Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Mobil telefonlardakı əcaib görüntülər insanları şoka salmaqda davam edir...

22.06.09 - 16:25473 baxılıb

Ölkəmizdə isə vəziyyət bir qədər fərqlidir. Müvafiq strukturlar bu kimi olaylardan birinin "səbəbkarını" cəzalandırmağa macal tapmamış, fırıldaqçılar növbəti pornosəhnəni və ya hər hansı əcaib görüntünü yaymaqla cəmiyyəti şoka salırlar. Azyaşlı uşaqların porno görüntüləri unudulmamış, Cəlilabad və Kürdəmir olayları insanları növbəti dəfə "təəccübləndirdi". Yayılan məlumatlara görə, pornoqrafik görüntü şantajı ilə Cəlilabad rayonu, Ocaqlı kənd 1 saylı məktəbinin şagirdləri, Kürdəmirdə isə yeniyetmə qız övladı olan ailələr üzləşiblər. Kütləvi informasiya vasitələrinin yaydığı məlumata əsasən, Ocaqlı kənd məktəbinin riyaziyyat müəllimi məktəbin məlumat bazasına daxil olaraq yuxarı siniflərdə oxuyan qız şagirdlərin fotolarını əldə edərək onlara pornoqrafik görüntülər montaj edib və qızların ailələrinə xəbər verib. Məktəbdə böyük qalmaqal yaşanıb, işə polis qarışıb və müəllimi həbs ediblər. Kürdəmirdə isə naməlum şəxs yeniyetmə qızların şəkillərini mobil telefon vasitəsilə çəkir, qızlarının pornoqrafik fotolarının yayılmasını istəmirlərsə, ailədən müəyyən məbləğdə pul ödəmələrini tələb edir. Bir sözlə, pornoqrafik görüntülərin yayılacağı şantajı günümüzün bəlasına çevrilib. İş o yerə çatıb ki, bu dəhşət artıq orta məktəbləri də əhatələməyə başlayıb.

Sosial reklamlar təşkil edilsəydi…

Məsələyə münasibət bildirən Təhlükəsizlik Araşdırmalar Mərkəzinin rəhbəri İlham İsmayıl bildirdi ki, informasiya texnologiyaları inkişaf etdikcə cinayətin növləri də artır: "Bu cür məsələlərin ortalığa çıxması qanun boşluqlarının olmasına dəlalət edir. Biz bilirik ki, pornoqrafik şəkillərin, video və fotoşəkillərin yayılmasında, xüsusilə də onlar insanın şəxsiyyətini təhqir edirsə, hətta ölüm həddinə çatdırırsa, burada cinayət tərkibi var. Amma bunun qarşısı necə alınmalıdır? Belə bir texnologiya varmı və yaxud ola bilərmi ki, bu görüntülərin ilkin mənbəyi bəlli olsun? Məsələn, istənilən operator bu cinayəti tapmaq üçün bildirsin ki, konkret olaraq hansı nömrədən bu görüntülər yayılıb. Amma mənə belə gəlir ki, hüquqşünaslar kütləvi informasiya vasitələrində güclü şəkildə maarifləndirmə işləri aparmalıdırlar. Konkret olaraq bu cinayətin nə kimi fəsadlar törədəcəyini ictimaiyyətə çatdırmaq lazımdır. Sosial reklamlar təşkil edilməlidir. İkinci növbədə də mobil operatorlara müraciət etmək lazımdır. Əgər bu tip neqativ halların qarşısını almaq mümkündürsə, onda həlli məsələsinə baxılsın. Cinayət Məcəlləsində ümumi olaraq pornoqrafik şəkillərin yayılması ilə bağlı maddə var. Bu maddə ilə hüquq-mühafizə orqanları iş qaldıra bilərlər. Amma son vaxtlar sözügedən görüntülərin geniş yayılması bu işlə məşğul olan şəxslərin cəza almamalarını sübut edir".

"Valideynlər reallığı övladlarından gizlətməklə daha böyük səhvə yol verirlər"

Uşaq Hüquqlarının Müdafiəsi Liqasının sədri Yusif Bəkirov isə sözügedən problemin yalnız Azərbaycanda deyil, bütün dünya ölkələrində geniş miqyas aldığını söylədi: "Fərq isə ondan ibarətdir ki, ölkəmizdə bunu daha asan yolla, mobil telefonlar vasitəsilə yaymağa üstünlük verirlər. Müvafiq strukturlar bir araya gəlsələr, görüntüləri ötürəni tapmaq çox asan olar. Bunun üçün hüquq-mühafizə orqanlarının kiçik əməliyyat keçirməsi də kifayətdir. Hüquq-mühafizə orqanları həmin şəxsə qarşı mütləq cəza tədbiri görməlidir. Çünki burada konkret cinayət əməli var. Yeniyetmələrin cinsi istismara məruz qalması, onların buna təhrik edilməsi, şəxsin icazəsi olmadan şəklinin kütləvi yayılması və şantaj edilməsi konkret cinayət əməlidir və Beynəlxalq Uşaq Konvensiyasına ziddir. Uşaqların pornogörüntülərinin yayılması isə istismardır".
"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova da mobil telefonda hər hansı görüntülərin yayılmasını ciddi problem adlandırdı: "Lakin buna baxmayaraq, müvafiq strukturlar məsələ ilə ciddi məşğul olurlar. Pornoqrafik görüntülərin yayılması ilə bağlı cinayət işləri də açılıb. Burada şəxsiyyətin toxunulmazlığı məsələsi var".
M.Zeynalova problemdən çıxış yolunu maarifləndirmə tədbirlərinin gücləndirilməsində gördüyünü qeyd etdi: "Bu tədbirlər orta məktəblərdə də keçirilməlidir. Məktəblərə psixoloqlar dəvət edilməli, seminar və məşğələlərdə yeniyetmələrə insan alveri, narkotik vasitələr, fiziki zorakılıq və s. barədə məlumatlar verilməli, söhbətlər aparılmalıdır. Bəzən valideynlər bu kimi faktları övladlarından gizlətməyə çalışırlar. Amma onlar anlamırlar ki, reallığı gizlətməklə daha çox səhvə yol verirlər. Ona görə də neqativ halların daha geniş miqyas almasını istəmiriksə, bu sahədə maarifləndirmə tədbirlərini gücləndirməyimiz çox vacibdir".

242-ci maddə ilə nəzərdə tutulan cəza…

Məlumat üçün bildirək ki, pornoqrafik görüntülərin yayılmasına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində konkret cəza nəzərdə tutulub. Belə ki, AR CM-in 242-ci maddəsinə əsasən, pornoqrafik materialları, əşyaları yayma və ya reklam məqsədi ilə qanunsuz hazırlama, yayma, reklametmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya videomateriallar, şəkillər və sair əşyalar ilə qanunsuz ticarət şərti maliyyə vahidi məbləğinin min mislindən üç min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə islah işləri ilə cəzayla nəticələnir. Vəkil Adil İsmayılov da qanunvericilikdə bu cinayətlə bağlı məsuliyyət nəzərdə tutulduğunu dedi. Digər məsələlərə isə hüquq-mühafizə orqanları nəzarət etməlidir.
Milli İnternet Forumunun rəhbəri Osman Gündüzün sözlərinə görə, bu günədək hələ heç kim CM-in 242-ci maddəsi ilə həbs edilməyib: "Bizim üçün maraqlı odur ki, pornoqrafiyanı tirajlayanlar hansı səbəbdən heç nəyə məhəl qoymadan öz " işləri" ilə çox rahat və sərbəst məşğul olurlar".
O.Güngüz xüsusilə uşaqlar və yeniyetmələr arasında belə görüntülərin yayılmasını təhlükəli sayır: "Bu tip görüntülərə meyil edənlər daha çox azyaşlı uşaqlardır. Düşünürəm ki, burada cəmiyyətin bütün səylərinin buna qarşı mübarizəyə yönəlməsi üçün müəyyən birgə tədbirlərin görülməsi daha düzgün olardı. Yəni yalnız məktəbin, mobil operatorun, ya da hüquq-mühafizə orqanlarının üzərinə məsuliyyəti atmaq lazım deyil. İlk öncə maarifçilik işləri aparılmalıdır. İkincisi, bu, bir informasiya təhlükəsizliyi problemidir. Uşaqların informasiya təhlükəsizliyinin təmin olunması üçün mobil operatorlar, təhsil müəssisələri, valideyn təşkilatları, ictimai qurumlar və hüquq-mühafizə orqanları birgə işləməlidirlər. Müəllimlər, valideynlər, şagirdlər üçün kitabçalar və digər vəsaitlər tərtib edilə bilər. Bununla yanaşı, internet klublarda müəyyən saytların istifadəsini məhdudlaşdıran addımların atılması vacibdir. Mobil operatorlar telefonlarda bu tip görüntülərin yayılmasının qarşısını ala bilər. Məsələn, müəyyən wap saytlar var ki, onlardan köçürmələrin qarşısını almaq mümkündür".

Mobil operatorları ittiham etmək düzgün deyil

Məsələ ilə bağlı münasibət bildirərkən “Azercell Telekom” MMC-nin mətbuat xidmətinin rəhbəri Rüfət Abbasov isə mobil operatorlardan tələb olunan bəzi normaların həyata keçirilməsini mümkünsüz sayır: "Hazırda insanlar mobil telefonlardan yalnız əlaqə saxlamaq məqsədi ilə deyil, onun digər funksiyalarından -həm fotoaparat kimi, həm də videogörüntülərdən istifadə edirlər. Əgər insan şəxsi telefonu ilə videokamera funksiyasından istifadə edirsə, sonra onu blituz vasitəsilə başqalarına ötürürsə, burada mobil operatoru günahlandırmaq düzgün deyil. Çünki mobil operatorlar burada heç bir rol oynamır və bunu tənzimləmə imkanları sıfıra bərabərdir. Biz məzmun təminatçıları ilə (provayderlər) və bir çox şirkətlərlə əməkdaşlıq edirik. İnsanlar mobil telefonla internetə daxil olaraq müəyyən fayllar əldə edə bilərlər. Həmin məzmun təminatçıları ilə imzalanan müqaviləmizdə də şərt kimi qeyd olunub ki, porno görüntülərin və porno filmlərin yayılması qadağandır. Hər zaman məzmun təminatçılarından müvafiq maddəyə uyğun olaraq tələb edirik ki, porno görüntülərin yayılmasının qarşısını alsınlar. Azərbaycan qanuvericiliyinə hörmətlə yanaşırıq və onun bir hissəsiyik. Amma çox təəssüf edirik ki, söylənilən neqativ faktlar telefonlar vasitəsilə köçürülür. Mobil operatorları ittiham etmək düzgün deyil. Çünki insanlar mobil operatorların xidmətlərindən deyil, mobil telefonun funksiyalarından istifadə edirlər".
Gülər KƏRİMLİ.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.