Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Ötən il 700-ə qədər müəssisə özəlləşdirilib

06.02.10 - 20:48464 baxılıb

Buna 80,5 milyon manat investisiya qoyulub

Əmlak Məsələləri Dövlət Komitəsində 2009-cu ilin yekunlarına dair kollegiya iclası keçirilib. Komitə sədri Kərəm Həsənov ötən il ümumilikdə respublika üzrə 700-ə qədər kiçik dövlət müəssisə və obyektinin, 450-yə kimi obyektin yerləşdiyi torpaq sahəsinin özəlləşdirildiyi barədə məlumat verdi: "Dövlət müəssisələri investisiya müsabiqələri yolu ilə özəlləşdirilib. Müsabiqə qalibləri tərəfindən müəssisələrə 80,5 milyon manat məbləğində investisiya qoyulub. Ümumilikdə isə, göstərilən vaxt ərzində özəlləşdirilmiş 80 dövlət müəssisəsinə 480,5 milyon manat həcmində investisiya yatırılıb. Dövlət büdcəsinə isə 32,5 milyon manat vəsait köçürülüb. "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"nın tətbiqi nəticəsində dövlət büdcəsinə ümumilikdə 59 milyon manata yaxın vəsait ödənilib. Bundan başqa, özəlləşdirmə dövrü ərzində əhaliyə paylanmış 25,3 milyon ədəd dövlət özəlləşdirmə çekinin təqribən 80 faizi silinib".
K.Həsənov həmçinin qeyd edib ki, dövlət müəssisələrinin özəlləşdirmə qabağı sağlamlaşdırılması və restrukturizasiyası ilə bağlı tədbirlərin görülməsi məqsədi ilə təkliflər hazırlanıb. Belə ki, "Azərboru" Səhmdar Cəmiyyətinin böhrandan sonrakı fəaliyyəti üçün əlverişli zəminlərin yaradılması ilə əlaqədar proqramın hazırlanmasına köməklik göstərilib: "Müəssisəyə dövlət köməyi və tənzimləmə tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar müvafiq təkliflər verilib. Dünyada baş verən qlobal iqtisadi və maliyyə böhranı ilə bağlı "Azəralüminium" Açıq Səhmdar Cəmiyətinə də fəaliyyətinin dəstəklənməsi və maliyyə vəziyyətinin sağlamlaşdırılması məqsədi ilə təkliflər paketi təqdim olunub".
Komitə rəhbəri dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadə vəziyyətinin araşdırılması istiqamətində də işlərin aparıldığını deyib: Ötən il 300-ə yaxın müəssisə və obyektdə dövlət əmlakının mövcudluğu, qorunub saxlanılması və ondan səmərəli istifadə olunması, habelə dövlət büdcəsinə dividendlərin hesablanması və ödənilməsi vəziyyəti araşdırılıb. Özəlləşdirilmədən sonra alqı-satqı müqavilələrinin şərtlərinə əməl olunması və fəaliyyət profilinin saxlanılması ilə bağlı 82 sosial təyinatlı obyektdə monitorinqlər aparılıb. Dövlət torpaqları haqqında sistemləşdirilmiş məlumatları özündə əks etdirən məlumat bankına 8000-dən artıq dövlət müəssisəsi, özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri barədə məlumat daxil edilib”.
Sədrin sözlərinə görə, ötən ildə 700-ə yaxın qeyri-yaşayış sahəsi icarəyə verilib: "İcarə haqlarını ödəməyən 900-ə yaxın qeyri-yaşayış sahəsinin icarəçisinə dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun ödənilməsi tələbi ilə xəbərdarlıq edilib. İl ərzində icarə haqqını ödəməyən icarəçilər barədə məhkəmələrə 200-ə yaxın iddia ərizəsi göndərilib".
Bununla bağlı 35 məhkəmə qərarı qəbul edilib. 200-ə yaxın torpaq icarəsi müqaviləsi bağlanılıb. İcarə borclarını vaxtında ödəməyən 180 torpaq icarəçisinə xəbərdarlıq edilib, 40 icarəçiyə qarşı iddia qaldırılıb.
Bundan başqa, dövlət müəssisələrinin yerləşdiyi torpaq sahələrinin səmərəli istifadəsinə nəzarət edilməsi məqsədi ilə monitorinqlər keçirilib. Bu zaman 600-ə yaxın müəssisə və obyektdə zəbtolunma, qanunsuz tikili, yenidənqurma və quraşdırma işlərinin aparılması halları aşkar edilib. Qanunsuz olaraq tikinti və yenidənqurma işlərinin aparılması hallarının qarşısının alınması məqsədi ilə 170-ə yaxın faktla bağlı məhkəmələrə iddia ərizələri verilib.
Qurum rəsmisi icarəçilər tərəfindən ötən il ərzində 11 minə yaxın ödənişin həyata keçirildiyini də vurğulayıb: "Qeyri-yaşayış sahələrinin, özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsindən dövlət büdcəsinə 5 milyon manat vəsait daxil edilib".
K.Həsənovun sözlərinə görə, Daşınmaz Əmlakın Milli Qeydiyyat Sisteminin tam istismara verilməsi də başa çatdırılıb: "2009-cu ildə respublika üzrə 89 mindən artıq daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bunlardan 30 minə yaxını ilkin, 59 minə yaxını isə təkrar qeydiyyat olub. Üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 19 minə yaxınını fərdi yaşayış və bağ evi, 34 minə yaxınını mənzil, 31 minini torpaq sahəsi, 5 minə yaxınını qeyri-yaşayış sahəsi təşkil edib. Hesabat müddətində 15,5 minə yaxın ipoteka müqaviləsi, 650-ə yaxın yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb".
Ünvan reyestrinin tərtibi və aparılması məqsədi ilə mövcud ünvan məlumatlarının bir qismi toplanılıb. Daşınmaz əmlak obyektlərinin identifikasiyası üçün rəsmi ünvanların və ünvan xəritələrinin mövcud vəziyyətinin təhlilinə başlanılıb: "Ünvan xəritələrindəki mövcud məlumatlarla yerdəki məlumatların uyğunluğu yoxlanılıb, dəqiqləşdirilib. Yeni ünvan məlumatlarının toplanılması, eləcə də yeni tikililər və onların ünvanları barədə göstəricilərin ünvan xəritələrinə əlavə edilməsi istiqamətində işlər görülüb".

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.