Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada tütündən istifadə səbəbindən hər il təxminən 5,4 milyon insan ölür. Bu xoşagəlməz göstəricinin 2030-cu ilədək 8 milyondan çox olacağı proqnozlaşdırılır. Təəssüf ki, XX əsrdə tütün 100 milyon insanın ölümünə səbəb olub. XXI əsrdə isə tütündən 1 milyard insanın dünyasını dəyişəcəyi gözlənilir. Bu, çox təhlükəli rəqəmdir. ÜST-nin məlumatına görə, tütün böyüklər arasında hər on nəfərdən birinin ölümünə səbəbkardır, ondan mütəmadi istifadə edənlərin demək olar ki, yarısını öldürür. Qeyd edək ki, orta hesabla dünya əhalisinin 29 faizi siqaret çəkənlərdir. Acınacaqlı hal odur ki, qapalı şəraitdə tütün məhsullarının yanması nəticəsində yaranan zərərli təsirinə həm siqaret çəkənlər, həm də ətrafdakılar məruz qalırlar. ÜST-nin hesablamaları göstərir ki, dünyada uşaqların yarısı tütünlə çirklənmiş hava ilə nəfəs alır. Beynəlxalq Əmək Təşkilatının məlumatları da göstərir ki, hər il ən azı 200 min insan iş yerində məruz qaldığı tütün tüstüsünün təsiri nəticəsində həlak olur.
"Azərbaycanda Tütünlə Mübarizə Strategiyasının Hazırlanması Layihəsi"nin koordinatoru Nurlan Əliyevin bildirdiyinə görə, ölkəmizdə 15-49 yaşlı kişilərin 49 faizi siqaret çəkir. Aparılan sorğunun nəticələri göstərir ki, Bakıda 20-34 yaşlı kişilər özünü təsdiq etmək, bəziləri dəb olduğu üçün, bəziləri isə dostlarının təsiri altına düşərək siqaretə meyl salırlar: "Bu vərdişi prestij hesab edənlər də var. Amma rəyi soruşulan qadınların 97, kişilərin isə 89 faizi siqaretin ziyanlı olduğundan xəbərdardır". ÜST-nin Azərbaycan üzrə ölkə ofisinin qeyri-yoluxucu xəstəliklər və psixi sağlamlıq üzrə milli proqram mütəxəssisi Sevil Əsədovanın bildirdiyinə görə, tütün hər altı saniyədə bir insanın həyatına son qoyur: "Tütün iflic, ölümlə nəticələnə bilən ürəktutmalar üçün vacib risk faktorudur. Tütün tüstüsündə 4000-dən çox kimyəvi maddə vardır.Passiv siqaretçəkmə ciddi sağlamlıq problemlərinə səbəb olur, hətta qismən məruz qalma nəticəsində kliniki dərəcədə mühüm ürək-damar xəstəlikləri riski yaranır. Tüstüsüz mühitdə, onun tətbiq edilməsinin ilk bir neçə ayı ərzində belə ümumi əhali arasında ürəktutma halları azalır. Tamamilə tüstüsüz mühit tələb edən qanunvericilik zəruridir". Artıq qlobal miqyas alan bu problem təcili tədbirlərin həyata keçirilməsinin zəruriliyini gündəmə gətirir. Məsələ Azərbaycanda da öz aktuallığını saxlayır. Beynəlxalq ekspertlərin rəyinə görə, bu problem hələ xeyli müddət aktual olaraq qalacaq. Amma tütündən baş verən xəstəlikləri və ölüm epidemiyasını dayandırmaq mümkündür. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin rəhbəri Ceyhun Məmmədovun sözlərinə görə, 2003-cü ildə 150 tərəfin iştirakı ilə ÜST-nin Çərçivə Konvensiyası qəbul edilmişdi. Bu konvensiya tütün məmulatlarının istehsalını, satışını və istifadəsini tənzimləyən ilk beynəlxalq razılaşmadır. Razılaşma ictimai yerlərdə siqaret çəkməyi və tütün məmulatlarının reklamını qadağan edir: "Bu istiqamətdə təkcə səhiyyə işçiləri deyil, digər qurumlar da iş aparmalıdır. Tütün epidemiyası ilə mübarizədə səylərin gücləndirilməsi və bütün aidiyyəti qurumların birgə fəaliyyət göstərməsi vacibdir". Səhiyyə Nazirliyinin nümayəndəsi Tahir Hacıyev hesab edir ki, son illər Avropa ölkələrində tütün çəkməyə qarşı rəsmi səviyyədə sərt tədbirlər görülür. Bu tədbirlər əhalinin passiv siqaret çəkmədən xilas olunmasına yönəlib. Azərbaycanda da tütün çəkmənin məhdudlaşdırılması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərə aludəçiliyin profilaktikası və s. məqsədlər daşıyır. Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev deyir ki, tütünlə bağlı məsələlər "Tütün və tütün məmulatı haqqında", "Reklam haqqında", "Televiziya və radio yayımı haqqında" qanunlarda, eləcə də "İnzibati Xətalar", "Vergi" məcəllələrində öz əksini tapıb. Amma tütün çəkmənin yaratdığı fəsadlar bu məcəllələrə yenidən baxılmasını tələb edir. Çünki mövcud cərimə sanksiyaları və vergitutmaları reallığı əks etdirmir. Sədr müavini tütünlə bağlı yeni qanun layihəsinin hazırlanması və ya mövcud qanunun təkmilləşdirilməsi ilə bağlı səslənən fikirlərə də münasibət bildirib: "Tütün və tütün məmulatı haqqında" qanun tütünün inkişafına həsr olunub. Ona görə də bu qanunun təkmilləşdirilməsi tütünlə mübarizədə heç bir effekt verməyəcək. 12 maddədən ibarət "Siqaretçəkmənin məhdudlaşdırılması haqqında" qanun layihəsi isə hazırda Milli Məclisdə müzakirədədir". Xatırladaq ki, neçə illərdir ki, parlamentdə, ümumiyyətlə, cəmiyyətdə "Siqaretdən istifadənin məhdudlaşdırılması haqqında" qanunun qəbul edilməsi ilə bağlı müzakirələr davam edir. Təxminən ilyarım öncə parlamentin Sosial Siyasət Komitəsində millət vəkili Qənirə Paşayevanın Türkiyənin və bir sıra qabaqcıl ölkənin analoji qanunvericilik aktları əsasında hazırladığı qanun layihəsinin ilkin variantının müzakirəsi keçirilmişdi. Onu da qeyd edək ki, həmin müzakirələrdən xeyli vaxt keçməsinə baxmayaraq, bu yöndə konkret bir qanun layihəsinin ictimai müzakirələrə, sonra isə parlament müzakirələrinə çıxarılıb- çıxarılmayacağı məsələsi sual olaraq qalmaqdadır. Ancaq bununla belə, istər cəmiyyətdə, istərsə parlamentdə bu yöndə qanun layihəsinin hazırlanması, ictimai müzakirələrə çıxarılması tərəfdarları hələ də çoxluq təşkil edir. Onlar belə bir qanunun qəbul edilməsinin vacibliyini israrla dilə gətirməkdədirlər. Çünki dövlətin vətəndaşlarının - siqaret çəkməyən insanlarının sağlamlığının qayğısına qalması üçün hüquqi bazası olmalıdır. Komitənin sədr müavini qeyd edib ki, layihədə siqaret çəkilməsinə qadağa qoyulacaq müəssisələr konkret göstərilir. Belə ki, hava və dəniz limanlarında, dəmiryolu və avtobus vağzallarında, şəhərlərarası bütün marşrutlarda, taksi də daxil olmaqla, bütün ictimai nəqliyyat növlərində siqaret çəkilməsi qadağan edilir. Bundan başqa, kinoteatrlarda, idman yarışları və konsert keçirilən qapalı zallarda, tədris müəssisələri, uşaq bağçaları, səhiyyə və ictimai-iaşə müəssisələrində, şadlıq evlərində siqaret çəkilməsinə qadağa qoyulur. İş yerlərində isə xüsusi ayrılmış yerlərdə siqaret çəkilməsinə icazə verilir. Layihədə dövlət tibb müəssisələrində siqaretçəkmənin müalicəsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi də nəzərdə tutulub. Prosesə nəzarətin vacibliyini də deyən M.Quliyev bildirib ki, bu iş Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinə tapşırılmalıdır. O, qanunun payız sessiyasında müzakirəyə çıxarılmağa hazır olduğunu bildirdi: "Lakin ona yazda baxılması nəzərdə tutulub. Çünki hələ də bəzi məqamların həlli üzərində düşünürük. Belə ki, Azərbaycanda 3 milyona yaxın əhali siqaret çəkir. Tütünlə mübarizədə tətbiq olunan cərimənin azlığı heç bir effekt verməyəcək. Cərimənin çox olması isə sual doğurur. Görəsən, həmin şəxs bu cəriməni ödəyə biləcəkmi? Yeni qanunun mahiyyəti təkcə tütün istehlakının məhdudlaşdırılması, yaxud bəzi yerlərdə qadağa qoyulması deyil. Əslində, siqaretçəkmənin profilaktikasına yönəldilmiş tədbirlərin genişləndirilməsidir".
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.