Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Yeni ilin gəlişinə 5 gün qalıb

28.12.09 - 14:11577 baxılıb

Bu il də paytaxtda bir sıra maraqlı bayram tədbirləri keçiriləcək

2010-cu ilin gəlişinə 5 gün qalıb. Yeni illə yanaşı, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd olunması bayram sevincini daha da artırır. Paytaxtda əvvəlki illərin bayram əhvali-ruhiyyəsi hiss edilməsə də, bəzi ərazilərdə yolkalar qurulub. Amma, həmişə olduğu kimi, uşaqlar Şaxta Baba və Qar Qızın gəlişini səbirsizliklə gözləyirlər. Maraqlıdır, yeni il ərəfəsində paytaxtda hansı tədbirlər keçiriləcək? Bayram şənliyini restoranda, kafedə qeyd etmək imkanı olmayanları telekanallar hansı şou verilişlərlə əyləndirəcək?

Məsələyə münasibət bildirən Mədəniyyət və Turizm Nazirliyi mətbuat xidmətinin əməkdaşı İntiqam Hümbətov teatrlarda müxtəlif yeni il şənliklərinin keçiriləcəyini söylədi: "Mədəniyyət və Turizm Nazirliyi yeni illə bağlı ayrıca proqram nəzərdə tutmayıb. Amma teatrlarda və Bakı Dövlət Sirkində bayram tədbirləri olacaq. Həmin mədəniyyət ocaqları müstəqil şəkildə yeni il proqramları hazırlayıblar".
Bakı Dövlət Sirkinin mətbuat xidmətindən bildirdilər ki, dekabrın 25-dən başlayaraq, yanvarın 10-dək arenamız uşaqlara xidmət göstərəcək.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova əlamətdar günlərlə əlaqədar bir sıra tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu dedi. Konkret tədbirlərə gəldikdə isə, N.Mərdanova bu barədə gələn həftə məlumat veriləcəyini vurğuladı.
Amma öyrənə bildik ki, yeni il münasibətilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində bayram tədbirləri keçiriləcək. Bu qurumdan verilən məlumata görə, tarixi bir yerdə bayram ab-havasının yaradılması üçün müvafiq hazırlıq işləri görülüb. İçərişəhərin əsas meydanlarında dekorasiya işləri başa çatmaq üzrədir. Qız Qalasının ətrafındakı ərazidə təbii şam ağacları əkilib və orijinal üslubda işıqlandırılacaq. Eyni zamanda Qoşa Qala qapıları meydanı da ənənəvi bayram atributları ilə bəzədiləcək. Bununla yanaşı, Şirvanşahlar Sarayında uşaqlar üçün Yeni il şənliyinin keçirilməsi də nəzərdə tutulur. Şah Sarayında təşkil olunacaq şənlikdə uşaqları qış bayramı mövzusunda maraqlı interaktiv tamaşalar, habelə Yeni il hədiyyələri, müsabiqə və viktorinalar gözləyir. Tamaşalardan biri İçərişəhər sakinlərinin 3 - 12 yaşlı uşaqları üçün təmənnasız təşkil olunacaq.

Televiziyalar maraqlı verilişlər hazırlayıb

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-dən (AZTV) bildirdilər ki, bu il də tamaşaçılarını yeniliklərlə sevindirəcəklər. Qurumun mətbuat xidmətinin rəhbəri Xatirə Qasımovanın sözlərinə görə, "Yeni il" şənliyi verilişi ilə bərabər, digər bayram proqramları da hazırlanır. Bayram ərəfəsində tamaşaçıları yeni televiziya tamaşası ilə sevindirəcəyik. Ramiz Həsənovun rejissorluğu ilə "Evləri köndələn yar" tamaşasının 25 ildən sonra davamı çəkilib. İnanıram ki, həmin tamaşanın ardı da çox populyar və maraqlı olacaq. Yeni ilə aid "Latlandiyadan gələn qonaq" adlı daha bir verilişimiz tamaşaçılara təqdim ediləcək".
Yerli telekanallar arasında bayram şənlikləri ilə bağlı maraqlı layihə təqdim edən "Lider" telekanalı bu il də fərqlilik nümayiş etdirmək fikrindədir. Telekanalın baş prodüsseri Murad Dadaşov dedi ki, hələlik açıqlama vermək istəməzdim. Amma bir şeyi deyə bilərəm, bu çox maraqlı bir proqramdır. Həmin proqram tanınmış insanların iştirakı ilə təşkil olunacaq. Maraqlı şoular nəzərdə tutulub. Çalışacağıq ki, tamaşaçıların zövqünü oxşayaq".
"Xəzər TV"dən bayram proqramı barədə məlumat vermək istəmədilər. Telekanalın Proqramlar Departamentinin prodüsseri Zahid İsmayılov bunun sirr olduğunu dedi: "Biz hələlik sirr olaraq saxlayırıq. Efir vasitəsilə anonsları gedəndə hər kəs izləyəcək. Ehtimal ki, konsert proqramları üstünlük təşkil edəcək".
İctimai Televiziyada da yeni il şənlikləri ilə bağlı proqramlar nəzərdə tutulub. Telekanaldan verilən məlumata görə, hazırda hazırlıq işləri aparılır, bu səbəbdən də geniş məlumat verilmir.
"Space" və "ANS" kanallarından da ümumi şəkildə yeni illə bağlı maraqlı verilişlərin olacağını bildirdilər.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.