Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Əli Məsimli: “İnkişaf etmiş ölkələrdə təhsil kreditləri 3-5 faiz arasında verilir”
Millət vəkili Əli Məsimli Milli Məclisə təqdim etmək üçün "Təhsil krediti haqqında" qanun layihəsini hazırlayıb. Əməkdaşımız Əli müəllimlə görüşüb layihə barədə ətraflı məlumat verməsini xahiş etmişdir. - Əli müəllim, yəqin ki, siz bu sənədi inkişaf etmiş ölkələrin təcrübəsi əsasında hazırlamsınız. Elə ilk sualım da həmin ölkələrdə təhsil kreditlərinin verilmə qaydaları barədədir... - İnkişaf etmiş ölkələrdə təhsil kreditləri 3-5 faiz arasında verilir. Qonşu Rusiyada bu rəqəm 5,5 faiz təşkil edir. Azərbaycanda Mərkəzi Bankın uçot dərəcəsi 2 faiz olduğundan təhsil kreditlərinin 5 faizlə verilməsini məqbul sayıram. Buradakı 3 faiz bankların qazancıdır. Banklar buna gedərlər. Amma məsələ ondadır ki, təhsil kreditlərinin mənbəyi təkcə dövlət vəsaiti olmamalıdır. Banklarda öz maliyyə resurslarından bu məqsədlə istifadə edə bilərlər. Amma bir məsələ də var ki, 26 faizə kredit verən bankların 5 faizlə kredit verməsi mümkün deyil. Sirr deyil ki, banklar mənfəətlərini daha çox düşünürlər. Təcrübəsini araşdırdığım ölkələrdə təhsil kreditlərini maliyyələşdirmək üçün mütləq büdcədən vəsait ayrılır. Əgər dövlət vəsait ayırarsa, deməli, Mərkəzi Bank faiz dərəcələrinin aşağı olmasını şərt kimi qoya bilər. Bilirsiniz, dövlət bu prosesə dəstək verməsə, xüsusən ilkin beş ildə yardımçı olmazsa, qanun qəbul edilsə də, kağız üzərində qalacaq. Yenə də aztəminatlı ailələrin uşaqları ali təhsil almayacaqlar, ali təhsil alanların sayında artım olmayacaq. Bu qanun dövlətin və təhsil almaq istəyənlərin hüquqlarını müdafiə edir. - Əli müəllim, hazırladığınız qanun layihəsində hansı məsələlərə daha çox yer vermisiniz? - Layihə qəbul edilərsə 600-dən yuxarı bal toplayanlar təhsil haqqından azad olacaqlar. Etiraf edim ki, bu, barmaqla sayılcaq qədər tələbəni əhatə etsə də, çox mühüm məsələdir. Bundan başqa, aztəminatlı təbəqə üçün verilən təhsil kreditinin faizsiz olmasını önə çəkmişəm. Əgər həmin tələbə bakalavrı əla qiymətlə bitirərsə, avtomatik olaraq təhsil kreditini qaytarmaq öhdəliyi ləğv edilir və dövlət bu xərci öz üzərinə götürmüş olur. Bu da gənclərdə stimul yaradır ki, onlar yaxşı oxusunlar. - Bu qaydalar özəl universitetlərdə də təhsil alanlara şamil edilə bilər? - Əlbəttə. - Təhsil krediti götürən insan əmək qabiliyyətini itirərsə və ya dünyasını dəyişərsə, pulun ödənilməsi məsuliyyətini kim üzərinə götürəcək? - İki variant təklif edilib. Birinci variantda qeyd olunub ki, bu xərci dövlət öz üzərinə götürəcək. İkinci variant isə daha optimaldır. Şəxs təhsil aldığı müddətdə və ya möhlətli vaxtda bu xərci dövlət üzərinə götürəcək. İşləyən ərəfədə isə bu, sığorta şirkətlərinin üzərinə düşəcək. - Deməli, prosesə həm də sığorta şirkətləri qoşulacaq, dövlət ağır məqamlarda kömək əlini uzadacaq... - Layihədə qeyd olunur ki, təhsil kreditini tələbənin əvəzinə işlədiyi və ya istənilən müəssisə ödəyə bilər. Onu da qeyd edək ki, bir sıra sivil ölkələrdə dövlətlə yanaşı, xeyriyyə cəmiyyətləri tələbələrin təhsil xərclərini öz üzərinə götürür. Türkiyədə böyük təşkilatlar təhsil təqaüdləri təyin edirlər ki, dövlət də bunun müqabilində onlara vergi güzəştləri edir. Ölkəmizdə bu kimi güzəştlər olmadığından böyük müəssisələrin tələbələrə təqaüd təyin etməyə marağı yoxdur. Ona görə də bu prosesdə ağırlıq dövlətin üzərinə düşəcək. Razıyam ki, dünyada beynəlxalq təşkilatların kredit xətləri var. Amma bizdə ilkin mərhələdə bu ağır yükü dövlət özü üzərinə götürməlidir. - "Təhsil krediti haqqında" qanun layihəsində kreditin təhsil haqqından aşağı verilməməsi göstərilib… - Məsələ ondadır ki, bir sıra ölkələrdə bu məbləğ aşağı nəzərdə tutulur. Məsələn, təhsil haqqı 1500 manatdırsa, 800-900 manat verilir. Təhsil kreditinin maksimum məbləği ona görə müəyyən edilməyib ki, gələcəkdə bu kimi problemlər ortaya çıxmasın. Tələbənin təhsil haqqı bu il 1000 manatdırsa, bank 1000 manat verəcək. Gələn il universitet təhsil haqqını əlavə olaraq 200 manat yüksəldəcəksə, tələbə müvafiq arayışı gətirdikdə bank da universitetin hesabına 1200 manat pul köçürəcək. - Kredit verilərkən hər hansı əmlakın girov qoyulması nəzərdə tutulacaq? - Təhsil kreditləri alan şəxsin qoyduğu girov onun ali təhsil ocağının ödənişli fakültəsinə daxil olması barədə sənəd olacaq. Bu ona görə belədir ki, girov məsələsi gündəmə gələndə banklar bölgələrdə yaşayanlardan belə, şəhərin mərkəzində mənzilin olması tələbini ortaya atırlar. Ona görə də təhsil kredtinin müqabilində girov nəzərdə tutulmayıb və qanun layihəsi Azərbaycan gənclərinin maraqlarına xidmət edir. Layihədə tələbələrin digər xərclər üçün də banklardan kredit götürməsi nəzərdə tutulub.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.