Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Ali məktəblərdə adambaşına maliyyələşmə birmənalı qarşılanmır

25.01.10 - 12:56307 baxılıb

Etibar Əliyev: "Bu məsələ müstəqillik əldə etdikdən sonrakı 3-6 il ərzində öz həllini tapmalı idi"

Vüqar Bayramov: "Yeni sistemin tətbiq metodikası işləndikdən sonra geniş ictimai müzakirələrə ehtiyac olacaq"

Gələn dərs ilindən Azərbaycanın bütün ali məktəblərində adambaşına maliyyələşməyə keçməklə bağlı məsələ gündəmə gəlib. Dünya Bankı bu layihəyə kredit ayırmağa hazır olduğunu bildirir. Təhsil Nazirliyi bu işin reallaşmasının təhsilin keyfiyyətinə müsbət təsir edəcəyi qənaətindədir. Təhsil naziri Misir Mərdanov mətbuata açıqlamasında bildirib ki, ali təhsil müəssisələrində adambaşına hər tələbəyə düşən vəsaitlər bir-birindən fərqlənir: "Biz istəyirik ki, bu fərqlər obyektiv olsun. Ali təhsilə ayrılan vəsaitlər səmərəsiz xərclənməsin. Əsas məqsədimiz ali təhsilə ayrılan vəsaitlərin təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etməsidir".
Amma ekspertlər arasında fərqli düşünənlər də var. Təhsil məsələlərini araşdıran ekspert Etibar Əliyev bu məsələdə gecikdiyimizi bildirir: "Əslində, bu məsələ müstəqillik əldə etdikdən sonrakı 3-6 il ərzində öz həllini tapmalı idi. Təəssüf ki, bu baş vermədi. İndi 19 il keçdikdən sonra təhsil sahəsində hansısa islahata başlanılması bir qədər anlaşılmaz görünür. Bütün bu ideyalar Qərbdən götürülüb. Amma bunun Azərbaycanda icra mexanizmini işləyib hazırlamaq uzun vaxt lazımdır".
E.Əliyevin sözlərinə görə, sovet dövründə ödənişli təhsil yox idi, ancaq təhsilin keyfiyyəti indikindən bir neçə dəfə yüksək idi: "Yəni o zamanlar dövlətin hesabına verilən orta və ali təhsil çox yüksək səviyyədə qurulurdu. Bütün tədqiqatlar bunu təsdiq edir.
Bütün parametrlərinə görə indiki təhsilin səviyyəsi çox aşağıdır. Hazırda Azərbaycanda hər tələbəyə düşən vəsait başqa ölkələrlə müqayisədə xeyli azdır. Hər tələbəyə təxminən 1000 manatdan bir qədər artıq vəsait düşür. Aydın məsələdir ki, bu, dünya standartlarından çox aşağıdır. Halbuki Qərbdə elə universitetlər var ki, hər tələbəyə düşən vəsait 12 mindən 20 min dollara qədər dəyişir".
Ekspert orta məktəblərdə də bu sistemin özünü doğrultmayacağı qənaətindədir: "Orta məktəblərdə şagird hesabına maliyyələşmə ideyası Dünya Bankının layihəsindən irəli gəlirdi. Bu, istənilən effekti vermədi. Azərbaycan ali məktəblərində də yeni maliyyələşmə tətbiq olunsa, mexanizm işləsə belə, bu yenilik yaxın 10-12 ilə öz bəhrəsini verməyəcək. Çünki yeni maliyyələşmənin istənilən effekti verməsi üçün tələbəyə seçim hüququ verilməlidir. Bundan ötrü ali məktəblərdə müəllimlərin seçilməsini təmin edəcək tələbələrin icması yaradılmalı, müstəqil tələbə hərəkatları formalaşmalıdır. Eyni zamanda tələbələrə azadlıqlar verilməlidir ki, vəsaitin onların keyfiyyətli təhsil almasına xərclənməsi mümkun olsun. Əks təqdirdə bu şəraitdə adambaşına maliyyələşdirmə sistemi ali təhsil sahəsində heç bir dəyişikliklərə səbəb olmayacaq. Bütün bunlar Boloniya bəyannaməsində öz əksini tapıb".
İqtisadçı-ekspert Vüqar Bayramov ali tədris ocaqlarında adambaşına maliyyələşdirməyə keçidin təhsil sistemində aparılan islahatların tərkib hissəsi olduğunu vurğuladı: "Bu mexanizmin hazırlanması və işə düşməsi üçün metodika hazırlanır. Bu mexanizmə keçiddə təbii ki, gecikmişik. Çünki söhbət ondan gedir ki, bir çox ölkələr artıq bu prosesi çoxdan tətbiq edir və müəyyən uğurlar da əldə edib. Nəzərə alaq ki, Azərbaycanda adambaşına maliyyələşdirmə mexanizmi təzədir, praktik olaraq bu anlayışın özü müstəqillik əldə edildikdən sonra istifadə olunmağa başlayıb. Avropa ölkələrinin əksəriyyətində isə bu mexanizmdən xeyli vaxtdır istifadə olunur. Bu sistemə keçid yeni tədris ilində mümkün olmasa da, növbəti illərdə tətbiq olunması gözləniləndir. Amma reallıq ondan ibarətdir. Yeni sistemin tətbiq metodikası işləndikdən sonra geniş ictimai müzakirələrə ehtiyac olacaq. Çünki kifayət qədər ciddi islahatların aparılmasından söhbət gedir".
V.Bayramov təhsilin maliyyələşdirilməsi sahəsində yeni yanaşmanın bir sıra üstünlüklərinin olduğunu bildirdi: "Bu birmənalı şəkildə ali təhsilin yeni sistem əsasında qurulmasına gətirib çıxaracaq. Başqa üstünlüyü ondan ibarətdir ki, bu cür maliyyələşmə hər bir tələbənin xərclərinin özləri tərəfindən müstəqil şəkildə qiymətləndirməyə imkan verəcək. Digər tərəfdən, smeta tərtib olunarkən ali məktəblər imkan verməyəcək ki, vəsaitləri təyinatından kənar xərclənsin. Reallıq ondan ibarətdir ki, ali məktəblərə ayrılan vəsaitlərin çox hissəsi tikinti-təmir işlərinə sərf edilir. Hətta bəzən təmirə ehtiyac olmadığı bir halda ali məktəb rəhbərləri həmin pulların silinməsi üçün bu yola üstünlük verirlər. İndiki maliyyəlşdirmə üsulunun da təhsilə yönələn vəsaitin haradan gəlib hara getməsinə nəzarət imkanları zəifdir. Yeni maliyyələşdirmənin əsas üstünlüklərindən biri də ondan ibarətdir ki, ali məktəblərdə vəsaitlərin xərclənməsi üzrə şəffaflıq artacaq".
Müsahibimiz orta məktəblərdə də adambaşına maliyyələşdirmə sisteminə keçməsi istiqamətində müəyyən addımlar atıldığını vurğuladı: "Bir neçə il olar ki, Dünya Bankı orta məktəblərə maliyyə müstəqilliyinin verilməsi üçün bir sıra rayonlarda pilot məktəblər seçib və layihə həyata keçirir. Düzdür, hələlik buna tam nail olunmayıb. Orta məktəblərdə də adambaşına maliyyələşmənin özəlliyi odur ki, qərarların qəbul edilməsi mərkəzləşdirilmir. Bu prosesdə daha çox maliyyə müstəqilliyi verilən məktəbdə, universitetdə oxuyan şagird, tələbə cəmiyyəti, valideyn şurasının təsiretmə imkanları artıb. Deməli, yeni maliyyələşmənin tətbiqi yalnız büdcədən ayrılan vəsaitlərin xərclənməsində səmərəliliyin təmin olunması deyil, həmçinin orta və ali məktəb səviyyəsində qərarların qəbuledilməsində mərkəzləşmənin aradan qaldırılmasıdır".
Müsahibim yeni maliyyələşmənin tətbiqində nəzərəçarpan yubanmanı ali məktəblərin yeni sistemin tətbiqi üçün hazır olmaması ilə əlaqələndirdi.

Xalid AZƏR.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.