Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Yas çadırlarının kirayəsi ən gəlirli sahəyə çevrilir

18.05.09 - 17:44429 baxılıb

Bu sahədə real vəziyyəti öyrənmək üçün əvvəlcə yas çadırlarının qiymətləri ilə maraqlandıq. Yas çadırlarının kirayə verildiyi bir neçə ünvanda apardığımız söhbətlər göstərdi ki, qiymətlər həqiqətən yüksəkdir. Qiymətlər isə çadırların tutumu, xidmətin keyfiyyətinə uyğun dəyişir. Birgünlük kirayə haqqı isə minimum 250 manatdan başlayaraq 1000 manatadək artır.
Göy məscidin yaxınlığında yas çadırının kirayəsi ilə məşğul olan İlham Abbasov göstərilən xidmət müqabilində qiymətlərin normal olduğu qənaətindədir: "Çadırın ünvana çatdırılması, qurulması və sonradan sökülməsini özümüz edirik. Bu xidmətlər daxil olmaqla 100 nəfərlik yas çadırının birgünlük kirayəsi 250 manatdır. Əgər əlavə olaraq yas mərasimində qulluq edilməsi, qabyuyan, aşbaz xidməti göstəriləcəksə, qiymət 350 manatdır. 150 nəfərlik yas çadırının kirayəsi 350-500 manat arasında dəyişir. Xidmət göstərən işçilərə əməkhaqqı verilir. Eyni zamanda həmin avadanlıqların alınması da ucuz başa gəlmir. Buna görə də qiymətlərin yüksək olmasını düşünmürəm".
Araşdırmamız göstərdi ki, paytaxtda yas çadırlarının qiymətləri bir-birindən o qədər də fərqlənmir. Amma bu işlə məşğul olanlar işlərindən o qədər də narazı deyil. Ayda təxminən 15 gün işləri olur ki, bu da onları qane edir. Sahibkarlar vaxtında vergiləri ödədiklərini də bildirirlər. Onların sözlərinə görə, vergi departamentində qeydiyyata durub vergi ödəyirlər. Hər ay dövlətə nə qədər vergi ödənilməsini isə söhbət etdiyimiz sahibkarların heç biri açıqlamadı.
Vergilər Nazirliyi mətbuat xidmətinin rəhbəri Fariz Səmədov yas çadırlarının kirayəsi ilə məşğul olan şəxslərin sahibkarlıq subyekti kimi vergiyə cəlb olunduğunu bildirdi: "Vergi ödəyicisi kimi uçotda olan həmin şəxslər əldə etdikləri gəlirlərə uyğun vergi ödəyirlər. Onlar əsasən sadələşdirilmiş vergi ödəyiciləridir. Əgər rüblük gəlirləri 22 500 manatdan artıq olarsa, əlavə dəyər vergisinə cəlb olunurlar".
F.Səmədov bu sahədə də vergidən yayınma hallarının olduğunu istisna etmədi: "Vergidən yayınma halları həmişə olub, var və olacaq. Dünyanın heç bir ölkəsində birmənalı olaraq demək mümkün deyil ki, inzibati xəta törədilmir. Qanun pozuntularına qarşı isə həmişə effektli mübarizə üsulları tətbiq olunur. Vergilər Nazirliyi də həm qanunvericilk, həm də inzibatçılıq baxımından belə halların qarşısını almaq üçün müvafiq mexanizmlərlə təchiz olunub. Nazirlik vergidən yayınanlara qarşı həmişə sərt mövqedə olub və bundan sonra da olacaq".
Həmin sahibkarların gəlirlərinin necə hesablanması məsələsinə gəldikdə isə, F.Səmədov bunun müxtəlif yollarla həyata keçirildiyini bildirdi: "Onların gəlirləri əsasən təqdim etdikləri bəyannamələr əsasında müəyyənləşdirilir. Başqa vasitələrlə də vergi ödəyicisinin gəlirlərini dəqiqləşdirmək olar. Bunu üçüncü tərəfin məlumatı əsasında da müəyyən etmək olar. Əgər hər hansı maliyyə əməliyyatları keçirilirsə, bununla bağlı hesab-fakturalar, qaimələr və digər mühasibatlıq sənədləri əsasında gəlirlər müəyyənləşdirilə bilər. Nazirliyə daxil olan operativ məlumatlar və vergi yoxlamaları nəticəsində də vergi ödəyicisinin real dövriyyəsini müəyyənləşdirmək mümkündür".

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.