Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Nazirliyin yaradacağı yeni sistem vasitəsilə telefonların imeyl kodları qeydə alınacaq və bütün zəruri informasiyalar şəbəkədə cəmləşəcək
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) indi də mobil telefonlara nəzarəti gücləndirəcək. Daha doğrusu, cib telefonlarının kimə məxsus olması, cihaz barədə məlumatlar xırdalığına qədər nazirlik tərəfindən izlənəcək. Nazirliyi bu addımı atmağa vadar edən əsas məsələ isə son illər respublikamızda mobil telefon oğurluqlarının sayının artması və bir sıra hallarda oğurlanan telefonların tapılmamasıdır. Telefonların böyük bir hissəsinin kimə məxsus olmasını müəyyənləşdirmək çətinlik törətdiyindən onların tapılması da mümkün olmur. Buna görə də, Rabitə Nazirliyi yeni sistem yaratmaq qərarına gəlib. Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib ki, artıq bu məqsəd ilə Nazirlər Kabinetinə müraciət olunub. Hökumət bunu müsbət qarşılayıb və müvafiq tədbirlər görməyi tapşırıb. İ.Məmmədovun bildirdiyinə görə, RİTN-lə bərabər, Dövlət Gömrük Komitəsi və mobil rabitə operatorları da bu sistemin yaradılmasında və fəaliyyət göstərməsində iştirak edəcək. Yeni mərkəzə həmin qurumların peşəkar mütəxəssisləri cəlb olunacaq. Yeni sistemə əsasən, ölkəyə idxal olunan və satışa çıxarılan bütün telefonların imeyl kodları qeydə alınacaq, cihazla bağlı digər zəruri informasiyalar şəbəkədə cəmləşəcək. Hər hansı bir müştəri mağazadan telefon aldıqda artıq onun cihazı barədə lazımi məlumatlar şəbəkədə toplanmış olacaq. Telefon sahibinin bilmədiyi hər bir məlumat sistemin yaddaşında yazılacaq. Əgər telefon oğruları onun mobil telefonunu ələ keçirərsə və yaxud itərsə, artıq cihazın sahibinin polisə və digər aidiyyəti orqana müraciət etməsinə ehtiyac qalmayacaq. Çünki oğurlanan və ya itirilən telefon haqqında bütün zəruri informasiyalar mərkəzi bazaya daxil olacaq. Sistem avtomatik olaraq həmin telefonun işləməsini məhdudlaşdıracaq. Yəni, telefon bağlanacaq. Telefon aparatından istifadə etmək mümkün olmayacaq. Ona görə də oğruların bu cihazdan istifadə etməsinə ehtiyac qalmayacaq. Sistem özü ona qadağan qoyacaq. İltimas Məmmədov bildirib ki, itmiş, yaxud oğurlanmış mobil telefonlardan ölkədən kənarda, məsələn, Rusiya və ya Gürcüstanda da istifadə etmək olmayacaq. Çünki, digər ölkələrdə də bu sistem mövcuddur. Bu cür şəbəkə Avropa ölkələrində mövcuddur, Türkiyə və Rusiyada isə yaradılma ərəfəsindədir. Yeni sistem işə düşdükdən sonra ölkəyə gələn və yaxud ölkədən gedən vətəndaşların mobil telefonları da şəbəkədə qeydiyyata alınacaq. İ.Məmmədov bildirib ki, yeni sistemin 2010-cu ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.