Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Könüllülük prinsipi əsasında keçiriləcək bu prosesdə sahə üzrə böyük iş təcrübəsinə, yüksək peşəkarlıq səviyyəsinə malik işçilər ali, I və II ixtisas dərəcələri ala biləcəklər. İxtisas dərəcəsi alan tibb işçisinə hər ay müvafiq miqdarda əlavə haqq da ödəniləcək. Əlavə ödənc ali ixtisas dərəcəsinə görə vəzifə maaşının 25 faizi, birinci ixtisas dərəcəsinə görə vəzifə maaşının 15 faizi, ikinci ixtisas dərəcəsinə görə isə vəzifə maaşının 10 faizi miqdarında olacaq. İş yerini dəyişən tibb işçisinin ixtisas dərəcəsi saxlanılacaq. İxtisas dərəcəsinə görə əlavə haqq tibbi ixtisas üzrə çalışan tibb işçilərinə ödəniləcək. Onlara ixtisas dərəcəsinin verilməsi isə səhiyyə nazirinin əmri ilə yaradılan, tərkibi vaxtaşırı dəyişdirilən müəyyən tibbi profilə aid edilən ixtisaslaşdırılmış komissiyalar tərəfindən həyata keçiriləcək. Komissiya ixtisas dərəcəsini müəyyən edərkən tibb işçisinin fəaliyyət göstərdiyi sahə üzrə nəzəri, praktiki, peşə hazırlığını və test imtahanının nəticəsini hesaba alacaq. Qərarlar isə səs çoxluğu ilə qəbul ediləcək. Səhiyyə Nazirliyinin məlumatına əsasən, ixtisas üzrə əmək stajı 5 ildən az olmayan ali təhsilli və ixtisas üzrə əmək stajı 3 ildən az olmayan orta təhsilli tibb işçiləri ixtisas dərəcəsini almaq hüququna malikdirlər. Tibb işçilərinə ixtisas dərəcəsi bir qayda olaraq ardıcıllıqla (ikinci, birinci, ali) beş il müddətinə verilir. Bu müddət ərzində ixtisasartırma və ya təkmilləşdirmə kursu keçmiş tibb işçisi ixtisas dərəcəsi verilən vaxtdan 3 il sonra daha yüksək ixtisas dərəcəsi almaq üçün müəyyən edilmiş qaydada komissiyaya müraciət edə bilər. Əvvəllər mövcud qanunvericilik əsasında müvafiq ixtisas dərəcəsi almış tibb işçisi bu ixtisas dərəcəsindən daha yüksək dərəcə almaq hüququna malikdir. Belə ki, ixtisas dərəcəsinin müddətinin sonuna 3 ay qalmış tibb işçiləri yazılı surətdə təkrar ixtisas dərəcəsini almaq üçün komissiyaya müəyyən olunmuş qaydada müraciət edə bilərlər. Mülkiyyət formasından asılı olmayaraq, səhiyyə müəssisələrinin mütəxəssisləri peşə seçdikdə, dəyişdikdə və fəaliyyət göstərdiyi peşə üzrə 5 ildə bir dəfədən az olmayaraq, ixtisasartırma və kadrların hazırlığı müəssisələrində müəyyən proqram üzrə təhsil almalıdırlar. Beş il müddətində ixtisasartırma kurslarında olmayan şəxslər ixtisas dərəcəsini almaq üçün test imtahanına buraxılmırlar. Səhiyyə müəssisələrində həkim və ya provizor vəzifələrində çalışan tibb elmləri doktorlarına işlədikləri müəssisə rəhbərinin təqdimatı ilə komissiya tərəfindən ali ixtisas dərəcəsi test imtahanı keçirilmədən verilə bilər. Məsələyə münasibət bildirən Bakı Baş Səhiyyə İdarəsinin rəisi Leyla Seyidbəyovanın sözlərinə görə, attestasiyadan keçdikdən sonra həkimlərin əməkhaqqında təyin edilən kateqoriyaya müvafiq artım olacaq: "Əfsuslar olsun ki, həkimlər attestasiyadan keçməkdən qorxurlar. Çünki əksəriyyətinin müasir müalicə metodları və diaqnostika barədə məlumatları yoxdur. Ona görə də yoxlamadan keçməyə ehtiyat edirlər". "Sağlamlığa Çağırış" QHT Alyansının səhiyyə məsələləri üzrə eksperti Süleyman Cəbrayılov isə bunu ağxalatlıların qorxaqlıqları ilə deyil, sadəcə, prosesdə maddi maraqlarının olmaması ilə əlaqələndirdi: "Onsuz da maaşları çox aşağı olan həkimlərin ixtisas dərəcələrinə görə alacaqları əlavə cüzi olacaq. Ümumiyyətlə, həkimlərə dərəcə verilməsinin əleyhinəyəm. Dərəcələrin verilməsi bir sıra ölkələrdə artıq əhəmiyyət kəsb etmir. Amma Türkiyədə uzman dərəcəsi almaq üçün çox çalışırlar. Bu, qonşu ölkədə ali dərəcə hesab edilir". S.Cəbrayılov deyir ki, bu ölkədə tibbi təhsil çox səmərəli sistem üzərində qurulub. Uzman həkimlər təkmil bir təhsil sisteminin yetirmələridir: "Bizdə isə diplomaqədərki və sonrakı təhsili təkmilləşdirmək əvəzinə, dərəcələrdən yapışıblar. Bu məsələ bir neçə il öncə də qaldırılmışdı və beynəlxalq qurumlara islahatların aparılması barədə vədlər verildi. Həkimlər uzman və ya mütəxəssis adını diplomaqədərki dövrdə almalıdırlar. Türkiyədə 5-6 il bakalavr pilləsində uzman olmaq üçün ixtisasdan asılı olaraq 3-7 il təhsil alırlar. Ölkəmizdə isə vəziyyət bir qədər fərqlidir. Hazırda cəmiyyət də, həkimlər də çox fərqli düşünürlər. Əgər 5 il öncə həkimlər dərəcə almağa can atırdısa, müasir dövrdə özəl klinikaların inkişafı yaxşı həkimlərin özünü göstərməsinə şərait yaradıb. Sırf praktiki həkim üçün dərəcə az əhəmiyyət kəsb edir. Türkiyədə dərəcə, elmi ad praktiki həkimlər üçün əhəmiyyət kəsb etmir. Orada elmlər doktorunun qəbuluna gedən pasiyentlərə gülürlər. Çünki məlumdur ki, bu şəxs elm adamıdır. O, tibbin elmi bölməsi ilə məşğuldur. Praktik həkimlə elmi işçi fərqlidir". Qurum nümayəndəsinin dediklərindən məlum oldu ki, dərəcəyə əhəmiyyət verilən yeganə ölkə İrandır: "Təxminən 20 il öncə İranla Azərbaycan arasında əldə edilmiş razılığa əsasən, həkimlərimiz orada işləməyə gediblər. Lakin təhsil sistemi arasında fərq mövcud olduğundan həkimlərimiz orada işləyə bilməyiblər. Bunun da nəticəsində qərara alınıb ki, dərəcəyə üstünlük verilsin. Bir sözlə, MDB-dən başqa heç bir ölkə tibbi təhsil sistemimizi qəbul etmir". Amma deyəsən, bu sahədə islahatlar aparılaraq mövcud sistemdə dəyişiklik edilməsi hələ gözlənilimir. Süleyman Cəbrayılovun fikri ilə razılaşsaq, heç kim köhnə maşını sındırmaq istəmir…
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.