Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Tikinti sektorunda ölüm halları artır

18.05.09 - 17:46425 baxılıb

Tikinti şirkətlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün dəfələrlə monitorinqlər aparmasına baxmayaraq, problem hələ də qalmaqdadır. Bəlkə də hər ay tikinti sektorunda bir neçə fəhlənin xəsarət alması, yaxud ölümü ilə nəticələnən bədbəxt hadisələr baş verir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyindən aldığımız məlumata görə, təkcə bu ilin birinci rübündə Azərbaycanda 646 müəssisədə əmək şəraiti və əməyin təhlükəsizliyi, habelə işçilərlə müqavilələrin olub-olmadığını müəyyənləşdirmək üçün yoxlamalar aparılıb. Bu müəssisələrin 259-u dövlət, qalanı isə özəl sektora aiddir. Aparılan araşdırmalar nəticəsində işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 2002 fakt aşkarlanıb. Bunlar iqtisadiyyatın müxtəlif sahələri üzrə ixtisaslaşmış müəssisələrdir.
2008-ci ildə 38 min işçi ilə əmək müqavilələri bağlanıb və müqavilədə bütün şərtlər qanunauyğun şəkildə əksini tapıb. Həmçinin əmək qanunvericiliyinə uyğun olaraq, həmin müəssisələrdə artıq iş saatlarına görə əlavə əməkhaqqının verilməsi məsələsinə diqqət yetirilib. Pozuntulara daha çox tikinti, ticarət, xidmət və ictimai iaşə müəssisələrində yol verilib. Bu cür halların təkcə 57 faizi özəl qurumların payına düşür. 2007-ci ildə istehsalatda baş vermiş bədbəxt hadisələr nəticəsində dünyasını dəyişmiş 149 işçinin 128 nəfəri sırf istehsalat qəzaları ilə əlaqəli olub. Ötən il isə istehsalat qəzalarında 72 nəfər həlak olub. Təkcə bu ilin birinci rübü ərzində baş verən bədbəxt hadisələr nəticəsində 20 nəfərə yaxın şəxs dünyasını dəyişib, 50-dən artıq adam yaralanıb. Törədilən xətalara görə vəzifəli və hüquqi şəxslər 161900 manat məbləğində cərimələnib. Bu cərimələrin 83 faizdən çoxu özəl müəssisələrin payına düşüb.
Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyevin qənaətinə görə, tikinti ilə bağlı qanunlarda müəyyən sərtləşdirilmələrin aparılmasına ehtiyac var: "Hər bir qanunun təkmilləşdirilməsi, nəzarət sisteminin gücləndirilməsi, sanksiyaların sərtləşdirilməsi vacib məsələlərdir. Amma müvafiq icra hakimiyyəti orqanları bu məsələlərə ciddi nəzarət etməlidir. Konkret halda Dövlət Əmək Müfəttişliyi tikinti sahəsinə nəzarəti artırmalı və profilaktik tədbirlər görməlidir. Nə qədər mükəmməl qanunlar qəbul edilsə də, yerlərdə düzgün tətbiq olunmadığı halda əhəmiyyətini itirir. Buna görə də, tikinti sahəsində çalışan işçilərin peşəkarlığı, onlara vərdişlərin aşılanması vacibdir. Həmçinin həmin qurum tərəfindən işçilərin təhlükəsizlik qaydalarına, müəyyən iş rejimlərinə əməl etməsinə nəzarət olunmalıdır. Elə tikinti şirkətləri var ki, işçini 10-12 saat işləməyə məcbur edir. Belə olan halda işçinin yorğunluğu artır, sayıqlığı azalır, iş rejiminin gərginliyi səbəbindən arzuolunmaz hadisələr baş verir. Bununla bağlı əlaqədar orqanlar monitorinqlər həyata keçirməli və müvafiq tədbirlər görməlidir".
Ekspertlərin qənaətinə görə, tikinti sektorunda bədbəxt hadisələrin çoxalması səbəblərindən biri də bu sahədə istənilən şəxsin işə cəlb edilməsidir. Ucuz işçi qüvvəsindən istifadə etməkdə maraqlı olan tikinti şirkətləri üçün işçinin peşəkarlığı və təhlükəsizliyi arxa plana keçir.
Dövlət Əmək Müfəttişliyinin səlahiy yətlisi Əvəz Nəbiyev baş verən bütün faktlarla bağlı araşdırmaların aparıldığını vurğuladı: "Tikinti sahəsində əmək qanunvericiliyinin tələblərinin pozulmasının qarşısının alınması istiqamətində də işlər görülür. 2007-ci ilin dekabrında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə qanunda sərtləşmə olub. Dövlət inkişaf etdikcə qanunlar da təkmilləşdirilir və gələcəkdə də bu proses davam etdiriləcək. Eyni zamanda tikinti sahəsinə peşəkarların cəlb edilməsi istiqamətində işlər görülür. Sovet dövründə peşə məktəbləri fəaliyyət göstərirdi. Buna görə də bütün sahələr üzrə ən azı peşə təhsilli şəxslər çalışırdı. Amma müstəqillik əldə etdikdən sonra vətəndaşlar hansı sahədə iş tapsa, orada işləməyə üstünlük verir. Hazırda isə Baş Məşğulluq İdarəsi tərəfindən yeni ixtisas kursları təşkil edilib. Orada daha çox tələbat olan sahələr üzrə ixtisaslı şəxslər hazırlanır. Bundan başqa, Əmək Problemləri İnstitutunda kurslar təşkil edilir. Orada da tikinti sahəsi üçün işçilər hazırlanmasına üstünlük verilir. Lakin işçinin işə götürülməsi hüququ işəgötürənə verilib. İşə qəbul edilən işçinin peşəkarlığı həmin şəxslər tərəfindən yoxlanılmalıdır. Qanunvericilikdə işçinin öz peşəsinə uyğun sahələrdə çalışması əksini tapsa da, işəgötürənlər bu tələbə riayət etmirlər ".
Beləliklə, rəsmi qurumlar tikinti sahəsində qayda-qanun yaradılması istiqamətində iş aparıldığını bildirsə də, vəziyyət hələ də gərgin olaraq qalır. Görünür, bu sahəyə nəzarətin kifayət qədər olmaması, yaxud da qanunsuzluqlara göz yumulması belə halların davam etməsinə rəvac verir. Nəticədə isə hər il onlarla şəxs həyatını itirir.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.