Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi sənəd verəcək abituriyentlərin ən yüksək nəticə göstərənləri yenə də ödənişsiz təhsil ala biləcəklər. Onların qrant alma şansları daha çox olacaq. Bu proses, sadəcə, abituriyentlərin ixtisas seçimində motivasiyaya təsir edəcək. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə məlumat verdi.
Sədr yeniliyin bu il imtahan verəcək abituriyentlərə şamil edilməyəcəyini də söylədi: "Ötən il ali məktəblərə ayrılan plan yerlərinin 10 minə qədərini dövlət tərəfindən maliyyələşdirilən ixtisaslar təşkil edib. Bu il də vəziyyətin dəyişməyəcəyi gözlənilir". Amma ayrılacaq vəsaitlər ali təhsil müəssisələrinə həmişəki kimi ilin əvvəlində verilməyəcək. Bundan başqa, indiyə qədər 50 faiz ödənişli, 50 faiz ödənişsiz təhsil forması olubsa, bundan sonra əmək bazarında müəyyənləşən tələbata uyğun olaraq faizlər dəyişə bilər: "Bu vaxta qədər ali məktəblər növbəti il büdcələrinin kəsilməməsi üçün qəbul planının dolmasına çalışırdılar. Yeni mexanizmin tətbiqi ilə əmək bazarında tələb olunan ixtisaslar müəyyənləşdirildikdən sonra dövlət öz sifarişlərini verəcək. Tərtib edilən siyahı TQDK-ya təqdim olunacaq. Komissiya bu ixtisaslara sahib olmaq üçün nə qədər bal tələb edildiyini müəyyənləşdirəcək". Yalnız sifariş əsasında təhsil alacaq abituriyentlərin təhsili ödənişsiz həyata keçiriləcək: "Məsələn, hazırda stomatoloqa tələbat yoxdur. Amma baytara ehtiyac var. Yaranan belə ehtiyacları ödəmək üçün əmək bazarında 4 il sonrakı vəziyyət araşdırılacaq və ixtisaslar da bunun əsasında müəyyənləşəcək". Planla bağlı dövlətin sifarişləri isə martın 15-nə qədər TQDK-ya təqdim ediləcək: "Bu məsələ ciddi araşdırma tələb edir. Bunun üçün isə vaxt azdır. Ona görə də qəbul planı bu il də ötənilki səviyyədə qalacaq". M.Abbaszadə bildirdi ki, müsabiqəyə buraxılma zamanı qrantı qazanmaq üçün müxtəlif ixtisaslar üçün fərqli ballar müəyyənləşəcək. Şərti ödəyən abituriyentlər istədikləri ali məktəbləri seçə biləcəklər. Bu uşaqlar özəl ali məktəbləri seçsələr belə, onların təhsil alması üçün ayrılan qrant həmin ali məktəbə yönələcək: "Növbəti illərdə də ödənişsiz təhsil alma aradan qaldırılmayacaq. Ola bilsin ki, gələcəkdə qrantın səviyyəsi artsın. Bu il hər ixtisasda dövlət tərəfindən müəyyən qrantlar olacaq. Gələcəkdə əmək bazarında tələbatdan asılı olaraq bəzi ixtisaslarda 10, bəzi ixtisaslarda isə 100 faiz ödənişsiz qrantlar tətbiq edilə bilər. Ümumiyyətlə, indiyə qədər aşağı balla nəticə göstərənlər seçdikləri ixtisasları sevdiklərinə görə deyil, yalnız dövlətin ödənişsiz təhsil müəssisəsində təhsil almaq xatirinə seçirdilər. Bundan sonra isə ödənişsiz əsaslarla daha yüksək nəticə göstərən tələbələr oxuya biləcəklər". TQDK sədri qeyd edib ki, dövlətin sifarişi hər il sentyabr-avqust aylarında elan olunacaq. Bu müddətdə isə ali məktəblər hansı ixtisaslar üzrə təhsil vermək imkanı olduqlarını müəyyən edə bilərlər. M.Abbaszadə model testlər hazırlandığını da qeyd etdi: "Model testlər üzərində çox ciddi işlər aparılıb. Gələn ilin qəbul imtahanlarının çətinlik dərəcəsini təyin etmişik. Bu testləri 2011-ci ilin imtahanlarında tətbiq edəcəyik". Komissiya sədri ötənilki testlərin cavablandırılmasında hətta müəllimlərin çətinlik çəkməsi ilə bağlı fikirlərə də münasibətini bildirdi: "Test suallarını müəllim cavablandıra bilməyibsə, bu, o müəllimin problemidir. Ötənilki imtahanlarda çətin sualları 1000-dən artıq abituriyent düzgün cavablandıraraq yüksək bal toplayıb. Belə fikri elmi arqument hesab etmirəm. Elmi-pedaqoji məsələləri siyasiləşdirmək lazım deyil. Əgər bizə təklif edilərsə, eksperiment kimi müəllimlərin də biliyini qiymətləndirib nəticələri ortaya qoya bilərik". Ali məktəblərə sənəd qəbuluna gəlincə, bu prosesə mart-aprel aylarında başlanacağı gözlənilir. İmtahanlar isə iyunun sonu, iyulun əvvəlində keçirilə bilər. Qəbul qaydalarından da söz açan M.Abbaszadə bu məlumatların "Abituriyent" jurnalının 1-ci sayında yer aldığını söylədi. Onun sözlərinə görə, "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" fərmanla dövlət ölkənin ali təhsil müəssisələrində bilikli, istedadlı vətəndaşların təhsil almasının maliyyələşdirilməsini öz üzərinə götürür: "Bununla da ali məktəbləri təhsilin keyfiyyətini yüksəltməyə stimullaşdırır. Yeniliklərə gəlincə, 2010/2011-ci tədris ili üçün ali məktəblərin Azərbaycan bölməsi üzrə II və III ixtisas qruplarının xarici dildən imtahan fənlərində müəyyən dəyişikliklər edilməsi ilə bağlı qərar qəbul olunub". Belə ki, 2010-cu ildən etibarən ali məktəblərin Azərbaycan bölməsi üzrə II və III ixtisas qruplarının xarici dildən imtahan fənləri sırasına rus dili fənni də daxil edilib. K.GülƏr.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.