Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Qacqınlar zəbt etdikləri mənzillərdən çıxarılacaqmı?

25.01.10 - 12:51484 baxılıb

"Dövlətqaçqınkom" qaçqınların yeni qəsəbələrə köçürülməsi ilə əlaqədar məskunlaşdıqları mənzillərdən çıxarılacaqlarına əmin edir

2010-cu ildə Bakı şəhərindəki yataqxana və sanatoriyaların binalarında yerləşən məcburi köçkünlərin köçürülməsinə başlanacaq. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, hazırda Bakı şəhərində 60 yataqxanada 6100 ailə və ya 24 min məcburi köçkün yaşayır. Həmçinin sanatoriya binalarında 2836 ailə yaşayır ki, bu da 10 min nəfər deməkdir. Bundan başqa, paytaxtda vətəndaşların mənzillərinə sığınmış qaçqınların da oradan çıxarılması nəzərdə tutulur.
Ə.Həsənov bildirib ki, köçürülməyə ilk olaraq ali məktəblərin yataqxanalarından başlanması nəzərdə tutulur. Bu proseslə bərabər, digər rayondan olan məcburi köçkünlər də yeni salınan qəsəbələrə köçürüləcək. Bundan başqa, Müşfiq və Hacı Zeynalabdin Tağıyev qəsəbələrindəki hərbi hissələrdə məskunlaşmış məcburi köçkünlərin başqa yerə köçürülməsi üçün torpaq sahəsi ayrılıb. Hazırda onların köçürülməsi istiqamətində müvafiq işlər görülür. İmişli və Yevlax rayonlarındakı fin qəsəbələrinin köçürülməsi layihəsi də hazırdır. Məktəblərdən və fin qəsəbələrindən köçürmələr eyni vaxtda başlayacaq.
"Dövlətqaçqınkom"un sədri paytaxtda və digər ərazilərdə vətəndaşların fərdi mənzillərini zəbt etmiş qaçqınların köçürülməsi ilə bağlı araşdırmaların aparılacağını bildirsə də, bu proses barədə geniş məlumat verməyib.
"Dövlətqaçqınkom"un hüquqşünası Telman Hüseynov isə hesab edir ki, fərdi mənzillərdə yaşayan qaçqınların sayını tam müəyyənləşdirmək mümkün deyil. Çünki bəziləri yataqxana və digər yaşayış sahələrində qeydiyyatda olduğundan onların fərdi mənzillərdə yaşayıb-yaşamamasını da araşdırmaq çətinlik törədir.
Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin məlumatına görə, qaçqınların böyük əksəriyyəti yeni salınmış qəsəbələrdə evlə təmin olunsalar da, normal şəraitə malik evlərdən məhrum olan insanların sayı minlərlədir. Təkcə, Bakıda 200 minə yaxın məcburi köçkün yaşayır. Onların yarısı yataqxana və sanatoriyalarda, uşaq bağçalarında məskunlaşıb. Vətəndaşların fərdi mənzillərində yaşayan qaçqınların sayı da çoxdur.
Hüquqşünas Sahib Məmmədovun fikrincə, paytaxtda vətəndaşlara məxsus fərdi mənzillərdə sığınacaq tapmış qaçqınların bir hissəsi artıq onlara verilmiş yeni evlərə köçüblər. Amma onların çoxu yenə də zəbt etdiyi evlərdə yaşayırlar. Ekspert bildirir ki, onların sayını indiyədək dəqiqləşdirmək mümkün olmayıb. Məlumatlara görə, onların sayı 5 min nəfərə yaxındır.
Məsələ ondadır ki, qaçqınların bir çoxu artıq neçə ildir ki, yaşayış yerləri ilə təmin olunsalar da, yenə də vətəndaşların evlərini tərk etmək istəmirlər. Hətta elə məcburi köçkün ailəsi var ki, onlara Ramanıda və Goranboyda yeni salınmış qəsəbələrdə evlər verilib, amma Bakıdakı zəbt etdiyi mənzili boşaltmaq istəmir. Bəzi ailələr buradakı evlərdə öz övladlarını yerləşdirib, qəsəbələrdə isə özləri yaşayır. Elə qaçqın ailəsi də var ki, hökumətin verdiyi mənzildə kirayənişin saxlayır. Dövlətdən güzəştli şəkildə ipoteka kreditləri ilə 4 otaqlı mənzil almış qaçqın ailələri də mövcuddur, onlar öz mənzillərinə köçdüyü halda digər qohumlarını qanunsuz zəbt etdiyi evlərə yerləşdirib.
Qaçqınların bəziləri müvəqqəti sığındığı evlərin həqiqi sahiblərinin sosial vəziyyətini nəzərə alaraq özləri könüllü olaraq buranı tərk edirlər. Amma elələri də var ki, 2-3 evi olsa belə buranı qənimət bilib əl çəkmək istəmir. Evlərin həqiqi sahibləri onları məhkəməyə verəndə isə hökumətin 1994-cü ilə qədər müxtəlif evlərdə məskunlaşmış qaçqınların oradan çıxarılmasını qadağan edən göstərişini ortaya atırlar. Halbuki 15 il əvvəl onların yaşayış yeri olmadığına görə, hökumət belə tapşırıq vermişdi. İndi onlara ev verilsə də bu cür əsassız bəhanələr gətirirlər.
"Dövlətqaçqınkom"dan isə bildiriblər ki, həmin problemin həlli üçün ciddi şəkildə araşdırmalar aparılacaq. Həmin şəxslər yeni qəsəbələrdə evlərlə təmin edilərkən zəbt etdikləri mənzillərdən çıxarılacaqlar.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.