinə, bu qanunda öz əksini tapan "suraqat ana", "süni mayalanma" ilə bağlı müddəaların millətin xarakterinə zidd olduğundan narahatdır. Maraqlıdır, paytaxt sakinlərinin qanun layihəsinə münasibəti necədir?

Məsələ ilə bağlı keçirdiyimiz sorğunu cavablandıran 26 yaşlı Afət xanım (müəllimə) buna çox pis yanaşdığını bildirdi: "Əgər insanın özünün övladı olmursa, tibb də bunun qarşısında acizdirsə, demək, Allah məsləhət bilmir ki, olmur. Düşünürəm ki, bu məsələdə suraqat ana qismində kimisə cəlb etmək çox böyük günahdır. Bunun əvəzində insanlar bir uşaq övladlığa götürsələr, daha savab iş görmüş olarlar. Düzdür, əhali arasında belə bir deyim var ki, gələcəkdə başqasının övladı xeyir gətirməyə də bilər. El arasında bəlkə o, oğrunun, əxlaqsızın uşağıdır deyirlər. Hesab edirlər ki, onun qanı həmin uşaqda axırsa, ondan gələcəkdə yaxşı övlad ola bilməz. Düşünürəm ki, sadəcə olaraq, insanların şüurundan bu fikirləri silib atmaq lazımdır".
"Suraqat ana?". O nə deməkdir? Mənasını 32 yaşlı Ülviyyə xanıma izah etdikdən sonra o bildirdi ki, Avropa ölkələrinə xas olan adət-ənənələri Azərbaycana gətirib özümüzü biabır etməsək, daha yaxşı olar.
50 yaşlarında olan Sveta xanım isə uzun illər Rusiyada yaşadığını, belə hallarla rastlaşdığını dedi: "Suraqat ana məsələsinə Azərbaycanda yol verilməməlidir. Çünki dəfələrlə elə faktlar olub ki, suraqat analar uşağı verməkdən imtina ediblər. Ya da həmin qadının həyat yoldaşı suraqat ana ilə yaşamağa üstünlük verib. Ona görə də insanların həyatını məhv etmək lazım deyil".
30 yaşlı Kamilə xanım isə buna pis baxmadığını söylədi: "Nə etsinlər, axı hamı ata-ana, övlad sahibi olmaq istəyir?"
Keçirdiyimiz sorğudan belə qənaətə gəldik ki, qanun layihəsi heç də respondentlərin böyük əksəriyyətinin ürəyincə deyil.

Üç min ailə süni mayalanma ilə bağlı klinikalara müraciət edib

Etiraf edək ki, artıq süni mayalanma və suraqat ana azərbaycanlılar üçün yad ifadələr deyil. Amma mentalitet yenə də öz sözünü deyir. Bəzi millət vəkilləri qanundakı bir sıra maddələrin çıxarılmasını tələb edirlər. Rəsmi statistika isə qanunun qəbul edilməsinin vacibliyini bir daha təsdiqləyir. Belə olan halda bu məsələlərin qanunla tənzimlənməsi, tərəflərin hüquqlarının qorunması, əlbəttə, daha düzgün olardı.
Məlumat üçün bildirək ki, Azərbaycanda sonsuzluğun səviyyəsi 13 faizə çatıb. Səhiyyə Nazirliyindən verilən məlumata əsasən, bunun 50 faizi qadın, 30 faizi kişi, 20 faizi isə hər iki tərəfin xəstəliyinin nəticəsi olaraq baş verir. 2007-ci ildə 972 ailə övladlığa uşaq götürüb. Ölkədə 1429 erkən nikah qeydə alınıb. 410 uşaq süni mayalanma ilə dünyaya gəlib. Ümumilikdə isə 3 min ailə süni mayalanma ilə övlad sahibi olmaq üçün klinikalara müraciət edib. Bu, bahalı prosedur olduğundan, yalnız 25 faizi arzusunu həyata keçirə bilib.
Məsələyə münasibət bildirən səhiyyə nazirinin müavini Elsevər Ağayev də Azərbaycanda süni mayalanma ilə dünyaya gələn uşaqların olduğunu təsdiq edib: "Sadəcə, ölkədə bu prosedur qanunla tənzimlənmir. Qadınlar var ki, dünyaya uşaq gətirə bilmir. Müxtəlif səbəblər ucbatından uşaqlar ölü doğulur. Bəzən hamiləlik həm qadınlar, həm uşaqlar üçün təhlükə yaradır. Belə halda həmin qadınlara uşaq övladlığa götürməyə imkan verilməlidir. Digər tərəfdən, nəslin davam etdirilməsi üçün suraqat ananın olması çox vacibdir. Ona görə bu məsələlər qanunla tənzimlənməlidir. Belə halda əxlaq və mənəviyyatı qorumaq olar".

"Bu, qadınların
zinası deməkdir"

Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə mətbuata açıqlamasında bildirib ki, hətta xristian və yəhudi dinləri də belə qanunun əleyhinədir. Onun fikrincə, belə qanunun qəbul edilməsi cəmiyyətdə narahatçılıq yaradacaq: "Biz belə qanun qəbul edə bilmərik. Dinə görə nəsil artırmaq halallıqla ola bilər. Donor kimi erməni, gürcü və digər millətlərdən uşaq dünyaya gətirmək Azərbaycana qarşı böyük müharibədir. Əslində bu, qadınların, qızların zinası deməkdir. İstəməzdik ki, qızlarımız zinakarlıqla məşğul olsunlar. Qanun qəbul ediləndə milli-mənəvi dəyərlər yaddan çıxarılmamalıdır. Hər şey xalqın adətinə uyğun olmalıdır. Ata-anasız, laboratoriya şəraitində uşaq yaratmaq olmaz. Belə uşaqlardan müharibə vəziyyətlərində istifadə edilə bilər".
A.Paşazadə onu da bildirib ki, məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz etirazını bildirəcək: "Həm bu qurumlar, həm də parlamentdə deputatlar öz sözlərini deməlidirlər. Əks halda yüksək səviyyədə öz haqqımızı tələb edəcəyik".
Qeyd edək ki, bu məsələlərin "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında" Qanunla tənzimlənməsi nəzərdə tutulub. Millət vəkili Aynur Camalqızı isə bildirdi ki, buna qarşı çıxanların qənaəti heç başadüşülən deyil: "Məsələ ilə bağlı süni şəkildə hay-küy qaldırılmasına ehtiyac yoxdur. Yaxın qohumların evliliyi, azyaşlı qızların ərə verilməsi, infeksion yolla xəstəliklərə yoluxma qadın və kişi sonsuzluğunu artırır. Bu isə ailə faciələri ilə sonuclanır".

Donorların anonimliyi
xəstəxanalar tərəfindən
mütləq qorunmalıdır

A.Camalqızının iddiasına görə, sonsuzluq Azərbaycanda minlərlə ailələrin dağılmasına səbəb olub: "Həmişə mentalitetimizdən ağızdolusu danışırıq. Ancaq bu adət-ənənələr əsasında qurulan ailələrimiz ən xırda problemə belə duruş gətirə bilmir. Halbuki reproduktiv sağlamlıq milli təhlükəsizlik konsepsiyası ilə bağlı məsələdir və milli genefondumuzun qorunmasına xidmət edir. Bu qanun layihəsi parlamentdə müzakirə olunarkən ciddi müqavimətlə üzləşməsi məni çox təəccübləndirdi. Etiraz edənlər qanun layihəsində nəzərdə tutulanların adət-ənənələrimizə, əxlaq və mənəviyyatımıza zidd olduğunu bəyan edirlər. Halbuki bu qanunun qəbul olunması heç kəsin üzərinə məcburi şəkildə "Gedin siz də reproduktiv vasitələrdən istifadə edin" məsuliyyətini qoymur. Bu qanun yalnız sağlıq durumunda problem olan kişi və qadınlar üçün nəzərdə tutulur".
Onun fikrincə, Azərbaycanda sonsuzluğun 13 faizə yüksəlməsi barədə statistik göstərici ciddi siqnal kimi qələmə verilməlidir: "Bu problemi aradan qaldırmaq istəyiriksə, şübhəsiz, qanunvericilyin daha da təkmilləşdirilməsinə cəhd göstərməliyik. Heç bir qadının və ya kişinin valideyn olmaq haqqını əlindən almaq olmaz. Onlar bu problemin həlli üçün istənilən klinikaya müraciət edib köməkçi reproduktiv vasitələrdən istifadə edə bilərlər".
Bununla belə, millət vəkili onu da vurğuladı ki, həmin qanun layihəsində bir sıra boşluqlar qalmaqdadır: “Məhz həmin boşluqlar da din xadimlərinin və bəzi millət vəkillərinin narahatçılığını başadüşülən edir. Bu səbəbdən də qanun layihəsindəki bəzi maddələri sərtləşdirməyə ehtiyac var. Məsələn, qanun layihəsinə mütləq cinsi toxumaların donorlarının anonimliyinin xəstəxanalar tərəfindən qorunması ilə bağlı bənd əlavə edilməlidir. Belə olarsa, bir donordan yalnız bir dəfə köməkçi reproduktiv vasitə kimi istifadəni təmin etmək olar. Qanunda belə bir şərtin yoxluğu gələcəkdə bir-birinin varlığından xəbərsiz yaxın qohumların yaranmasına gətirib çıxara bilər. Eyni zamanda süni mayalanma ilə dünyaya gələn bacı-qardaşların ailə qurması demoqrafik təhlükəsizlik üçün ağır fəsadlar törədə bilər".

"Çalışmaq lazımdır ki, suraqat ana peşəyə çevrilməsin"

A.Camalqızı əlavə etdi ki, qanun layihəsində "Suraqat ana" məsələsinə də yanaşma birmənalı deyil. Amma nəzərə almaq lazımdır ki, qadının səhhəti buna yol vermirsə, təbabət onun müalicəsi və ya təbii yolla ana olması qarşısında acizdirsə, o zaman "suraqat ana"dan istifadə etmək qaçılmazdır.

Respublika Uşaq Fondunun rəhbəri, millət vəkili Gülər Əhmədova isə bildirdi ki, "Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında" Qanunun qəbul edilməsində qorxulu heç nə yoxdur. Sadəcə, qanunda nəzərdə tutulan proseslər dövlət nəzarəti altında həyata keçirilməlidir: "Çalışmaq lazımdır ki, suraqat ana peşəyə çevrilməsin. Ona görə qanunda qadınlara yalnız bir dəfə suraqat ana olmaq hüququ verilməlidir. Digər tərəfdən, reproduktiv köməkçi vasitələri həyata keçirən struktur dövlət orqanı olmalıdır ki, ona ciddi nəzarət həyata keçirilə bilsin. Əks halda müxtəlif neqativ hallar baş verər. Əslində isə bu qanun mentalitetə zidd deyil, humanizm aktıdır".

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.