Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Yumurta və toyuq əti 20 faiz ucuzlaşdı

09.04.10 - 17:33270 baxılıb

Mütəxəssislər bunu bazarlarda yaranan sabitliklə izah edirlər

Son vaxtlar bazarlarda yumurta və toyuq ətinin ucuzlaşması müşahidə edilir. Bir neçə həftə ərzində yumurta və toyuq ətinin qiyməti 20 faiz aşağı düşüb. Bunu bazarda yaranmış sabitliklə izah edən mütəxəssislər yaxın vaxtlarda həmin məhsulların qiymətində artım gözlənilmədiyini bildirirlər.

Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev də qiymətlərin ucuzlaşdığını qeyd etdi. Ucuzlaşmanın səbəbinə gəlincə, bu, xaricdən toyuq ətinin gətirilməsi ilə əlaqələndirilir. Əhali üçün sərfəli olsa da, yaranmış vəziyyət yerli quşçulara çətinlik yaradır. Artıq cənub bölgəsində bu sahə ilə məşğul olmaq broyler şirkətlərinə sərf etmir. Çünki İrandan gələn daha ucuz toyuq əti və yumurta həmin quşçuların məhsullarının yarısının soyuducularda qalmasına səbəb olur. Cəmiyyət sədri hesab edir ki, mövcud vəziyyəti dəyişmək üçün "Daxili bazar haqqında" qanun qəbul edilməlidir: "Əgər belə olarsa, yerli istehsalçılar məhsullarını daha yaxşı sata bilərlər. Quşçuların digər problemi də lazımi texnologiyanın,yemin və damazlıq yumurtanın böyük bir qisminin xaricdən gətirilməsidir. Asılılığı azaltmaq məqsədi ilə artıq bir çox broyler damazlıq yumurtanı özləri istehsal etməyə üstünlük verir. Buna artıq bir çox quşçuluq müəssisələrində başlanılıb".
Bütün çətinliklərə baxmayaraq, 2008-2015- ci illəri əhatə edən Ərzaq Təhlükəsizliyi Proqramı çərçivəsində toyuq ətinin 80 min tona, yumurta istehsalının isə 1,3 milyard ədədə çatdırılması planlaşdırılıb. Məsələyə münasibət bildirən A.Vəliyev qeyd etdi ki, bu proqnozların doğrulması üçün ilk olaraq ölkədəki quşçuluq müəssisələrinin vəziyyəti yaxşılaşdırılmalıdır: "Hökumətə təqdim edilən təkliflərə görə, Azərbaycana xaricdən gətirilən quş əti və yumurtanın həcmi məhdudlaşdırılmalıdır. Hazırda xaricdən gətirilən məhsullar ölkənin quş ətinə olan tələbatının 40 faizini ödəyir. Tələbatın 60 faizi isə yerli müəssisələrin hesabına təmin olunur. Əgər dəstək göstərilsə, yerli quşçuluq müəssisələri 2015-ci ilədək ölkənin bütün tələbatını yerli məhsullar hesabına ödəyə bilər".
Müsahibimiz dedi ki, yerli müəssisələrin maddi-texniki imkanları onlara ildə 70 min ton quş əti istehsal etməyə imkan verir: "Amma bazardakı vəziyyət, quş yemi və dərmanların bahalığı səbəbindən yerli şirkətlər tələbatın təqribən 50 min tonunu ödəyə bilir. Elə buna görə də cəmiyyət yerli quşçuluq müəssisələrinin inkişafı üçün yem, dərman preparatlarının alınmasına əlavə dəyər vergisini ləğv etməyi təklif edib. Hesablamalarımıza görə, əlavə dəyər vergisi ləğv olunsa, ildə 80 min ton quş əti və 1 milyard 35 milyon ədəd toyuq yumurtası almaq mümkün olacaq və yerli istehsalçılar ölkədə quş məhsullarına olan tələbatı tam ödəyə biləcək".
Müstəqil ekspertlər isə kəndlərdə fərdi quşçuluğun inkişaf etdirilməsini, daxili bazarın saf kənd məhsulları ilə təmin edilməsində ən düzgün yol hesab edirlər. Bundan ötrü isə kənd istehsalçılarına mikro kreditlər verilməsi təklif edilir.
Quşçuluğun inkişafı ilə bağlı kreditin ayrılmasına gəlincə, İqtisadi İnkişaf Nazirliyindən bildirdilər ki, bununla bağlı hələ təhlillər aparılır. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na uyğun olaraq, yanvar ayında uşaq qidası istehsalının təşkili, südlük istiqamətli heyvandarlıq komplekslərinin, həmçinin kiçik və orta həcmli üzüm emalı müəssisələrinin yaradılması üzrə investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi məqsədi ilə sahibkarlıq subyektlərindən təkliflərin qəbuluna başlanılıb. Həyata keçiriləcək layihələr regionların inkişafı, iş yerlərinin açılması ixracyönümlü məhsul istehsalı baxımından əhəmiyyətlidir.
Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Murtuzəli Hacıyev dedi ki, ötən il ümumən sahibkarlığın inkişafı üçün 10 milyon manat ayrılıb. Ola bilsin ki, bu il də müəyyən qədər vəsait ayrı-ayrı kəndlərdə fərdi quşçuluğun inkişafına sərf olunsun.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.