Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

15 yaşı tamam olmayan azyaşlıların işə götürülməsi qanunla qadağan edildi

14.12.09 - 11:28371 baxılıb

Ziyafət Əsgərov: "Sərəncam imzalanan zaman Nazirlər Kabinetinə uşaqların işləməsi mümkün olan iş yerlərinin siyahısının hazırlanması tapşırılacaq"

Milli Məclisin növbəti plenar iclasında Əmək və Ailə Məcəlləsinə əlavə və dəyişikliklər qəbul edilib. Ailə Məcəlləsinə edilən düzəlişdə qeyd olunur ki, uşaq hüquqlarının həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanları nəzarət etməlidir. Əmək Məcəlləsində edilən dəyişiklikdə isə göstərilib ki, bundan sonra 15 yaşı tamam olmayan uşaqların işə götürülməsi və azyaşlılarla əmək müqavilələrinin bağlanması qəti qadağandır. Əks təqdirdə uşaqları işəgötürən tərəf məsuliyyətə cəlb oluna bilər.
Əmək və Ailə Məcəlləsinə edilən əlavə və dəyişikliklər barədə millət vəkillərinin fikrini öyrəndik.
Məsələyə münasibət bildirən deputat Fazil Qəzənfəroğlu dedi ki, əlavə və dəyişikliklərin bu formada qəbulu bir sıra çox ciddi problemlər yaradacaq: "Həmin dəyişikliklər zəruri olsa da, elə formada qəbul edilməlidir ki, uşaqların peşə öyrənməsinə, gələcəkdə özlərinə iş yerləri tapmalarına, valideynlərdən ayrı, müstəqil formada yaşamalarına problemlər yaratmasın".
Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov isə qeyd etdi ki, qanuna əlavə və dəyişikliklər qəbul olunduqdan sonra Prezident onun qüvvəyə minməsi haqda sərəncam imzalayacaq. Sərəncam imzalanan zaman Nazirlər Kabinetinə uşaqların işləməsi mümkün olan iş yerlərinin siyahısının hazırlanması tapşırılacaq.
Millət vəkili Qənirə Paşayeva isə vurğuladı ki, 15 yaşa çatmayan uşaqların işə cəlb olunmasına görə vəzifəli şəxslər cərimələnəcək. Amma bəzi işəgötürənlər çox kiçik vəsaitlər ödəyərək uşaqları əməyə cəlb edə bilərlər: "Mən qorxuram ki, sabah o uşaqların əməyə cəlb olunması hesabına bəzi istismar halları ortaya çıxsın. Çox kiçik vəsaitlər ödəyərək uşaqları əməyə cəlb etsinlər. Ona görə də Məcəllədə nəzərdə tutulan müddəaları həyata keçirəcək təşkilatlar ortaya çıxacaq subyektivlikləri aradan qaldırmaq üçün ciddi işləməlidirlər. Ən çox narahatlıq doğuran məsələlərdən biri də küçə uşaqları ilə bağlıdır. Bizim mübarizəmizin əsas məqsədi belə uşaqların əməyindən istifadə edənlərə qarşı olmalıdır".
Müzakirələrdə uşaqların ailələrə övladlığa verilməsi ilə bağlı şərtlərin asanlaşdırılması məsələsi də diqqətdən yayınmadı. Plenar iclasda daha bir neçə qanuna əlavə və dəyişikliklər müzakirə olunub.

Gülər KƏRİMLİ.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.