Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Əhali pullarını manata yerləşdirsin, yoxsa qızıla çevirsin?

07.12.09 - 14:33315 baxılıb

Baş bankir ən ehtiyatlı variant kimi manatı məsləhət bilir

2010-cu ildə maliyyə bazarında böhran meyillərinin davam etməsi və dünya valyutası hesab olunan dolların ucuzlaşması proqnozlaşdırıldığından bir çox ölkələr öz milli istehsalını yerli valyutalara transfer etməyi düşünür. Son üç ayda dünya dövlətlərinin malik olduğu valyuta ehtiyatlarının tərkibində dolların həcmi 67 faizdən 61-ə düşüb. Bu proses dolların qiymətdən düşməsi və onun ehtiyat valyuta rolunun azalmasına səbəb olduğunu göstərməkdədir. Bir çox ölkələrdə iri səhmdarlar və biznesmenlər pullarını qızıla yerləşdirməyə başlayıb. Qızılın qiyməti hər həftə bahalaşdığından iri səhmdarlar kağızdan, əskinasdan üz döndərib dəyərli metallara maraq göstərirlər. Ümumiyyətlə, hazırda qızıla həvəs sürətlə artmağa başlayıb.
Azərbaycanda da qızıl ehtiyatları toplayanların sayı kifayət qədərdir. Qızılın dəyərinin artması pul sahiblərini bu metalı daha təhlükəsiz hesab etməsi barədə düşünməyə vadar edir. Ötən həftə Hindistanın Beynəlxalq Valyuta Fondundan 200 ton qızıl alması, Çinin isə yüz tonlarla qızılın alınması istiqamətində danışıqlar aparması qızıla meyilliyi bir qədər də artırıb. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun isə bu günlərdə 2010-cu ilin pul siyasəti və valyuta bazarı barədə açıqlaması qızıl yığanların qanını qaraldıb. Baş bankir bildirib ki, dünya valyuta bazarında baş verən tendensiyalar müvəqqəti xarakter daşıyır və ən etibarlı vasitə əhalinin pullarını manata yerləşdirməsindədir. Mərkəzi Bankın rəhbəri əlavə edib ki, indiki şəraitdə ən optimal və effektli yol vəsaitlərin manatla saxlanılmasıdır. Çünki manatın devalvasiyası üçün heç bir fundamental əsas yoxdur və milli valyuta 2010-cu ildə dəyərli əskinas kimi xüsusi yer tutacaq.
E. Rüstəmov əhalinin pullarını manata yerləşdirməsini tövsiyə edib. O, qızılın qiymətinin gələn il aşağı düşüb-düşməyəcəyi haqqında konkret fikir söyləməyib. Amma baş bankir sərfəli variant kimi ehtiyat yığımları və əmanətləri manatda saxlamağı məsləhət bilib. Onun fikrincə, manatın sabitliyi əhalinin gəlirləri və yığımlarını inflyasiyadan qorumaqla yanaşı, istehsal sahələrində istifadə olunan idxal məhsullarının kəskin bahalaşmasının qarşısını alıb.
Bəzi ekspertlər də həddindən artıq qızıla aludə olmağı zərərli hesab edir. İqtisadçı Nazim Məmmədovun fikrincə, qızıl dəyərli əşya olsa da, tədavül vasitəsi kimi əsas rol oynamır. Dünya iqtisadiyyatında əsas istehlak mallarının alqı-satqısı zamanı dəyər vahidi olan pul başlıca yer tutur. Bu gün dünyada vəsaitlərin qızıla yerləşdirilməsi prosesi geniş vüsət alıb. Böyük dövlətlər ehtiyat kimi qızıl yığmağa üstünlük verir. Eyni zamanda əhali də öz əmanətlərini qızıl məmulatları və daşınmaz əmlaka yönəldib. Risklilik baxımından hazırkı şəraitdə qızıl böyük əhəmiyyət daşıyır. Amma bu, uzun müddət davam edə bilməz və istehlak əməliyyatlarının xarici valyuta ilə aparılması zəruridir. Ona görə də müəyyən müddətdən sonra qızıla tələb azalmağa başlayacaq. Qızılın qiymət artımı pik səviyyəsinə çatsa da, sonradan sabitləşmə hiss olunacaq. Çünki qızılın qiyməti sürətlə aşağı düşməyə başlayacaq. Bu metalın hazırki dəyəri onun həqiqi qiyməti deyil. Qızıl elə bir məhsuldur ki, kütləvi şəkildə insanların istehlakına yönəlmir. İnsanlar və dövlətlər bütün maliyyə böhranları dönəmində qızılı özləri üçün ehtiyat sığınacaq kimi görür.
ELTAC.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.