Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Türk Dünyasında İlk Cümhuriyyət

08.06.09 - 12:37260 baxılıb

Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, demokratik hüquq və azadlıqların bərqərar olması, mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, Azərbaycan dilinin dövlət dili elan edilməsi və s. Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını və mahiyyətini göstərir. Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin, Əlimərdan bəy Topçubaşovun, Məhəmməd Əmin Rəsulzadənin, Fətəli Xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının xalqımız qarşısında böyük xidmətləri olmuşdur. Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında xalq cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil, qüdrətli Azərbaycan dövlətini yaratdı. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hazırda dünyanın inkişaf etmiş ölkələri arasında layiqli yer tutur. Sonra tarix elmləri doktoru Vəkil Həsənov Cümhuriyyətin fəaliyyəti barədə geniş məruzə etdi.
1917-ci il Fevral inqilabı nəticəsində çar Rusiyasında monarxiya quruluşu devrildi. Rusiya imperiyasının əsarəti altında olan xalqların milli oyanışı onların öz müstəqilliklərini elan etməsi ilə nəticələndi. 1918-ci il mayın 27-də Müvəqqəti Milli Şura yaradıldı. Onun sədri M.Ə.Rəsulzadə (Musavat Partiyası MK-nın sədri), İcraiyyə Komitəsinin sədri isə F.X.Xoyski seçildi. Mayın 28-də Tiflis şəhərində Milli Şura Azərbaycanın istiqlaliyyəti haqqında akt qəbul etdi. İstiqlal aktının qəbulu ilə Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Milli Şuranın iclasında ilk Azərbaycan hökumətini təşkil etmək tapşırığı almış Fətəli Xan Xoyski Müvəqqəti hökümətin tərkibini elan etdi.
Azərbaycanın beynəlxalq vəziyyəti olduqca mürəkkəb idi. Burada Böyük Britaniya, Almaniya, RSFSR kimi üç böyük dövlətin siyasi və iqtisadi maraqları toqquşurdu. Onların hər biri Bakı neftinə sahib olmaq iddiasında idi. Azərbaycan hökumətinin hərbi qüvvələri bolşevik-daşnak hücumlarını dayandırmaq və müdafiə olunmaq üçün kifayət qədər deyildi və Türkiyənin köməyinə ehtiyacı var idi. 1918-ci il iyunun 4-də Osmanlı imperiyası ilə Azərbaycan Cümhuriyyəti arasında dostluq haqqında müqavilə imzalandı. Müqavilənin 4-cü maddəsində göstərilirdi ki, Osmanlı hökuməti, əgər zərurət olarsa, sülh və əmin-amanlığin möhkəmləndirilməsi, ölkənin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Azərbaycan Cümhuriyyətinə hərbi kömək göstərməyi öz üzərinə götürür. Müstəqil Azərbaycanın həyatında mühüm əhəmiyyətə malik olan bu müqavilə Azərbaycana Osmanlı hərbi qoşun hissələrinin göndərilməsinin mümkünlüyünü də nəzərdə tuturdu. Müqaviləyə əsasən, Türkiyə ordusunun hərbi kontingenti Azərbaycan Cümhuriyyətinə köməyə göndərildi. Köməyə gələn Türkiyə qoşunları Gəncə quberniyasına iyun ayında daxil oldu. Tiflisdə 18 günlük fəaliyyətindən sonra Milli Şura və hökumət 1918-ci il iyunun 16-da Gəncəyə köçdü. Yeni hökumət kabineti təşkil edildi. Qafqaz İslam ordusunun əks-hücumu Bakıdakı siyasi və iqtisadi böhranı daha da dərinləşdirdi. Avqustun 26-dan sonra türk qoşunlarının Bakı üzərinə hücumu xeyli fəallaşdı. Bakıya həlledici hücum sentyabrın 15-də səhər başlandı. Həmin gün ingilislər şəhəri tərk etdilər. Onların arxasınca Sentrokaspi Diktaturasının üzvləri və ermənilər də qaçdı. Sentyabrın 18-də türk qoşunları Bakıya daxil oldu. Bakının azad olunması ilə Azərbaycan hökuməti respublika hüdudlarında öz hakimiyyətini bərqərar etdi.
Almaniya və Türkiyənin Birinci dünya müharibəsində məğlubiyyəti Azərbaycan üçün əlavə çətinliklər törətdi. Oktyabrın 30-da Türkiyə Antanta ilə Mudrosda barışıq müqaviləsi imzaladı. Həmin müqavilənin 2-ci maddəsinə əsasən, Türkiyə öz qoşunlarını Cənubi Qafqazdan çıxarmalı idi. Mudros müqaviləsinin şərtlərinə əsasən, Azərbaycanın ərazisi ingilis qoşunlarının işğal zonasına daxil edilmişdi. İngilislər 1918-ci il noyabrın 17-də Bakıya daxil oldular. Bakıda hərbi vəziyyət elan olundu. Biçeraxovun kazak dəstələri də şəhərə soxuldular. İngilis komandanlığı Bakıda hərbi vəziyyət elan etməklə, əslində şəhərdə və Bakı quberniyasında inzibati hakimyyəti ələ keçirib, bütün məhkəmə və icra orqanlarını general Tomsonun ixtiyarına verdi. Bakıda mövqeyini möhkəmləndirib vəziyyəti nəzarətə alan Tomson ölkədəki ictimai-siyasi reallıqlarla yaxından tanışlıqdan bir neçə gün sonra bildirdi ki, Xoyskinin hökuməti ölkədə fəaliyyət göstərən yeganə mülki hakimyyət olaraq qalacaq. Azərbaycan hökuməti müttəfiq qoşunları komandanlığı tərəfindən də real hakim qüvvə kimi tanına bildi. 1918-ci il dekabrın 7-də müsəlman Şərqi tarixində ilk dəfə olaraq parlament öz işinə başladı.
Azərbaycanın taleyi daha çox Sovet Rusiyasında baş verən hadisələrlə bağlı idi. Bu dövrdə Rusiyada vahid və bölünməz Rusiya uğrunda mübarizə aparan Denikin Azərbaycan üçün daha təhlükəli idi. Denikin təhlükəsinə qarşı mübarizə məqsədi ilə 1919-cu il iyunun 16-da Azərbaycanla Gürcüstan arasında hərbi müdafiə paktı imzalandı. Öz qonşularına qarşı Denikinlə gizli sazişə girmiş Ermənistan hökuməti müxtəlif bəhanələrlə bu pakta qoşulmadı. Pakta görə Azərbaycan və Gürcüstanın müstəqilliyi və ərazi bütövlüyünə qarşı hər hansı dövlət tərəfindən təcavüz olduğu təqdirdə müqavilədə olan tərəflər 3 il müddətində bir-birinə hərbi yardım göstərməlidir. Bakıdakı ingilis komandanlığı da Denikinə kömək edirdi.
Respublikada iqtisadi və siyasi vəziyyət mürəkkəb olaraq qalmaqda idi. Müxtəlif siyasi partiyalar arasındakı ziddiyyətlər və mövqe ayrılığı koalision hökumət yaratmaq imkanını məhdudlaşdırırdı.
1920-ci ilin əvvəllərində Azərbaycanda siyasi vəziyyət daha da mürəkkəbləşdi. Bir tərəfdən Sovet Rusiyası Azərbaycana qarşı özünün təcavüzkar niyyətlərini açıq şəkildə göstərir, digər tərəfdən Dağlıq Qarabağda ermənilərin Azərbaycan hökumətinə qarşı qiyam qaldırması, ölkə daxilində başlayan hökumət böhranı vəziyyəti daha da pisləşdirdi. 1920-ci ilin aprelində Sovet Rusiyasının işğalı nəticəsində Azərbaycan Cümhuriyyəti devrildi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, bu dövlət Azərbaycan tarixində müstəqil demokratik dövlətçiliyin əsasının yaradılması baxımından müstəsna əhəmiyyət kəsb edir. Ulu öndər Heydər Əliyevin söylədiyi kimi, “əsrin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi olaraq Üzeyir Hacıbəyovun və Əhməd Cavadın yaratdıqları dövlət himnini, Xalq Cümhuriyyətinin üçrəngli bayrağını və gerbini bərpa elədi. Bu dövlətçilik atributları bu gün də hər bir Azərbaycan vətəndaşı üçün olduqca əzizdir. Bu dövlət, bu quruluş 1918-ci ildə yaranmış ilk Xalq Cümhuriyyətinin varisidir. Bütün dövlət onun varisidir, bütün respublika onun varisidir, bütün xalq onun varisidir”.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.