Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Qaliblər Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xarici ölkələrdə səfərdə olacaqlar
Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ərəfəsində onun zəngin həyat və fəaliyyətinə həsr edilmiş məktəblilərin inşa müsabiqəsinə yekun vurulmuşdur. Bu münasibətlə mayın 6-da "Gülüstan" sarayında təşkil olunan mərasimdə üç mərhələdən ibarət müsabiqənin son mərhələsinə qatılan 96 şagird arasında ən yaxşı yazıların qaliblərinin adları elan edilmişdir. Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə güllər düzülmüşdür. Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə keçirilmiş müsabiqənin yekun mərhələsinin nəticəsinə əsasən, 5 nəfər I yerə, 5 nəfər II yerə, 11 nəfər isə III yerə layiq görülmüşlər. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkənin ən müxtəlif bölgələrindən olan qaliblərin Belçika Krallığına səfəri nəzərdə tutulur. Səfər çərçivəsində məktəblilər Hollandiya, Fransa və Almaniyada da olacaq, bu ölkələrin həyatı, tarixi-mədəni abidələri ilə yaxından tanışlıq imkanı əldə edəcəklər. Tanınmış alimlərin, ali məktəb rektorlarının, Milli Məclis deputatlarının, ayrı-ayrı qurumların nümayəndələrinin, təhsil işçilərinin iştirak etdikləri tədbirdə təhsil naziri Misir Mərdanov çıxış edərək ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına daim böyük əhəmiyyət verdiyini, ulu öndərin əbədiyaşar ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır. Ölkəmizdə təhsillə bağlı həyata keçirilən proqramların, layihələrin əhəmiyyətindən danışan nazir son illərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir tələblərə cavab verən çoxlu sayda məktəb binasının tikilərək istifadəyə verildiyini diqqətə çatdırmışdır. Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov dahi rəhbər Heydər Əliyev siyasi irsinin öyrənilməsinin vacibliyini vurğulamışdır. Bildirmişdir ki, ulu öndər Heydər Əliyevin irsini öyrənmək insanlarda vətənpərvərlik hisslərinin və duyğularının, dövlətçilik təfəkkürünün formalaşmasına xidmət edir. Ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından danışan Ə.Əhmədov, eyni zamanda Yeni Azərbaycan Partiyası İdarə Heyətinin qərarına uyğun olaraq ali məktəblərdə təhsil aldıqları müddətdə müvafiq inşa müsabiqəsinin qaliblərinin hər birinə YAP tərəfindən təqaüdlər verildiyini də xatırlatmışdır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ümummilli lider Heydər Əliyevin, onun siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin gənclərə böyük diqqət və qayğısından danışmışdır. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov fondun təhsil, mədəniyyət, elm və texnologiya, səhiyyə, idman və digər sahələrdə uğurlu layihələr həyata keçirdiyini bildirmişdir. Qeyd etmişdir ki, təkcə "Yeniləşən Azərbaycana - yeni məktəb" layihəsi çərçivəsində respublikamızda 300-dən çox məktəb binası tikilmiş və yeni avadanlıqla təmin olunmuşdur. Bir çox məktəblər, məktəbəqədər təhsil müəssisələri əsaslı təmir edilmişdir. A.Ələkbərov diqqətə çatdırmışdır ki, müsabiqənin qalibi olan 21 məktəbli Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xarici ölkələrdə səfərdə olacaqdır. Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə ölkəmizdə təhsilin inkişaf etdiyini vurğulamış, müsabiqənin əhəmiyyətini diqqətə çatdırmış, qalibləri təbrik etmişdir. Sonra müsabiqənin qaliblərinə diplomlar, fəxri fərmanlar və digər qiymətli mükafatlar təqdim olunmuşdur.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.