Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Azyaşlıların axşam saatlarında hərəkətinə qadağa qoyula bilər

18.05.09 - 17:58388 baxılıb

Uşaqların təhlükəsizliyinə və sağlamlığının qorunmasına hesablanan belə bir qanunun Azərbaycanda da qəbulunu düşünənlər az deyil.
Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının sədri Nabil Seyidovun sözlərinə görə, Azərbaycanda da belə bir qanunun qəbuluna ehtiyac var: "Uşaqların gecə saatlarında yaşlı şəxslərin nəzarəti olmadan küçələrdə qalması, restoran, bar, gecə klublarına getməsinin qadağan edilməsi təqdirəlayiqdir. Həmçinin uşaqlara siqaret və spirtli içkilərin satılmasının qadağan edilməsi müsbət addımdır. Amma uşaqların hərəkətinin müəyyən saatlardan sonra məhdudlaşdırılması üçün konkret ünvanlar göstərilməlidir. Uşaqların bütün istiqamətlərdə deyil, onların təhlükəsizliyi üçün problem yaradacaq sahələrə hərəkətinə qadağa qoymaq olar. Uşaqlar üçün "komendant saatı"nın tətbiq edilməsi onların təhlükəsizliyi baxımından normal haldır. Düzdür, belə bir qadağa uşaqların hərəkət azadlığının pozuntusu kimi də yozula bilər. Amma digər tərəfdən uşaqların müdafiəsi dövlətin və valideynlərin üzərindədir. Əgər gecə saatlarında uşaqlar küçələrdə gəzirlərsə, barlara, restoranlara gedirlərsə, artıq onların təhlükəsizlikləri sual altında qalır. Bu da dövlətin və valideynlərin onların müdafiəsinə olan hüququnu pozur. Belə olduqda uşaqların təhlükəsizliyi üçün məsuliyyət daşıyan şəxslərin vəzifələrini yerinə yetirməsinə mane olur".
N.Seyidov qanunların icrasının təmin edilməsini daha vacib sayır: "Azərbaycanda mövcud qanunvericilik 18 yaşına çatmayan şəxslərə siqaret satılmasını qadağan edir. Mağazaların bir qismində bununla bağlı reklamlar da var. Amma qanunun bu tələbinə çox hallarda riayət edilmir. Ona görə də həmin hallara yol verən şəxslərə qarşı inzibati cəzaların sərtləşdirilməsi vacibdir. Təəssüf ki, respublikamızda bəzi inzibati xəta və cinayətlərə görə nəzərdə tutulan cəza həmin əmələ adekvat deyil. Bununla bağlı sərt cəzanın tətbiq edilməsi ilə kiçikyaşlı uşaqlara siqaret və spirtli içki satılmasının qarşısını qismən almaq olar. Acınacaqlı hal odur ki, bu gün uşaqların özlərinin spirtli içki və siqaret satması halları var. Belə hallara yol verən bir neçə nəfəri cəzalandırmaqla bunun qarşısını qismən almaq mümkündür. Digər tərəfdən, bu işdə qeyri-hökumət təşkilatlarının potensialından istifadə etmək olar. İctimai təşkilatlar bu işdə böyük bir qüvvədir. İctimaiyyətin QHT-lərin köməkliyi ilə maarifləndirilməsi, belə qanunsuzluqlara yol verənlərin müəyyənləşdirilərək hüquq-mühafizə orqanlarına verilməsi işini həyata keçirmək olar. Bu tədbirlər baş verən neqativ halların qarşısının alınmasında çox müsbət rol oynaya bilər".

"Uşaqlar evdən çıxdıqdan sonra günlərini internet klublarda və ya oyun zallarında keçirir"

N.Seyidovun sözlərinə görə, uşaqlara siqaret və spirtli içkilər satılması ilə bağlı qanunun nə dərəcədə yerinə yetirilməsini aparılan monitorinqlər nəticəsində aşkarlamaq olar: "Vaxtaşırı olaraq müxtəlif dövlət qurumları tərəfindən mağazalarda və xidmət obyektlərində monitorinqlər aparılır. Hətta ərzaq məhsullarının keyfiyyətinin, istifadə müddətinin, satışının yoxlanılması üçün rəsmi şəxslər özlərini alıcı qismində də təqdim edirlər. Belə monitorinqlər keçirməklə uşaqlara spirtli içkilər və siqaret satan obyektləri müəyyənləşdirərək tədbirlər görmək olar".
Ekspertin qənaətinə görə, uşaqların hərəkətinin müəyyən saatlarda məhdudlaşdırılması ilə yanaşı, onların asudə vaxtlarının təşkili məsələsinə də önəm verilməlidir: "Bu gün daha çox tənqid olunan sovet dövründə uşaqların yay tətillərini səmərəli keçirmələri üçün düşərgələr təşkil olunurdu. Hazırda isə sovet dövründən qalma həmin obyektlər dağıdılıb. Onların əvəzində yeniləri tikilməyib. Digər tərəfdən, şəhər yerlərində uşaqların asudə vaxtlarının keçirilməsi üçün lazımi şərait yoxdur. Azərbaycanda uşaqların əksəriyyəti evdən çıxdıqdan sonra günlərini internet klublarda və ya oyun zallarında keçirir. Həmin obyektlərdə uşaqların təhlükəsizliyinin nə dərəcədə qorunması isə sual altındadır".
Əslində, əksər dərnəklər və normal xidmət obyektləri saat 8-dək işləyir. Bu müddətdən sonra uşaqlar evdə olmalıdır. Bu gün Azərbaycanda da kiçikyaşlı uşaqların təhlükəsizliyinə daha çox önəm verilməlidir. Amma yetkinlik yaşına çatan uşaqların sərbəstliyini əllərindən almaq olmaz. Onların sərbəst qərar qəbul etmələrinə, müstəqil hərəkət etmələrinə şərait yaradılmalıdır. Əks halda onların normal vətəndaş kimi yetişməsinin qarşısını almış olarıq.

Xalid AZƏR.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.