Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Keyfiyyəti şübhə doğuran sərinləşdirici içkilərin 40-50 faizi işlənmiş plastik qablara doldurulur. Hazırda bazarda 30-dan artıq adda satılan sərinləşdirici içkinin 10-dan çoxunun saxta variantı hazırlanır. Məsələn, "Borjomi", "Fanta", "Pepsi", "Tərxun", "Akva Vita", "Banaqua" və sair malların oxşarları mövcuddur. Bu cür malları hazırlayanlar bəzən özlərinə məxsus "kəşflərə" də yol verirlər. "Borjomi"nin qazsız variantı buraxılır, "Fanta"nın kokteyl forması hazırlanır və s. Bəzən bazara elə sular çıxarılır ki, onların üzərində, ümumiyyətlə, heç bir göstərici qeyd olunmur. "Aysu", "Şəffaf su", "Kristal", "Aysberq", "Halal" kimi malların harada, hansı şirkət tərəfindən hazırlanması məlum deyil. Bu gün dondurma istehsalçılarının əksəriyyəti məhsulun üzərinə öz adını, şirkətin ünvanını, telefon nömrələrini, keyfiyyət göstəricilərini, məhsulun yararlılıq müddətini, saxlanma şəraitini və digər parametrləri qeyd etmirlər. Çünki məhsul keyfiyyətsiz və saxtadır. Ümumiyyətlə, dondurma satışda bir həftədən çox ola bilməz. Amma məhsulların böyük əksəriyyəti on günlərlə soyuducularda saxlanılıb satılır. Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayevin bildirdiyinə görə, qida məhsullarının laborator müayinəsi zamanı sərinləşdirici içkilərin və dondurmaların bir çoxunda orqanizm üçün xüsusi təhlükə törədən bakteriyalara və müxtəlif viruslara rast gəlinir. Salmanelloz, bağırsaq çöpləri kimi viruslar təkcə zəhərlənmələrə deyil, həm də insanlarda bir çox ağır xəstəliklərin yaranmasına səbəb olur. İ.Abdullayevin sözlərinə görə, dondurma, sərinləşdirici içkilər və şirələrin keyfiyyət göstəriciləri və saxlanma şəraiti tələblərə cavab vermir. Sərinləşdirici içkilərin günəş şüası altında uzun müddət saxlanılması yolverilməzdir. Dondurmalar isə 20 dərəcədən aşağıda saxlanıla bilməz. Bəzən sərinləşdirici sular sterlizə olunmur, adi məişət suyundan hazırlanır, sadəcə, tərkibinə müxtəlif dad komponentləri və qaz vurulur. Eləcə də ayranların hazırlanma texnologiyası məlum deyil. Ayranların qablaşdırılması zamanı istifadə olunan plastik qabın hansı sexdə və necə hazırlanması məlum deyil. İqtisadi İnkişaf Nazirliyinin İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti isə bildirir ki, indiyədək yüzlərlə mağaza və satış məntəqələrində yararsız mallar aşkarlanaraq məhv edilib. Həmin məhsullar sırasında kolbasa, qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, göbələklər, konservləşdirilmiş məhsullar, həmçinin dondurmalar, sərinləşdirici içkilər və digər məhsulları göstərmək olar. Qazanc xatirinə bazara saxta mallar çıxaranlar hətta yararsız və sağlamlıq üçün ciddi fəsadlar törədən uşaq yeməklərini də satmaqdan çəkinmirlər. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, əhali mağaza və ya ticarət köşklərindən məhsul alarkən diqqətli olmalıdır. Ölkədə istehlakçıların hüquqları lazımi səviyyədə qorunmadığından bu sahədə xeyli problemlər var. Çünki müvafiq orqanlar saxta məhsul istehsal edənlərə qarşı ən sərt tədbirlər, məsələn, cinayət məsuliyyətinə cəlb olunma və sairə kimi ölçülər götürmədiyindən, adi şəxslər zirzəmidə, kustar yolla bazarda tanınmış firmanın ticarət nişanının oxşarı olan mallar hazırlayır. Saxta və keyfiyyətsiz olan bu məhsullar bir sıra xəstəliklərlə nəticələnir. Keyfiyyətsiz dondurmalar insanlarda burun-boğaz xəstəlikləri, mədə-bağırsaq pozuntuları əmələ gətirsə də, bəzi hallarda daha ağır fəsadlar törədir. Çünki həmin dondurmaların tərkibinə marqarin yağı və digər kimyəvi qarışıqlar əlavə olunur.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.