Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
İkinci Cahan savaşında faşizm üzərində böyük itkilər hesabına əldə olunan möhtəşəm Qələbədə yüz minlərlə azərbaycanlı igid əsgər və zabitin də danılmaz xidmətləri olmuşdur. Müharibədə qeyri-adi qəhrəmanlıqlar göstərənlərdən biri də azərbaycanlı zabit Əli Həşimov idi.
Həyatda çox təvazökar insan olan Ə. Həşimovun şücaətləri barədə Azərbaycanda, təəssüf ki, indinin özündə də az adamın məlumatı var. Amma onu müharibənin "adsız" qəhrəmanlarından adlandırmaq da düzgün olmaz. Belə ki, həmyerlimiz barədə bir vaxtlar Rusiya mətbuatında geniş bəhs edilib. Hələ 1944-cü ildə görkəmli yazıçı-publisist İlya Erenburq məşhur 107-ci atıcı diviziyanın kəşfiyyat rəisi Əli Həşimovun başçılıq etdiyi bir qrup döyüşçünün Kiyevin faşistlərdən azad edilməsi zamanı göstərdiyi şücaətlər haqqında "Pravda" qəzetində məqalə dərc etdirib. Sonralar Ə. Həşimovun Karlovı-Varıda istirahət edərkən tanış olaraq dostlaşdığı "Baharın 17 anı" kitabının və eyni adlı məşhur kinofilmin ssenari müəllifi yazıçı Yulian Semyonov isə həmyerlimiz barədə sənədli povest yazmağa hazırlaşırdı. Lakin yazıçının həmin ərəfədə xəstələnərək vaxtsız dünyasını dəyişməsi bu gözəl ideyanın həyata keçməsinə imkan vermədi. Bakılı döyüşçü Əli Həşimovun çox çətin və maraqlı taleyi olub. O, 1916-cı ildə dünyaya göz açıb. Valideynlərini erkən itirdiyindən uşaqlıq illərində ağır məhrumiyyətlərlə üzləşib. 14 yaşı olanda Əli Bakı Neft Emalı Zavodunda fəhləlik etməyə başlayıb. Peşəkar hərbiçi olmaq arzusu ilə 1937-ci ildə Tbilisidəki Hərbi Artilleriya Məktəbinə daxil olub. 1939-cu ildə bu məktəbi bitirən kimi M. Frunze adına Moskva Hərbi Akademiyasının kəşfiyyatçılar hazırlayan xüsusi fakültəsinə qəbul olunub. Böyük Vətən müharibəsi başlananda gənc zabit Əli Həşimov artıq İrana yeridilən Sovet qoşunlarının tərkibində Maku, Xoy, Təbriz şəhərlərində xidmət edib. Azərbaycan, rus və fars dillərini mükəmməl bilən Əli İranda çox mühüm kəşfiyyat işləri yerinə yetirib. 1942-ci ilin əvvəlində Ə. Həşimov Şimali Qafqaza soxulmağa can atan faşistlərə qarşı qanlı döyüşlərə qatılıb. Qısa vaxtda cəsur döyüşçü və qorxubilməz kəşfiyyatçı kimi ad çıxarıb. Təsadüfi deyildi ki, gənc zabitə böyük etimad göstərilmişdi. Zaqafqaziya Ordusunun Dairə Qərargah rəisinin imzası ilə verilmiş sənəddə yazılmışdı ki, "Hərbi hissə komandirləri, Daxili İşlər Komissarlığının ərazi orqanlarının rəhbərləri, yerli partiya və sovet təşkilatları Ə. Həşimova hərtərəfli kömək etməyə borcludur. Əli Həşimov tələb edərsə, onun istifadəsində olan nəqliyyat vasitələri, yanacaq, sürtgü yağları ilə təmin edilməli və maşını yoxlanılmamalıdır!" 1943-cü ilin iyulunda Ə. Həşimov Ukrayna cəbhəsində yerləşən 246-cı atıcı diviziyanın kəşfiyyat rəisi vəzifəsinə təyin edilib. Əli öz kəşfiyyatçı dostları ilə bərabər həmin dövrdə onlarla kəşfiyyat əməliyyatı hazırlayaraq uğurla həyata keçirmişdir. Bır qayda olaraq Əli ən ağır, məsul əməliyyatlara özü rəhbərlik edərdi. Onun başçılıq etdiyi kəşfiyyatçı dəstəsi hər dəfə 15-20 kilometr düşmən arxasına gedərək faşistlərin mövqeləri, texnikaları barədə çox faydalı məlumatlar əldə edirdi. 1944-cü ilin yanvarında Ə. Həşimov Sovet İttifaqı Qəhrəmanı general- leytenant V.Y. Petrenkonun başçılıq etdiyi 107-ci atıcı diviziyanın kəşfiyyat rəisi vəzifəsinə dəyişdirilib. General Petrenko qətiyyətli hərbiçi kimi tanınırdı, ədalətli insan kimi orduda böyük nüfuzu vardı. Bir dəfə diviziya komandiri Ə. Həşimovu özü ilə təntənəli mərasimlərin birinə aparmaq fikrinə düşür. Ondan soruşur ki, "Niyə orden və medallarını taxmamısan?". Məlum olur ki, diviziyanın kəşfiyyat rəisinin təltifləri azdır. General heyrətlə deyir ki, "elə hey döyüşürsən, qan-tər tökürsən, ordenlərin isə azdır". Petrenko dərhal köməkçisini çağırıb Ə. Həşimovun təltif olunması üçün təqdimat hazırlamağı əmr edir. Ə. Həşimovun həmin təqdimat əsasında "İkinci dərəcəli Vətən müdafiəsinə görə" ordeni ilə təltif edilməsi barədə fərmanı 1944-cü ilin oktyabrında Varşava yaxınlığındakı məşhur qraf Dombrovskinin malikanəsində təşkil olunmuş təntənəli tədbirdə korpus komandiri general-polkovnik Ozimin səsləndirib. O, ordeni azərbaycanlı döyüşçüyə təqdim etmək istəyəndə general Petrenko korpus komandirinə yaxınlaşaraq deyib ki, "İcazə verin, ordeni Həşimovun köynəyinin sinəsinə mən taxım, o, mənim kəşfiyyat rəisimdir, bizim diviziyanın uğurlarında onun payı çoxdur". General mərasim iştirakçıları qarşısında Əli Həşimovun ünvanına xoş sözlər də söyləyib. Əli Həşimov hər an düşməndən qisas almağa can atan cəsur əskər idi. Onun mahir kəşfiyyatçı olması 107-ci diviziyanın tərkibində olduğu İkinci Ukrayna Ordusunun komandanı marşal Konevə də yaxşı bəlli idi. Görkəmli sərkərdə bir neçə dəfə Əli Həşimova məsul tapşırıqlar vermiş, nəticəsindən də razı qalmışdı. Marşal 1945-ci ilin yanvar ayının 12-də Visla çayı istiqamətində növbəti hücum ərəfəsində mayor Ə. Həşimovu yanına çağırtdırıb ona almanların mövqeləri barədə təcili səhih kəşfiyyat məlumatları əldə etmək əmri verdi. Ə. Həşimov tapşırığı yerinə yetirmək üçün dərhal öz dəstəsi ilə kəşfiyyata yollandı. Əməliyyat zamanı kəşfiyyatçılarımız düşmənin qəfil güclü bombardmanına məruz qaldılar. Mayor Ə. Həşimov ağır yaralanaraq çoxlu qan itirdi. Lakin onun tapşırığı ilə müavini Nikolay Udod kəşfiyyat əməliyyatını davam etdirdi. Ölümcül vəziyyətdə olan Ə. Həşimovu isə köməkçisi Pyotr Starçevoy cəbhənin təmas xəttindən çıxarıb hospitala çatdıra bildi. Səhər tezdən kapitan N.Udod əməliyyatın uğurla başa çatması barədə məlumatları marşal Konevə məruzə etdi. Həkimlər intensiv müalicə apararaq Əlini ölümün pəncəsindən xilas edə bildilər. 9 May Qələbə xəbərini Ə. Həşimov qatarla Krımdakı hərbi hospitala gedərkən yolda eşitdi. Yeri gəlmişkən, Ə. Həşimov öz cəbhə gündəliklərində bu tarixi hadisəni çox təsirli və canlı boyalarla təsvir edib. Mayor Ə. Həşimov 1945-ci ilin iyununda Böyük Vətən müharibəsinin II qrup əlil kimi ordudan tərxis olundu. Bakıya qayıtdıqdan sonra bir müddət Ədliyyə, sonra isə Daxili İşlər nazirliklərində çalışdı. Lakin ağır döyüşlərdən "yadigar qalan" yaralar səhhətinə öz mənfi təsirini göstərirdi. Səhhəti ona orqanlarda fəaliyyətini davam etdirməyə imkan vermədi. Qarabağ hadisələri başlananda Ə. Həşimovun yaşı yetmişi ötmüşdü. O, hər dəfə erməni quldur silahlı dəstələrinin Qarabağda dinc azərbaycanlı ailələrinə qarşı törətdikləri vəhşiliklər barədə eşidəndə bərk əsəbiləşirdi. Onun vəfalı ömür-gün yoldaşı 84 yaşlı Nuriyyə xanım nəql edir ki, Əli müəllim erməni qaniçənlərinə qarşı döyüşə bilmədiyi üçün çox heyifsilənirdi. Lakin onun qəlbində Vətən oğullarımızın xain düşmənə mütləq layiqli dərs verəcəklərinə dərin inam hissi vardı. Böyük Vətən müharibəsinin cəsur döyüşçüsü Ə. Həşimov 2002-ci ilin 4 yanvarında 86 yaşında doğmalarının əhatəsində dünyasını dəyişib.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.