Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Azərbaycan Xalq Cümhuriyyəti - 92

26.05.10 - 20:08286 baxılıb

1918-1920-ci illər Azərbaycan xalqının həyatında çox böyük əhəmiyyət kəsb edən bir dövrdür. Azərbaycan məhz bu taleyüklü dövrdə ilk dəfə olaraq dövlət süverenliyini qazanaraq dünya birliyində layiqli yer tutmağa çalışmışdır. Bu dövr millətin həyatında mühüm mərhələ olmaqla yanaşı, onun gələcəyinin və istiqlalının bünövrəsini qoymuşdur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş ictimai-siyasi, ədəbi, fəlsəfi fikrin məntiqi nəticəsi olmuşdur. Beşiyi başında H.Zərdabinin, Ə.Hüseynzadənin Ə.Ağaoğlunun, Ə.Topçubaşovun, C.Məmmədquluzadənin Ü.Hacıbəyovun və başqalarının durduğu milli-demokratik hərəkat Azərbaycan Cümhuriyyətini doğurdu. Onlar öz ictimai-siyasi, ədəbi maarifçilik fəaliyyəti ilə xalqımızda milli şüurun oyanıb inkişaf etməsinə böyük təsir göstərmişlər. Azərbaycan Cümhuriyyəti həm də bu dövrdə genişlənən və Avropada toplanmış bütün nəzəri və əməli təcrübəni özündə cəmləşdirən milli-azadlıq hərəkatının bilavasitə nəticəsi idi.


Eyni zamanda Azərbaycan Cümhuriyyətinin yaranması həmin ərəfədə Rusiyada və bütün dünyada baş verən ictimai-siyasi hadisələrin məntiqi inkişafi nəticəsində yaranmış əlverişli şəraitin məhsulu idi. Birinci Dünya müharibəsinin doğurduğu böhran Rusiyada köklü inqilabi dəyişikliklərə gətirib çıxardı. Fevral inqilabı çar monarxiyasını devrməklə yanaşı, Rusiyada milli-azadlıq hərəkatının genişlənməsinə səbəb oldu. Rusiyada baş verən sonrakı hadisələr, xüsusilə Oktyabr çevrilişi tərkibində Azərbaycan nümayəndələrinin də olduğu Zaqafqaziya Seyminin Rusiyadan ayrılmaq qərarı ilə nəticələndi.
1917-ci ilin martından 1918-ci ilin mayına qədər Cənubi Qafqazda yaradılmış müxtəlif idarəçilik qurumları bölgənin xalqları arasında ciddi ziddiyyətlərin olduğunu üzə çıxardı. 1918-ci ilin yazında azərbaycanlıların mənafeyinə zidd olaraq Cənubi Qafqaz hökumətinin Osmanlı dövləti ilə müharibə etməsi, onların erməni-bolşevik soyqırımına məruz qalması milləti xilas etmək üçün müstəqil dövlətin yaradılmasını zəruri edirdi. 1918-ci ilin qanlı mart hadisələrini yaşamış Azərbaycan xalqının qabaqcıl ziyalıları indi millətin xilasını muxtariyyətdə deyil, müstəqillikdə görürdülər. Bölgədə baş vermiş hadisələr son nəticədə Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi ilə nəticələndi. 1918-ci il mayın 28-də Cümhuriyyətin yaradılmasını elan etməklə Azərbaycan Milli Şurası millət qarşısında çox böyük bir tarixi missiyanı yerinə yetirdi. Azərbaycan milli dövlətinin yaradılması xalqın taleyində tarixi hadisə idi. M.Ə.Rəsulzadə 28 may bəyannaməsinin siyasi mənasını yüksək qiymətləndirir və bunu bir növ Azərbaycan millətinin varlığının təsdiqi hesab edirdi. Bu, Rusiyada və dünyada gedən sosial-siyasi proseslərin tərkib hissəsi olmaq etibarilə, həmçinin beynəlxalq əhəmiyyətli hadisə idi.
May ayının 28-də Azərbaycanın istiqlal bəyannaməsini elan etməklə Milli Şura Azərbaycan xalqının şərəf və namusunu, onun məhv olmaq təhlükəsi ilə qarşılaşmış fiziki mövcudluğunu xilas etdi. Milli müstəqilliyini elan etməklə Azərbaycan xalqı ilk növbədə itirilmiş dövlətçiliyini bərpa etdi və XX yüzillik üçün səciyyəvi olan milli dövlət quruculuğuna başladı. İki il tarix üçün o qədər də böyük zaman kəsiyi deyil. Lakin bu iki ildə Azərbaycan Cümhuriyyətinin gördüyü işlərin miqyası, əhəmiyyəti və mənası Azərbaycan xalqının həyatında olduqca böyük hadisədir.
Azərbaycan Cümhuriyyəti çox mürəkkəb tarixi və coğrafi-siyasi şəraitdə mövcud olmuşdur. Gənc Respublikanın müstəqilliyinə və ərazi bütövlüyünə real təhlükə, onun milli mənafeyinin qorunması təsirli tədbirlər görülməsini tələb edirdi. 1918-1920-ci illərdə ermənilərin Azərbaycanın əzəli torpaqlarının işğalına yönəlmiş siyasəti daha həyasız xarakter almış, bu isə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi üçün ən ciddi maneəyə çevrilmişdi. Buna görə də ölkənin ərazi bütövlüyünü qorumaq üçün Azərbaycan Cümhuriyyəti hökuməti çox böyük qüvvə sərf etməli olurdu. Bolşevik-erməni talanlarından milləti xilas etmək üçün milli ordunun yaradılması Azərbaycan Cümhuriyyətinin ən böyük xidmətlərindən biri hesab edilməlidir. Məhz qısa vaxtda formalaşdırılan güclü nizami ordu 1919-cu ildə Qarabağda Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etməyə, qondarma Mugan Sovet Respublikasına son qoymağa imkan verdi. Az bir vaxtda Azərbaycan Cümhuriyyəti parlamenti, hökuməti, ordusu, gömrük və hüquq-mühafizə orqanları olan, milli rəmzlərə və dövlət atributlarına malik, vətəndaş haqlarını və hüquqlarını hər şeydən uca tutan demokratik bir respublikaya çevrildi. Azərbaycanda milli, dini, siyasi, sinfi mənsubiyyətinə görə fərq qoyulmadan vətəndaşların hüquq və azadlıqları təmin edilmişdi. Bu, XX əsrin əvvəllərində yalnız monarxiya hərbi-feodal rejimlərinin hökm sürdüyü Şərqdə tarixi fenomen idi. Çünki ilk dəfə Azərbaycanda vətəndaş həmrəyliyinə əsaslanan demokratik, dünyəvi, unitar dövlət qurulmuşdu.
İlk Cümhuriyyətin yaradıcılarından biri M.Ə.Rəsulzadə yazırdı: "Azərbaycan Cümhuriyyətinin əsas idarəsi bütün vətəndaşların bərabər hüquqda yaşaması üzərində qurulmuşdu. Burada hər bir insanın möhtərəm şəxs, Azərbaycan vətəndaşı olduğu üçün hüququ saxlanılırdı. Xoşbəxt həyatın ancaq hürriyyətlə hasil olacağını Azərbaycan Cümhuriyyəti hökuməti ona izn verilməsini istəmişdi. Burada söz azadlığı, mətbuat azadlığı, vicdan azadlığı yüksək dərəcəyə çatmışdı". 1918-ci il dekabrın 7-də fəaliyyətə başlayan Azərbaycan Cümhuriyyətinin Parlamenti hakimiyyət bölünməsi və plüralizm prinsiplərinin hökm sürdüyü bir tribuna oldu. Azərbaycanın bütün siyasi qüvvələrinin və millətlərinin təmsil olunduğu Parlament Cümhuriyyətin demokratik xüsusiyyətlərini özündə əks etdirirdi. Azərbaycan Parlamenti xalqın milli şüurunun inkişafında mühüm rol oynamaqla bərabər, siyasi və hüquqi dəyişikliklərin həyata keçirilməsində mühüm addımlar atmışdı. Parlament əslində ölkədə çoxpartiyalı siyasi sistemin təşəkkül tapması üçün ilk meydan oldu. Qısa müddət ərzində Parlament Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatı ilə bağlı çox işlər gördü. Cəmiyyətin siyasi sisteminin mühüm tərkib hissəsi olan partiyalar dövlətin daxili və xarici siyasətinin formalaşdırılmasında aparıcı rol oynayırdılar, onların ictimai-siyasi fəaliyyəti, dövlət quruculuğunda tamhüquqlu iştirakı üçün hər cür şərait yaradılmışdı. Azərbaycan rəhbərliyi çox çətin şəraitdə fəaliyyət göstərdiyindən iqtisadiyyatı əsaslı surətdə bərpa etmək üçün zəruri vaxt və vəsaitə malik olmamışdı. Bununla bərabər, bu istiqamətdə bir sıra addımlar atılmış, birinci növbədə sosial-iqtisadi qanunlar qəbul edilmiş, dövlətin iqtisadi siyasətini həyata keçirən strukturlar, o cümlədən vergi və maliyyə orqanları, Dövlət Bankı formalaşdırılmışdı. Azərbaycan mədəniyyətinə və xalq maarifinin inkişafına milli hökumət və parlament xüsusi qayğı göstərmişdi. Belə bir qayğı Azərbaycan demokratik ziyalılarının uzun illərdən bəri milli məktəb və mədəniyyət uğrunda apardıqları gərgin mübarizənin bilavasitə təzahürü idi. Bütün məktəblərdə təhsilin icbari qaydada ana dilində qurulması, maarif sahəsində ruslaşdırma siyasətinin nəticələrinin aradan qaldırılması, müxtəlif səviyyəli təhsil müəssisələrinin, mədəniyyət ocaqlarının açılması, iqtisadi çətinliklərə baxmayaraq 100 nəfər Azərbaycanlı gəncin xarici ölkələrə təhsil almağa göndərilməsi Azərbaycan Cümhuriyyətinin ən mühüm xidmətlərindən biri idi.
AXC hökuməti xarici siyasət sahəsində də müəyyən uğurlar əldə etmişdi. Qərbi Avropanın və Asiyanın bir sıra ölkələri ilə Azərbaycan Cümhuriyyəti diplomatik əlaqələr qurmuşdu. Paris Sülh Konfransında isə respublikamız öz müstəqilliyinin 1920-ci il yanvarın 11-də de-fakto tanınmasına nail olmuşdu. Hələ XX əsrin əvvəllərində Azərbaycan demokratiyasının baniləri insan hüquqlarına hörmət prinsipini, dövlətlər arasında bərabərhüquqlu və sərfəli münasibətlərə riayət etməyin zəruriliyini, zor işlətməyin yolverilməzliyini, dövlətlərin ərazi bütövlüyünə hörmət və daxili işlərinə qarışmamaq prinsipini öz fəaliyyətində əsas tutur və bu prinsiplərə dönmədən əməl edirdilər.
Artıq indi, Müstəqil Azərbaycan Respublikasında biz onların qəbul etdikləri fəaliyyət prinsiplərinin nə qədər həyati olduğunu daha aydın dərk edirik. 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyətinin daxili vəziyyəti Sovet Rusiyası və Daşnak Ermənistanının bölgədə yeritdiyi siyasət, iri dövlətlərin öz maraqlarını həyata keçirmək üçün apardıqları rəqabət, həmçinin ölkədaxili ziddiyyətlərin ciddiləşməsi nəticəsində daha da kəskinləşmişdi. Cümhuriyyətin mövcudluğunun son dövründə Azərbaycanın daxilində çox ziddiyyətli proseslər gedirdi. Parlamentdə və ondan kənarda müxtəlif siyasi qüvvələr bir-biri ilə rəqabət, hakimiyyət uğrunda mübarizə aparırdı. 1920-ci ilin martında ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qiyam qaldırması müstəqil dövlətçiliyimizə qarşı yönəlmiş bir xəyanət idi. Bütün bunlar Xalq Cümhuriyyətinin fəaliyyətini zəiflədirdi.
Belə bir şəraitdə Azərbaycanın müstəqilliyinə qarşı çıxan xarici və daxili qüvvələrin təzyiqi altında fəaliyyət göstərən milli dövlətimiz son nəticədə Sovet Rusiyasının XI Qırmızı Ordusunun işğalı nəticəsində süquta uğradı.
Azərbaycan Cümhuriyyətinin Parlamenti 1920-ci il aprelin 27-də son dərəcə mürəkkəb və ziddiyyətli şəraitdə özünün sonuncu iclasında hakimiyyəti Azərbaycan kommunistlərinə verərək öz fəaliyyətini dayandırdı.
Uğursuz nəticəyə baxmayaraq, Azərbaycan Cümhuriyyətinin iyirmi üç aylıq fəaliyyəti xalqımızın yaddaşına əbədi həkk olundu. Azərbaycan SSR 70 ilə yaxın bir dövrdə kommunist ideologiyasının hökmran olduğu SSRİ-nin tərkibində olmuşdur. Mürəkkəb, ziddiyyətli hadisələrlə dolu bu 70 il müddətində xalqımız böyük məhrumiyyətlərə uğramış, soyqrımına məruz qalmış, böyük itkilər vermişdir. Eyni zamanda bu müddətdə bütün məhrumiyyətlərə baxmayaraq, xalqımız yaşamış, yaratmış, inkişaf etmişdir. Bu 70 il ərzində itkilərimizlə yanaşı, Azərbaycan xalqı böyük nailiyyətlər qazanmış, iqtisadi, elmi-mədəni yüksəlişə nail olmuşdur. Azərbaycan bu dövrdə öz müstəqilliyini faktik olaraq itirsə də, müstəqil dövlətin atributları olan konstitusiyaya, əraziyə, sərhədlərə formal olaraq malik idi.
Məhz dövlətçilik ənənələrinin, mədəni-elmi, iqtisadi, kadr potensialının mövcudluğu Azərbaycan xalqına öz varlığını, mədəniyyətini, milli mənliyini qorumağa və yenidən dirçəlib 1991-ci ildə milli dövlət-Azərbaycan Respublikası kimi tarix səhnəsinə çıxmağa imkan verdi.
1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyətinin topladığı böyük tarixi təcrübə, əsasını qoyduğu demokratiya, demokratik dövlət quruculuğu bu gün onun hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikasında dönmədən həyata keçirilir və inkişaf etdirilir.

Vəkil HƏsƏnov,
tarix elmləri doktoru.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.