Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Məsələyə münasibət bildirən Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev bu sahədə ciddi problem olduğunu bildirdi: "Bu barədə artıq bir neçə dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu həyəcan təbili çalıb. Bu gün kənd təsərrüfatı sahəsində, özəl təsərrüfatlarda çalışan vətəndaşların gələcək pensiya təminatı həqiqətən də sual altındadır. Onların bir hissəsi bilərəkdən, bəziləri isə qanunları bilməyərəkdən sosial sığorta haqqı ödəmir. Özü də hazırda həmin sığorta ödənişləri o qədər də böyük deyil. Bu problemin həlli üçün ciddi addımların atılması tələb olunur. İlk növbədə vətəndaşlara qanunun tələbləri izah edilməlidir. Onların maarifləndirilməsi işi aparılmalıdır. Özlərinin fərdi təsərrüfatlarında işləyənlərə, fermerlərə izah edilməlidir ki, əgər sığorta ödəməsələr, gələcəkdə yalnız baza pensiyası alacaqlar. Onlara sığorta pensiyası verilməyəcək. Əgər vətəndaşların 5 il iş stajı olmasa, onlara, ümumiyyətlə, təqaüd verilməyəcək. Həmin şəxslər ancaq müavinət ala biləcəklər". M.Quliyevin sözlərinə görə, vətəndaşların sığorta ödənişlərinə cəlb edilməsi üçün inzibati metodlardan da istifadə etmək olar: "Yerlərdə yoxlamalar aparıb müəyyənləşdirmək olar ki, həmin insanların gəlirləri nə qədərdir. Sosial sığorta haqqı ödənilməsindən yayınmaq həm də inzibati məsuliyyət yaradır. Fermer təsərrüfatı ilə məşğul olan həmin vətəndaşların bank hesabları bağlana bilər. Həmçinin onlar barəsində məhkəməyə müraciət etmək olar. Sığorta ödənişlərindən yayınan vətəndaşların müxtəlif yollarla cəzalandırılması da mümkündür. Amma ilk növbədə çalışılmalıdır ki, onların özləri gələcəkləri üçün fikirləşsinlər". M.Quliyev qeyri-dövlət pensiya fondunun yaradılmasından sonra vətəndaşların sığortaya cəlb olunmasında müəyyən irəliləyişlərin olacağı qənaətindədir: "Vətəndaşları maarifləndirmək lazımdır ki, onların ödədikləri vəsait gələcəkdə onlara xeyir gətirəcək. Həmin fond isə 2011-ci ildən fəaliyyətə başlamalıdır. Bundan sonra aparılan maarifləndirmə bir qədər də artacaq ki, bu da həmin sahədə müsbət nəticələrin əldə olunmasına səbəb olacaq". Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorundan aldığımız məlumata görə, kənd təsərrüfatı ilə məşğul olanların sosial sığortaya cəlb edilməsi istiqamətində iş aparılır: "Vətəndaşların maarifləndirilməsi üçün yeni çap məhsulları hazırlanıb. Əmək pensiyası, məcburi dövlət sosial sığorta haqları və fərdi uçotla bağlı maarifləndirici bukletlər dərc edilib. Bukletlər hazırda işləyən və gələcəkdə pensiyaya çıxacaq şəxslərin maarifləndirilməsinə yönəlib. "Gələcəyə arxayınlıqla aparan yol (sosial sığorta və fərdi uçot)" adlı bukletdə məcburi dövlət sosial sığorta haqlarının dərəcələri, sosial sığorta haqlarının gələcək pensiya təminatında nə kimi rola malik olması, fərdi uçot sisteminin məqsədləri haqqında məlumatlar toplanılıb. Artıq həmin bukletlərin Fondun yerli şöbələri vasitəsilə sığortaolunan və pensiyaçılar arasında yayılmasına başlanılıb. Bundan başqa, paralel olaraq əhalinin maarifləndirilməsi üçün audio və video çarxların yayımlanması işi həyata keçirilir".
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.