Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

MİLLİ SƏRVƏTİMİZƏ DÖVLƏT QAYĞISI

24.05.09 - 9:52324 baxılıb

- Rafael müəllim, Sizi direktoru olduğunuz muzeyin kütlələr üçün açılışı münasibətilə təbrik edirəm. Açılış mərasimi yaddaqalan bayram əhvali-ruhiyyəsi ilə keçdi. Sizin müsahibələrinizin birində "milli ədəbiyyat xəzinəsi" adlandırdığınız bu məbəd əsaslı təmirdən sonra, yaxşı mənada, çox-çox dəyişmişdir...
- Buna görə ilk növbədə ölkə başçısı cənab İlham Əliyevə borcluyuq. O, 2004-cü il dekabrın 30-da muzeyi ziyarətə gəlmişdi. Məhz cənab Prezidentin təşəbbüsü ilə əsaslı təmirin layihəsi hazırlandı və növbəti ilin yayında işə başlandı.
Muzeyin əsaslı təmir və yenidənqurma işləri üçün Nazirlər Kabineti tərəfindən 13 milyon manat vəsait ayrılmışdır. İrəlicədən həmin məbləğin 18 faizi əlavə dəyər vergisi olaraq çıxılmış, vəsaitin müəyyən hissəsi də layihələndirmə və texniki nəzarət üçün yönəldilmişdir. İcraçı tikinti təşkilatlarına verilən məbləğ təxminən 10 milyon manat idi.
Muzeyin xarici kommunikasiya sistemləri, mühəndis qurğuları quraşdırılmış, binanın təməli və divarları gücləndirilmişdir. Bina 20 santımetrlik bünövrə üzərində dayandığından bütün divarları güclü çat vermiş, uçub dağılmaq təhlükəsi qarşısında qalmışdı. Binanı gücləndirmək məqsədi ilə perimetr üzrə eni və dərinliyi 3 metr olmaqla etibarlı təməl atılmışdır. Bütün divarlar döyülüb tökülmüş, armaturlara toxunaraq keyfiyyətli şəkildə suvanmışdır. Muzeyin və muzey fondlarının havalandırma və temperatur təminatı sistemi, mərkəzləşdirilmiş daimi isitmə və soyutma şəbəkəsi yaradılmış, yeni müasir tipli qazanxana qurulmuşdur. Binanın bütün naxış, bəzək və mürəkkəb yapma elementləri kəsilib götürülmüş, hər element üçün düzəldilən qəliblər əsasında təzədən hazırlanmışdır. 4500 kvadratmetrə qədər sahə parketlə, o cümlədən mürəkkəb mozaik naxışlarla işlənərək döşənmişdir. Təmirdən əvvəl tam dağılmış vəziyyətdə olan keyfiyyətsiz parket örtüyü isə iki dəfə az sahəni əhatə edirdi. Tam yararsız vəziyyətdə olan bütün qapı (500 kvadratmetrə yaxın) və pəncərələr (900 kvadratmetrə yaxın) bərk ağac materialından hazırlanmaqla təzədən düzəldilmişdir. Binanın damı yenidən qurulmuşdur. 2700 kvadratmetrə yaxın sahəsi olan dama müasir metal-kirəmit örtük çəkilmişdir. Binanın fasadı, o cümlədən şpilləri və ətrafı əsaslı şəkildə təmir edilmiş, muzeyin çevrəsinə, həyətinə, pilləkənlərə qranit və mərmər örtük çəkilmiş, mükəmməl drenaj və kanalizasiya sistemi qurulmuşdur. Ayrıca transformator binası tikilmiş, generator quraşdırılmışdır. Mebel, avadanlıq və dəzgahlar alınmışdır. Muzey tam kompyuterləşdirilmiş, 1, 2, 3, 4-cü mərtəbələrdəki ekspozisiya zalları və vestibüllərində bədii tərtibat işləri aparılmış, dekorativ vitrinlər, səhnələr, şəbəkələr yaradılmışdır. 2 mindən artıq rəsm əsəri çərçivələnmiş, muzey saxlancları qurulmuşdur.
- Bütün bu işlərin icra keyfiyyəti Sizi qane edirmi?
- Yüksək səviyyədə. Dövlət Komissiyası obyekti qəbul edərək nəticələri çox müsbət qiymətləndirmişdir.
- Təmirdən sonra ziyarətçilər hansı yeniliklərlə rastlaşacaqlar?
- Yenidənqurmadan əvvəl 800 kvadratmetr olan ekspozisiyanın sahəsi 2500 kvadratmetrə çatdırılmışdır. Başqa sözlə desək, 18 zaldan ibarət ekspozisiya əsaslı şəkildə genişləndirilərək 30 əsas və 10 köməkçi zalda yerləşmişdir. Bundan əlavə, kütləvi tədbirlərin keçirilməsi üçün 250 və 75 yerlik 2 böyük zal əsaslı şəkildə yenidən qurularaq mebel və avadanlıqlarla təmin edilmişdir.
Ekspozisiya tamam yenidən qurulmuş, bütün zədələnmiş, bir qismi zaman ötdükcə ömrünü yaşayaraq sıradan çıxmış heykəl və rəsmlər, çox böyük vəsait tələb etməsinə baxmayaraq, dövlətdən heç bir əlavə vəsait istənilmədən muzey rəhbərliyinin ölkənin təsviri sənət ustaları ilə şəxsi münasibətləri sayəsində təmənnasız olaraq bərpa edilmişdir. Rəsm əsərlərinin hamısı xarici ölkələrdə istehsal edilən ən nəfis çərçivələrə alınmışdır. Muzeyin 120 mindən artıq eksponatının yenidənqurmadan öncə ekspozisiyada 1000 elementi göstərilirdisə, yeni ekspozisiyada 25 mindən çox eksponat yer alır.
Muzeyin bütün zalları kompyuterləşdirilmiş, tamaşaçıların müstəqil işləmələri üçün zallarda ayrıca monitorlar quraşdırılmış, 3 dildə informasiya bazası yaradılmış, audio-video materialları seyr etmək üçün 14 monitor və dinləmə qurğularıyla təmin edilmiş xüsusi böyük zal təşkil edilmişdir. Muzey fondları zəruri texnika və avadanlıqla təmin edilərək keçmişdəki heç bir tələbata cavab verməyən, eksponatların daimi təhlükədə olduğu vəziyyətdən xilas edilmiş, ən müasir dünya tələbləri səviyyəsinə çatdırılmışdır.
- Təmir və yenidənqurmanın getdiyi müddətdə muzeyin kollektivi fəaliyyətini dayandırmışdımı?
- Xeyr. Biz kifayət qədər səmərəli işləmişik. Muzeydə daimi nəşr ediləcək toplunun əsası qoyulmuş və ilk cildləri işıq üzü görmüşdür. Hazırladığımız "Risalə" elmi araşdırmalar toplusu, "Qaynaq" mənbələr toplusu, "Xəzinə" kataloqlar toplusu, "Şərq" tərcümə toplusu, "Məclis" mərasimlər toplusunun cildləri və həmin buraxılışlarda dərc edilmiş materiallar elmi və mədəni auditoriyada yetərincə rəğbətlə qarşılanmışdır.
- İşçilərinizin səmərəli fəaliyyət göstərməsi, dincəlməsi üçün şərait yaradılıbmı?
- 200-dən çox əməkdaşımız var. Onların istirahətindən ötrü zəruri avadanlıqlarla təmin edilmiş 2 mətbəx düzəldilmiş, muzeyin həyəti istirahət, müxtəlif tədbirlər keçirmək üçün zövqlə, səma altındakı açıq ekspozisiya kimi tərtib edilmişdir.
- Muzeydə təhlükəsizlik məsələlərinə nəzarət necə təşkil olunacaq?
- Muzeyin bütün zallarında müşahidə kameraları quraşdırılıb və ayrıca nəzarət otağında onların hamısını ümumi bir monitorda izləmək mümkündür. Muzeyin 2 girişinin hər birində xüsusi elektron nəzarət mexanizmləri qurulub.
Yenidənqurmadan sonra muzeyə gəliş sifarişləri çox olduğundan və təhlükəsizlik prinsiplərini nəzərə alaraq müəyyən müddət gəlişlərin də irəlicədən edilən sifarişlər əsasında qrup şəklində həyata keçiriləcək.
- Muzeyə daha çox tamaşaçı cəlb etmək, milli ədəbiyyat xəzinəsinə maraq oyatmaq baxımından hansısa tədbirlərin keçirilməsi nəzərdə tutulubmu?
- Əlbəttə. Özü də bir-birindən maraqlı. Bir dəfə məşhur ədiblərin övladları, şöhrətli ədəbi sülalələrin təmsilçiləri çağırılacaq. Ayrı bir dəfə ailəvi gəliş günü ənənəsinin yaradılması məqsədi ilə məşhur valideynlər öz ailələri, oğul-uşaqları ilə dəvət ediləcək, ölkəmizdəki azsaylı xalqların təmsilçiləri qonağımız olacaq, sonra respublika mətbuatının mədəniyyətdən və ədəbiyyatdan yazan tanınmış təmsilçiləri üçün ekskursiya təşkil ediləcək, növbəti dəfə Bakıdakı diplomatik korpus muzeyə qonaq olacaq...
Muzeyin böyük zalında mütəmadi olaraq "Azərbaycanşünaslıq" lektoriyaları keçiriləcək, hər dəfə ümummilli dəyər daşıyan vacib bir mövzuda görkəmli mütəxəssislərin mühazirələri dinləniləcəkdir. Yaxın zamanlarda muzeydə daimi fəaliyyət göstərməyə başlayacaq ölkənin ən parlaq insanlarını qovuşduran "Ziyalılar klubu"nun ilk yığıncağı olacaqdır. Muzeyin böyük zalında ayrı-ayrı yeni ekran əsərlərinin premyerası və müzakirəsini, tematik şeir gecələrini keçirməyi düşünürük. Muzeydəki yeni "Stenvey" royalı vaxtaşırı təşkil edilən ədəbi-musiqili axşamlarda ən mahir pianoçuların ifası üçün açıq olacaq. Yeni yaradılmış "Ədəbi salnamə. Bədii-sənədli videoxronikalar" şöbəsində respublikada və kənarda tanınan rejissor və operatorlar toplanmış, yaxın vaxtlarda ayrı-ayrı klassiklərimiz və ədəbi abidələrimiz haqqında öyrədici və təbliğ, təşviqedici qısametrajlı filmlərin istehsalına başlanacaq. Məqsəd həmin filmlərin həm orta məktəb auditoriyalarına, həm telekanallara, həm də xarici ölkələrə çıxaraq söz sərvətimizi və o sərvətləri yaradanları daha artıq tanıtmaqdır.
“ÜLFƏT”

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.