Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Bakı Paris və Roma ilə müqayisədə bahalı şəhərdir

06.07.09 - 10:17391 baxılıb

İş ondadır ki, Azərbaycanın paytaxtı Bakı şəhəri siyahıda Moskvadan da irəlidədir. Bakı Müstəqil Dövlətlər Birliyi məkanında ən bahalı şəhər statusuna malik olaraq, reytinqdə 20-ci yerdə dayanmaqla Parisi, Madridi, Romanı, Dubayı, İstanbulu, Moskvanı, Pekini, Berlini, Varşavanı və digər meqapolisə çevrilmiş yaraşıqlı və zəngin infrastruktura malik şəhərlərdən bahalı olduğunu təsdiqləyib. Xatırladaq ki, ötən il açıqlanmış reytinqdə ölkəmizin paytaxtı 109-cu yerdə olmuşdu və Avropanın demək olar ki, bütün şəhərlərindən ucuz şəhər statusuna malik idi.
Şirkət mütəxəssisləri 125 növ xidmət və məhsulun qiyməti üzrə araşdırmalarını dünyanın 270 iri şəhərində aparıb. Bu zaman onlar şəhərlərin infrastruktur və xidmət çeşidləri, rabitə, nəqliyyat, internet, kommunikasiya texnologiyaları, ərzaq xərcləri, qeyri-ərzaq və məişət məhsulları, yaşayış vəziyyəti, həyat şəraitinin indeksi, ictimai-iaşə, mənzil və istehlak bazarındakı vəziyyət, daşınma, kommunal xərclər, yanacaq və digər sərfiyyatları qiymətləndiriblər. “Konsaltinq” şirkətinin əməkdaşları həmçinin hotel və istirahət mərkəzləri, turizm obyektləri ilə bağlı bir çox xidmət sahələrinin qiymət tariflərini dəyərləndirərək hər bir şəhərin öz xərclərini müəyyən ediblər.
"ECA İnternational"ın kriteriyalarına görə, Bakıda normal yaşamaq üçün ayda ən azı 7-8 min dollar lazımdır. Bakının bahalı şəhər olmasını əsaslandıran başlıca faktorlar yaşayış və istirahət üçün vacib olan elementlərin dünya qiymətlərindən də üstün olmasıdır. Supermarket və mağazalarda ərzaq və qeyri-ərzaq qiymətlərinin baha olmasının, hotellərdə və istirahət turizm mərkəzlərindəki qiymət yüksəkliyinin səbəbi inhisarçılıqla bağlıdır. Məlum olduğu kimi, iri biznes və hotel-turizm sektoru xüsusi olaraq inhisarçılara məxsusdur. Bu isə qiymətlərə təsir edən əsas faktorlardandır. Məsələn, "Avropa" və yaxud "Exselsior" hotelində bir stəkan kofe içmək, şam etmək məşhur Filadelfiya və Monrealdakından baha başa gəlir. Yaxud Avropada 7 dollara təklif olunan pivə Bakının orta səviyyəli istirahət mərkəzində 12 dollardan aşağı deyil.
Yemək və içmək xərclərindən başqa, Bakıda üçulduzlu mehmanxanada dincəlmək də Avropa və Amerika ilə müqayisədə yüksəkdir. Məsələn, "Amburan", "Exselsior", "Niaqara", "Af Senter" və digər istirahət mərkəzlərində birgünlük xərc 450 avrodan aşağı deyil. Halbuki bu pulla Antalyada bir həftə, hətta Florensiyada və Maldiv adalarında iki gün dincəlmək mümkündür.
Bakıda daşınmaz əmlakın icarə və satış qiymətlərinin də yüksək olması ciddi şəkildə özünü büruzə verməkdədir. Xarici dövlətlərdə 1500 avroya beşotaqlı mənzil icarəyə götürmək mümkün olduğu halda, Bakıda "İnqilab" küçəsində malikanə tipli evin aylıq icarəsi 5 min avrodan aşağı deyil. Təkcə "Təzə Bazar"la üzbəüz "əkizlər" adlanan dairəvi hündürmərtəbəli binada 4 otaqlı mənzilin icarəsi 3 min avrodur. Kaliforniyada 1500 dollara ən yaxşı mənzil icarə etmək mümkündür. Eləcə də mənzillərin satış qiymətinə görə də Bakı Avropa və Amerikanın bir sıra ölkələrini geridə qoyur. Türkiyənin İstanbul şəhərində üçmərtəbəli malikanənin satış qiyməti 450 min avro olduğu halda, Mərdəkanda ikimərtəbəli bu tipli ev 2 milyon dollara bərabərdir. Bakıda mənzillərin qiyməti Almaniya, Fransa, İsveç, İspaniya, Çexiya, Finlandiya, Rusiya, Yunanıstan və digər dövlətlərin bir sıra şəhərlərindən də bahadır. Finlandiyada mənzillər paytaxtımızla müqayisədə 2 dəfə ucuzdur. Frankfurt-Maynda 200 min avroya 170 kv.metrlik mənzil almaq olduğu halda, Bakıda şəhərin mərkəzində bu həcmdə mənzilə (1kv.metri 2400 manat) 450 mindən çox pul saymaq gərəkdir.
Bakının bahalı şəhər kateqoriyasına aid olması heç də paytaxtımızın bütün insanlar üçün əlverişli yaşayış mərkəzi olması anlamını yaratmır. Yəni Filadelfiya, Baltimor, Mayami, Birmingem, Monreal, Tokio kimi şəhərlərin bahalılığı əhalinin yaxşı gəlirlərə malik olması ilə bağlıdır. Bakıda isə belə deyil. Ümumiyyətlə, bahalı kateqoriyaya aid olunan şəhərlərin əksəriyyətinin əhalisi xüsusi sosial inkişaf göstəricilərinə malik deyil. Yəni bu şəhərlər yüksək texnologiyalar, idarəetmə, infrastruktur, xidmət sahəsindəki səviyyəsinə görə ABŞ, Fransa, İspaniya, Kanada və sair dövlətlərlə müqayisədə qat-qat aşağıda dayanır. Heç kim Bakı sakinlərinin Madriddəkilərdən yaxşı yaşamasını iddia edə bilməz. Məsələn, təkcə Qətərin şəhər infrastrukturu və buradakı işləyən əhalinin illik gəlirləri respublikamızla müqayisədə 20 dəfəyə yaxın artıqdır. Orta Şərqin zəngin qaz və neft ölkəsi olan Qətərdə əhalinin illik gəlirləri 60 min dollar, ölkəmizdə isə bu rəqəm 3000 dollardan bir qədər çoxdur.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.