Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Novruz bayramını Azərbaycan xalqı Sovet hakimiyyətinin qanlı-qadalı illərində belə qeyd etməkdən çəkinməyib. Müasir Azərbaycanda adıçəkilən bayram dövlət səviyyəsində xüsusi təmtəraqla keçirilir. Azərbaycan adətləri haqqında hər birimiz məlumatlı olduğumuza görə, bu barədə geniş informasiya verməyəcəyik.
İran
İranda Novruz bayramı hər il Fərvərdin ayının 1-dən başlayaraq 13-nə qədər davam edir. Bu bayramda ali və orta təhsil mərkəzləri Fərvərdinin 13-nə qədər, dövlət və qeyri-dövlət idarələri isə Fərvərdinin ilk 5 günü rəsmi tətildə olur. İranda Fərvərdin ayının 13-cü gününə "sizdəh bedər" deyilir və bu gün təbiət günü adlandırılmışdır. Həmin gün bütün İran xalqı öz ailələri ilə birlikdə dağ ətəklərinə və çöllərə gedərək səhərdən gün batana qədər orada olurlar.
Əfqanıstan
Novruz Əfqanıstanda, başqa sözlə desək, Bəlx və onun mərkəzi Məzari Şərifdə keçmişdə olduğu kimi təmtəraqlı şəkildə keçirilir. İlin ilk günlərində Bəlxin bütün çölləri qırmızı güllə bəzədilir. Bu gül ancaq Bəlxdə bitdiyi və nadir güllərdən olduğu üçün bu məntəqədə Novruz və qırmızı gül bayramı hər ikisi bir mənada işlədilir. Novruz bayramının ilk günündə Əlinin (ə) bayrağı xüsusi mərasimdə sübh vaxtı əzəmətlə dalğalandırılır. Onun dalğalanması ilə Novruz bayramı da rəsmən başlayır və 40 gecə-gündüz davam edir. Bu 40 gündə ehtiyacı olanlar və xəstələr şəfa üçün bu bayrağın yanında oturur və dua edirlər. Əfqan xalqının əqidəsinə görə, bayraq dalğalandırılan zaman aram və sakit olarsa, qarşıdakı il də əmin-amanlıqlı yadda qalar.
Qazaxıstan
Qazaxıstan xalqı Novruzu gecə-gündüzün bərabərləşdiyi, göydə olan ulduzların bir nöqtədə birləşməsinə, hər şeyin təzələndiyinə və yer üzündə sülhün bərqərar olmasına inanırlar. Həmçinin qazaxlar Novruzun ilin başlanğıcı olmasına inanır və onların arasında Novruz haqqında maraqlı bir fikir çox məşhurdur: "Novruz elə bir gündür ki, onu bir il gözləyirlər, Novruz elə bir gündür ki, o gün yer üzünə xeyir gəlir, nəhayət, Novruz elə bir gündür ki, Səmərqəndin rəngli daşı suya dönür". Qazaxlar il təhvil olan gecə evin üstündə iki şam yandırırlar və evi təmizləyirlər. Qazax xalqının inamına əsasən, il başlayanda evin təmiz olması onların həmin ildə xəstəlik və bədbəxtliyə düçar olmamaqlarının səbəbidir və hər il bu məsələyə riayət olunması vacibdir. Qazax cavanları Novruzda dəlisov bir atı yəhərləyib özlərinin zənglərlə bəzətdikləri oyuncağı onun üstünə oturdur və gecə saat üç tamamda camaatı oyatmaq üçün şəhərə buraxırlar. Yeni ilin simvolu olan oyuncağın at üstündə şəhərə daxil olması ilin təzələndiyini bir daha sübut edir.
Qırğızıstan
Qırğızıstanda Novruz yalnız 1 gün - Fərvərdinin birinci, ya da ikinci günündə qeyd olunur ki, bu da İsfənd ayının 29 və ya 30 gün olması ilə əlaqədardır. Sovet hakimiyyəti illərində bu bayram başqa respublikalarda olduğu kimi Qırğızıstanda da unudulmuşdu. Lakin sovetlərin hakimiyyəti dağılandan sonra Novruz Qırğızıstan əhalisi tərəfindən daha təmtəraqla keçirilməyə başlandı. Qırğızıstanda həmin gün bayram şənlikləri ilə yanaşı, at sürmək kimi müsabiqələr keçirilir.
Pakistan
Pakistanda Novruza "aləm əfruz", yəni yeni gəlmiş gün deyirlər. Belə ki, Novruz öz gəlişi ilə dünyanı parlaq və işıqlı edir. Bu əhali arasında Novruz təqvimindən istifadə xüsusi əhəmiyyətə malikdir. Pakistan xalqının Novruz adətlərindən evlərini təmizləməyi, yeni paltar geyinməyi, gülab camen, rəs molayi, keyk, bərfi, şəkərparə, kermrul, suhan halva kimi müxtəlif şirniyyat və bayram yeməkləri bişirməyi, bayramlıq alıb-verməyi, qohumların evinə getməyi qeyd etmək olar. Pakistanlılar Novruz günlərində xoşagəlməz sözlərdən çəkinərək bir-birilərini nəvaziş və ehtiramla səsləyirlər.
Tanzaniya
Novruz bayramı Afrika qitəsinə qədər gedib çıxmışdır. Tanzaniyada, əsasən də Zəngibar şəhərində bu bayram hər il keçirilir. Qədim zamanlardan Şiraz şəhərindən böyük bir qrup Afrikanın şərq sahillərində olan Zəngibar şəhərinə köçərək orada məskən salmışlar. Bu qrup iranlılar özlərinin adət-ənənələrini, o cümlədən Novruz bayramının ayinlərini qoruyub saxlaya bilmişlər. Bu gün Zəngibar şəhərində təqribən İran adətinə əsasən bütün bayramlar keçirilir. Novruz bayramı Zəngibarda "Novruzi" kimi tanınır.
Misir
Misir qibtiləri hər il "neyruz" adlanan bayram keçirirlər ki, ona ərəbcə "əlneyruz" deyirlər. Sözügedən bayram hər il payızın əvvəllərində qeyd olunur. Həmin bayramın tarixi barədə məlumat verən bəzi tarixçilər arasında onun Həxamənişilərin Misiri tutduqları zamandan qalmasını iddia edənlər də var…
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.