Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Vətəndaşların mülkiyyət hüququ pozulur

16.06.09 - 13:48547 baxılıb

Yenidən "Binəqədi Oil Company" və Azərbaycan Dövlət Neft Şirkətinin Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Binəqədi rayonu ərazisində yarımçıq evlər, hasarlar sökülməyə başlayıb. Hazırda söküntü işləri daha çox Binəqədi, Sabunçu rayonunda aparılsa da, Əzizbəyov və Səbayel rayonlarında da davam edəcəyi bildirilir. Sökülən evlərin və hasarların yerləşdiyi torpaq sahəsinin vətəndaşlara verilməsi barədə sərəncamlar bələdiyyələr tərəfindən imzalanıb. "Binəqədi Oil Company"nin və ARDNŞ-in mühafizə xidmətinin əməkdaşları addımlarını torpaq sahəsinin onlara məxsus olması ilə əlaqələndirir. Hazırda bələdiyyələr və ARDNŞ arasındakı torpaq mübahisəsinin ağrısını isə sadə insanlar çəkir. Evləri sökülən sakinlər arasında 3-4 il əvvəl torpaq alanlar da var. Onların əksəriyyətində torpaq sahəsinin ayrılması haqqında bələdiyyənin və tikinti aparmaq üçün icra hakimiyyətlərinin verdiyi sənəd olsa da, söküntü zamanı bunlara məhəl qoyulmayıb. Sakinlərin sözlərinə görə, ərazidə bir dənə də neft quyusu yoxdur. Maraqlıdır ki, əgər torpaq Azərbaycan Dövlət Neft Şirkətinə məxsusdursa, həmin ərazidən vətəndaşlara torpaq ayrılması barədə nə üçün bələdiyyə və icra hakimiyyəti sənəd verib?

Məsələyə münasibət öyrənmək üçün Biləcəri bələdiyyəsinin sədr müavini Nazir İsgəndərovla əlaqə saxladıq. N.İsgəndərovun sözlərinə görə, söküntü aparılan torpaq sahəsi Biləcəri bələdiyyəsinə məxsusdur: "Əgər həmin ərazilər bələdiyyəyə məxsus olmasa, torpaq sahəsinin ayrılması barədə sənəd verilməzdi. Vətəndaşlara ayrılan torpaq sahəsi müvafiq qaydada alqı-satqı edilib və dövlətin rüsumu ödənilərək sənədləşdirilib. Digər tərəfdən, həmin torpaq sahəsində tikinti aparılması üçün icra hakimiyyəti vətəndaşlara müvafiq sənəd verib. Neft Şirkətinin həmin ərazilərə iddia etməsi isə əsassızdır".
N.İsgəndərov vətəndaşların xeyli əvvəl inşa etdiyi evlərin və hasarların bu günlərdə sökülməsini yeni vəzifə təyinatları ilə izah edir: "Həmin quruma yeni rəis təyin ediləndə bu addımlar atılır. Əgər torpaq sahəsinin bələdiyyə tərəfindən qanunsuz satıldığı barədə sənəd olsa, məhkəməyə müraciət edilərdi".
"Neft şirkətinə məxsus torpaq sahələrində tikintinin aparılması qadağan edilib"

Məsələyə münasibət bildirən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nizaməddin Rzayev kütləvi söküntü işlərinin aparılmadığını bildirdi: "Əvvəllər Neft Şirkətinə məxsus ərazilərdə evlərin tikilməsi halları olub. Hazırda isə Neft Şirkətinə məxsus torpaq sahələrində tikintinin aparılması qadağan edilib. Hələlik söküntü işləri yeni tikilən obyektlərdə aparılır. Əsasən də tikilməkdə olan hasarlar sökülür. Evlərin sökülməsi ilə bağlı məsələ isə açıq qalır. Bununla bağlı məhkəmə qərarı olmalıdır".
N.Rzayevin sözlərinə görə, söküntü aparılan ərazilər "Binəqədi Oil Company"a məxsusdur: "Abşeron yarımadasında neft mədənlərinin ərazisində yüzlərlə tikinti inşa edilib. Həmin əraziləri sakinlər qanunsuz zəbt ediblər. Neft mədənləri ərazisində tikinti aparanlara dəfələrlə xəbərdarlıq edilib. Dövlətin torpağında heç kim tikinti işləri apara bilməz. Hətta elə ərazilər var ki, ora xarici neft şirkətlərinə satılıb. Ancaq qanunsuz mülk sahibləri şirkətin işləməsinə imkan vermir. Neft mədənləri ərazisində olmayan evlər sökülməyəcək. Bu ərazilərdə qanunsuz tikinti aparanlara dəfələrlə xəbərdarlıq edilib".
N.Rzayev Neft Şirkətinə məxsus torpaqlarda tikilən hər bir ev barədə ayrıca məhkəməyə müraciət ediləcəyini bildirdi: "Məhkəmənin qərarına uyğun iş aparılacaq. Bununla bağlı məhkəmə qərarı olacağından sakinlərə kompensasiya verilib-verilməməsi də dəqiq deyil. Biləcəri və Binəqədi rayonları ərazisində isə vəziyyət bir qədər fərqlidir. Həmin torpaq sahəsi əvvəllər ARDNŞ-ə məxsus olub. Sonradan işlək vəziyyətdə olan neft quyuları "Binəqədi Oil Company"yə icarəyə verilib. Hazırda həmin şirkət yalnız hasilata görə ARDNŞ-ə hesabat verir. Qalan məsələlərdə tamamilə müstəqil şirkətdir".
Hüquqşünas İntiqam Əliyevin qənaətinə görə, vətəndaşların mülkiyyət hüququna müdaxilə edilməsi yolverilməzdir: "Hüquqi, demokratik dövlətdə vətəndaşların mülkiyyət hüququ yüksək səviyyədə qorunur. Vətəndaşın mülkiyyətinə hansı hallarda müdaxilə edilməsi qanunla tənzimlənməlidir. Hazırda Konstitusiyaya edilən dəyişikliklə mülkiyyətin ictimai ehtiyaclar üçün özününküləşdirilməsinə yol verilmir. Əgər vətəndaş özünə mülk tikibsə, dövlətə kommunal xidmətlər ödənilirsə, bu, həmin tikilinin qanuniliyinin dövlət tərəfindən tanınması deməkdir. Vətəndaşa verilən mülkiyyət hüququ haqqında sənədin qanunsuzluğu isə məhkəmə yolu ilə təsdiqini tapmalıdır. Dövlət məhkəməyə müraciət etməli, həmin qanunsuz sənəd verən şəxslərə qarşı cinayət işi başlanılmalıdır. Mülkünün qanuniliyi mübahisələndirilən şəxsin rüşvətvermə faktı təsdiqlənməlidir. Bundan sonra dövlət iddia edə bilər ki, mülkiyyət hüququ verən sənəd qanunsuz yolla əldə edilib. Yaxud bir dövlət orqanı digər dövlət orqanının səlahiyyətlərinə müdaxilə edibsə, bu da faktlar əsasında məhkəmə yolu ilə sübut edilməlidir. Qanunsuzluğa yol verən şəxsin günahı sübuta yetirildiyi halda məhkəmənin qərarı ilə cəzalandırılmalıdır. Bütün bunlar olmadığı halda, vətəndaşın mülkiyyətinin sökülməsi özbaşınalıqdır".
İ.Əliyevin sözlərinə görə, hər hansı vətəndaşın mülkiyyətinin sökülməsi zərurəti yaransa, bu, ancaq məhkəmə yolu ilə həyata keçirilməlidir: "Vətəndaşın mülkiyyətinin sökülməsinin özü də qanun əsasında aparılmalıdır. Kiminsə göstərişi ilə söküntü aparılırsa, bu, qanunsuzdur. Söküntü işlərini yalnız məhkəmə qərarı əsasında, məhkəmə icraçıları həyata keçirilməlidir. Hətta tikilinin özü qanunsuz sayılsa belə, sökülən obyektin, evin, oradakı tikinti materiallarının üzərində vətəndaşların mülkiyyət hüququ var. Onların mülkiyyətlərinin dağıdılması yolverilməzdir. Hazırda söküntünün aparılması, bu işi aparanların səlahiyyətləri ilə bağlı çoxlu cavabsız suallar var. Digər tərəfdən, əgər ərazidə tikinti aparılması yolverilməzdirsə, bu, bütün tikintilərə aid edilməlidir. Bir tərəfdə tikintinin aparılması, digərlərinin isə sökülməsi yolu ilə ayrı-seçkiliyə yol verilməməlidir".
Mülkiyyət hüququnun ümumbəşəri dəyərlər sırasında olması Azərbaycan qanunvericiliyi və ölkəmizin qəbul etdiyi bir sıra beynəlxalq sənədlərdə də əksini tapıb. Konstitusiyaya edilən yeni dəyişikliklər mülkiyyətin ictimai ehtiyaclar üçün özününküləşdirilməsinə yol vermir. Amma göründüyü kimi, nəinki dövlət, hətta məmur ehtiyacları üçün də vətəndaşlar mülkiyyətindən məhrum edilir...

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.