Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Eyyub Hüseynov: "Plastik qablardan kimyəvi maddələr ayrılaraq qidaya qarışması təhlükə mənbəyidir"
İmran Abdullayev: "Əgər qabların tərkibində toksinlərin miqdarı normadan artıq olarsa, orqanizmdə ciddi fəsadlar yarada bilər"
Son illər plastik qablaşdırma geniş vüsət alıb. İndi demək olar ki, bütün ticarət obyektlərində istehlakçıların aldıqları mallar polimerdən hazırlanan torbalarda qablaşdırılır. Plastik qablarda satılan sudan içməli olur, plastik stəkan, çəngəldən istifadə etməli oluruq. Bir çox xidmət obyektlərində əhaliyə isti və soyuq xörəklər də plastik qablarda verilir. Qatıq, süd, pendir və digər süd məhsullarının plastik qablarda satılmasına isə artıq çoxdan vərdiş etmişik. Amma fərqində deyilik ki, maliyyə cəhətdən istehsalçılara və xidmət obyektlərinə ucuz başa gələn bu cür qablar bizim sağlamlığımıza necə təsir edir. Bunu nəzərə alan bir çox ölkələr qida məhsullarının plastik qablaşdırılmasını məhdudlaşdırıb. Hətta mağaza və supermarketlərdə işlədilən polimerdən hazırlanan torbalar da kağız torbalarla əvəz edilir. Yediyimiz ərzaqdan tutmuş, geydiyimiz ayaqqabıyadək hər bir malı plastik torbalarda və qablarda almağa bir növ gözümüz öyrəşsə də, çoxumuz bunun ziyanı barədə düşünmürük. Halbuki ekspertlər bunun böyük fəsadlar törədəcəyi ilə bağlı həyəcan təbili çalırlar. Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da plastik qablaşdırmanın ləğvinin tərəfdarı olduğunu vurğuladı: "Plastik qablardan istifadə insan sağlamlığına zərərdir. Artıq bir çox xarici ölkələrdə, o cümlədən Amerikada plastik qabların istifadəsi qadağan edilib. Bir çox ölkələrdə belə qablar kardon və kağızla əvəzlənib. Amma bu baha başa gəldiyindən ticarət və xidmət obyektləri hələ də plastik qablaşdırmaya üstünlük verir. Dünyanın bir çox ölkələrində içmək üçün istifadə edilən suyun plastik qablarda satışına da qadağa qoyulub. Bu qayda bir sıra Avropa ölkələri ilə yanaşı, keçmiş sovet ölkələrindən bəzilərində də tətbiq edilir. Latviyada plastik qablarla yanaşı, plastik torbalar da ləğv edilib. Bunun əvəzində kağız sellofanlardan istifadə olunur". E.Hüseynovun qənaətinə görə, ən acınacaqlı məqamlardan biri plasitik qabların təkrar istifadə edilməsidir: "Bəzən həmin qablar zibilliklərə tullandıqdan sonra yığılaraq yenidən istifadə edilir". Ekspert günəş şüaları altında plastik qablarda su satılmasının da təhlükəli olduğunu bildirdi: "Plastik bir stəkana isti çay və ya digər hər hansı isti bir içki tökdüyümüz zaman istinin təsiri ilə plastik qabın tərkibindəki bəzi kimyəvi maddələr ayrılaraq qidaya qarışır. Ən acınacaqlısı isə odur ki, bir çox hallarda, hətta uşaqlara plastik butulkalarda isti süd və ya çay verilir. Hazırda apteklərdə satışa çıxarılan azyaşlıların qidalandırılması üçün nəzərdə tutulan qabların əksəriyyəti plastikdən hazırlanıb. Demək olar bütün körpələr həmin qablarda olan məhsulla qidalandırılır. Uşaq orqanizminin zərifliyini nəzərə alsaq, bunun onlara nə qədər mənfi təsir göstərəcəyini təsəvvür etmək çətin olmaz". Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev plastik qablardan normalara uyğun istifadə edilməməsini zərərli saydı: "Bunun üçün həmin qabların tərkibi dəqiq yoxlanılmalıdır. Əgər həmin qablar ölkə xaricindən gətirilirsə, normalara uyğun gəlmədiyi halda həmin məhsulların ölkə ərazisindən keçirilməsi qadağandır. Yerli istehsal məhsulu olan plastik qablara da gigiyenik sertifikat alınmalıdır". İ.Abdullayevin sözlərinə görə, əgər qabların tərkibində toksinlərin miqdarı normadan artıq olarsa, orqanizmdə ciddi fəsadlar yarada bilər". Ekoloqlar isə hesab edir ki, plastik qablaşdırma insan orqanizmi ilə yanaşı, ətraf mühitə də ciddi zərər vurur. Belə ki, həmin maddələrin çürüməsi üçün təxminən 100 il vaxt lazım olur. Halbuki hər il yüz tonlarla bu cür qablardan istifadə edilərək sonradan zibil poliqonlarına atılır. Deməli, özümüzü və yaşadığımız mühiti qorumaq üçün fikirləşməyə dəyər…
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.