Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Asiflə həmyaşıd, məktəb yoldaşıyıq. Elə də yaxşı oxumurdu. Odur ki, attestat alandan sonra təhsilini davam etdirmədi. Bilirdi ki, orta savadla instituta qəbul ola bilməyəcək. Bu səbəbdən bir müddət rayonda fəhlə işləyəndən sonra Rusiyaya üz tutdu.
Uzun müddət əlaqəmiz kəsilmişdi. Yalnız ordan-burdan xəbər tuturdum ki, işləri pis getmir, əli gətirir. Həm özü üçün gün ağlayır, həm də bir əli rayonda yaşayan valideynlərinin, bacı-qardaşının üstündədir. Azərbaycana qayıtmağı isə heç ağlına gətirmir. "Gəlib nə işlə məşğul olacağam ki…" deyib qonşu ölkədə qalmağa üstünlük verir. Amma rayona son səfərim zamanı iştirak etdiyim toy məclisində Asiflə bağlı malik olduğum bu məlumatların, necə deyərlər, köhnəldiyini bildim. Məsələ burasında idi ki, toyun keçirildiyi təmtəraqlı şadlıq sarayı, sən demə, Asifin imiş. Və şübhəsiz, bir vaxtlar Azərbaycana qayıtmağı ağlına belə gətirmək istəməyən Asifin indi biznesini doğma rayonunda davam etdirməsi məni sevindirməyə bilməzdi. Çünki jurnalist olaraq minlərlə Asif kimisinin yaxın və uzaq ölkələrin çöllərindən Vətənə qayıdıb ona sahib durmaları üçün Azərbaycanın hansı mürəkkəb mərhələlərdən keçdiyi mənə məlum idi. …Ötən əsrin 90-cı illərinin əvvəli. Siyasi hərc-mərclik, iqtisadi böhran, mənəvi aşınma ilə yadda qalıb həmin dövr. Bir tərəfdən də Qarabağ savaşı, torpaqlarımızın işğalı, qaçqın və məcburi köçkün dalğaları. Problem bir, iki deyildi. Hansının qulpundan yapışıb həll edəsən, hamısı bir-birindən vacib, bir-birinə bağlı idi. Bu qlobal işlərin öhdəsindən yalnız Heydər Əliyev gələ bilərdi və gəldi də. 1993-cü ilin iyununda xalqın tələbi və seçimi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev çoxillik idarəetmə təcrübəsindən çıxış edərək ilk növbədə cəmi il yarım əvvəl müstəqilliyinə qovuşmuş ölkədə ictimai-siyasi sabitlik yaratdı, bir müddət sonra həmin dövrdə heç bir qələbə perspektivi gözlənilməyən Qarabağ müharibəsində atəşkəsə nail oldu, ardınca isə sosial-iqtisadi sahələrdə köklü islahatlara başladı. Bu sırada 1994-cü ilin sentyabrında imzalanmış "Əsrin müqaviləsi"ni xüsusi qeyd etmək lazımdır. Çünki o illər Azərbaycana hava və su kimi lazım olan xarici investisiyalar məhz həmin müqavilənin icrası çərçivəsində gəlməyə başladı. Amma bu o demək deyildi ki, ölkənin bütövlükdə xarici sərmayələrdən və sərmayədarlardan asılı vəziyyətdə qalmaması üçün tədbirlər görülmürdü. Təcrübəli siyasətçi kimi Heydər Əliyev yaxşı bilirdi ki, ölkənin daxili inkişaf potensialını yaratmadan qarşıda duran böyük məqsədə, sözün həqiqi mənasında, müstəqil dövlət yaradılmasına çatmaq olmayacaq. Bu daxili potensialsa təkcə karbohidrogen ehtiyatları deyil. Düzdür, ayağa qalxıb dirçəlmək üçün neftdən maksimum və səmərəli istifadə etmək lazımdır. Ancaq Azərbaycanın həm də aqrar ölkə olduğu unudulmamalıdır və deməli, regionlar əsas hədəflərdən kənarda qalmamalıdır. Bütün bunlar Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 illik fəaliyyətinin əsas istiqamətlərindən olmuşdur. O istiqamətlərdən ki, 2003-cü ildən onları Prezident İlham Əliyev uğurla və yeni tələblərə uyğun ardıcıl davam etdirir. Bu fəaliyyətin nəticələrini dərk etmək üçün yenə də çox uzaq olmayan keçmişi yada salmaq kifayətdir. Heç yadımdan çıxmır. Səhv etmirəmsə, 1995-ci ilin payızı idi. Nazirlər Kabineti rayon icra hakimiyyətlərinə qarşıdakı qış mövsümündə təbii qazla təchizatda məhdudiyyətlərin gözlənildiyi barədə xəbərdarlıq məktubları göndərmişdi. Sonralar bu məhdudiyyətlər qazın tamam kəsilməsi ilə nəticələndi. Ardınca rayonlara elektrik enerjisi fasilələrlə verilməyə başladı. Üstəlik, iş yerlərinin qıtlığı, sovetdən qalmış sosial infrastrukturların bir-bir sıradan çıxması, islahatların yenicə başladığı aqrar sektorda çaşqınlıq və maliyyə çatışmazlığı region əhalisini çıxılmaz vəziyyətə salmışdı. Kimi ailəsini götürüb Bakıya, kimi də çörək pulu dalınca qonşu ölkələrə üz tuturdu. Kəndlərimiz boşalır, torpaqlarımız sahibsiz qalırdı. Bu, ehtiyac tərəfindən əsl "işğal" idi. Daha amansız və daha sərt olan bu "işğal" bölgələrimizi göz görə-görə məhv edirdi. Həmin "məhv"in bir ucu da Bakıya gəlib çatırdı. Ölkədə sürətlə və kortəbii urbanizasiya prosesi gedirdi. Kəndlərdə yeri belləməyə adam, paytaxtda addım atmağa yer tapılmırdı. İndi regionlarımızın siması tamam başqadı. Kim bunu görmək istəyirsə, yaxın Şamaxı və Qubadan tutmuş uzaq Gəncə və Zaqatalayacan rahat gedə bilər. Hətta vaxtına qənaət edənlərin təyyarə reyslərindən istifadə etmək imkanları var. Bəli, yaxın keçmişədək adamın gözünə duran nəqliyyat və yol problemi artıq yoxdur. Yox olan həm də bölgələrimizin ən yaralı yeri hesab edilən işıq və qaz problemidir. Üstəlik, bölgələrimizdə işsizlik də sosial problem kimi gündəmdə deyil. Çünki regional inkişaf proqramları çərçivəsində rayonlarda açılan sənaye və emal müəssisələri, sex və kombinatlar, sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli və münbit şərait bu problemin sərtliyini xeyli azaldıb. Üstəlik, aqrar sektorda canlanma yaranıb. Ölkədə kənd təsərrüfatı məhsulları istehsalı ilbəil artır. Artıq nəinki yerli istehsal hesabına Azərbaycan bir çox zəruri məhsullarla özünü təmin edir, hətta xarici bazara çıxır, mal ixracatçısına çevrilir. Bir sözlə, torpaqdan ayrı düşmüş kəndli torpağa qayıtmağa başlayıb. Rayon mərkəzlərimiz, şəhərlərimiz də xeyli dəyişib. Onlar daha dağılmış küçələri, primitiv ticarət köşkləri, solğun və baxımsız inzibati binaları ilə "seçilən" yaşayış məskənləri deyil. İndi rayon mərkəzlərimiz daha çox kiçik, lakin müasir şəhərlərə bənzəyir. Olimpiya idman kompleksləri, diaqnostika mərkəzləri, sənaye müəssisələri, park və xiyabanlar onların hər birinin vizit kartıdır. Bütün bunlar adi jurnalistin, yaxud sıravi adamın gözlə görə bildiyi yeniliklərdir. Amma bu yeniliklərin arxasında düzgün strategiya, gərgin əmək və fərəhli nəticələrlə bərabər, onların güzgüsü olan rəsmi statistika da durur. Elə isə bu statistika barədə. Məlum olduğu kimi, Prezident İlham Əliyevin 11 fevral 2004-cü il tarixli Fərmanı ilə 2004-2008-ci illəri əhatə edən ilk regional inkişaf proqramı ("Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı") təsdiq olunmuşdur. Eyni zamanda 2005-2008-ci illərdə dövlət başçısı tərəfindən Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Lənkəran, Aran, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi regionlarına daxil olan rayon və şəhərlərin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair 17 əlavə sərəncam imzalanmışdır. Sözügedən Dövlət Proqramı və sərəncamlardan irəli gələn vəzifələrin icrası nəticəsində 5 il ərzində ölkə üzrə ÜDM-in həcmi 2,6 dəfə artaraq 38 milyard manata çatmışdır. Proqramın əhatə etdiyi dövrdə qeyri-neft sektoru üzrə məhsul istehsalı 1,8 dəfə artmışdır. Təkcə 2008-ci ilin yekunlarına görə, ÜDM-də qeyri-dövlət sektorunun payı 85 faiz olmuşdur. Bu sektora qoyulan investisiyaların həcmi isə 5 ildə 6,2 dəfə çoxalmışdır. 2004-2008-ci illər ərzində Azərbaycanda 766,2 mindən çox iş yeri açılmışdır ki, onların da 547,5 mini daimidir. Bu müddətdə həmçinin 27 min 572 yeni müəssisə yaradılmışdır. Həmin müəssisələrin əksəriyyəti (88 faizdən çoxu) özəldir. Bütün bu tədbirlər nəticəsində xüsusən region əhalisinin maddi rifahı və sosial vəziyyəti xeyli yaxşılaşmışdır. Statistikaya əsasən, 2003-cü ilə nisbətən 2008-ci ildə əhalinin gəlirləri 3,5, onun adambaşına düşən həcmi isə 3,3 dəfə artmışdır. Regionların sosial-iqtisadi inkişafına təkan verən amillərdən biri də bölgələrdə fəaliyyət göstərən sahibkarlara dövlət tərəfindən maddi dəstək verilməsidir. Bu işdə İqtisadi İnkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərən Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri əsas rol oynayır. Təkcə birinci regional inkişaf proqramının əhatə etdiyi illər ərzində bu fond 7 minə yaxın sahibkarlıq subyektinə 323,4 milyon manat güzəştli kredit vermişdir. Alınmış kredit hesabına 68,2 mindən çox yeni iş yeri açılmışdır ki, bu da təxmini və orta hesabla ayrılıqda hər regional rayon və ya şəhər əhalisi üçün əlavə 1000 dolanışıq mənbəyi deməkdir. Bölgə əhalisinə edilən güzəştlərdən söz düşmüşkən. Məlum olduğu kimi, Prezident 2007-ci il yanvarın 23-də "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" Sərəncam imzalamışdır. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olanlar bu sərəncamdan sonra istehsal vaxtı istifadə etdikləri yanacağın, motor yağının və mineral gübrələrin dəyərinin yalnız yarısını ödəyirlər. Nəticə gözlənildiyindən də uğurludur. 2003-cü illə müqayisədə 2008-ci ildə taxıl, kartof, tərəvəz, bostan, meyvə, eləcə də ət, süd, yumurta, yun istehsalı 20-50 faiz civarında artmışdır. Ümumilikdə sərəncamın imzalanmasından ötən 1 il ərzində kənd təsərrüfatında məhsul istehsalının artımı 25 faizdən çox olmuşdur. Bu dövrdə həmçinin məhsul istehsalçıları üçün "Aqrolizinq" ASC-nin xətti ilə 7117 kənd təsərrüfatı texnikası, soyuducu kameralar üçün avadanlıqlar, habelə 236,9 min ton mineral gübrə və s. alınmış, 6 süd və 7 yem zavodu tikilmişdir. Ötən illər ərzində regionların sosial infrastrukturu sahəsində görülmüş tədbirlərin statistikası da zəngindir. Məsələn, bölgələrdə yaşayan əhalinin elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq üçün, 7-si rayonlarda olmaqla, 9 müxtəlif tipli stansiya tikilmişdir. Təbii qazla təminata gəldikdə isə, 13 illik fasilədən sonra Naxçıvan MR-ə mavi yanacağın verilməsinin bərpa olunmasını, Lerik və Yardımlı kimi dağ rayonlarına, Horadiz kimi cəbhə xəttində yerləşən qəsəbəyə tarixlərində ilk dəfə qaz xəttinin çəkilməsini qeyd etmək kifayətdir. Bunlardan əlavə, keçən müddətdə ayrı-ayrı rayonlarda əlil və şəhid ailələri üçün 33 yaşayış binası, 7 bərpa mərkəzi tikilmiş, həmçinin 16 yeni xəstəxana, 42 ambulator-poliklinika, 42 özəl tibb müəssisəsi, 19 feldşer məntəqəsi, regional diaqnostika mərkəzləri, müasir olimpiya-idman kompleksləri və s. istifadəyə verilmişdir. Dövlətin, eləcə də Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ərsəyə gəlmiş 1600 yeni məktəb binasının inşası isə ayrıca qeyd olunmalıdır. Bu təhsil ocaqlarının hamısı müasir texniki avadanlıqlar və inventarlarla təmin edilmişdir. Təbii ki, kiçik məqalədə son illər regionlarda görülən böyük işlərin hamısını əhatə etmək mümkün deyil. Xüsusən də ötən il 2-ci regional inkişaf proqramı ("Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı") qəbul edilibsə və hazırda onun icrası sürətlə davam edirsə bu sənədi ilk analoji proqramın ardı kimi qəbul etmək daha doğru olar. Yeni proqramın müddəalarından da göründüyü kimi, indi əsas hədəf Azərbaycan kəndi və bir də ilk sənədin icrası çərçivəsində başlanmış, təməli qoyulmuş tədbirlərin yekunlaşdırılmasıdır. Proqramın qəbulundan cəmi il yarım keçməsinə baxmayaraq, sənəddə qarşıya qoyulan həmin vəzifələrin icrasının şübhə doğurmağını indidən söyləmək mümkündür. Təkcə bir neçə fakt: keçən il Azərbaycanda rekord miqdarda (3,2 milyon ton) taxıl istehsal edildi, 54,5 mini daimi olmaqla 74 minə yaxın yeni iş yeri açıldı, 5,3 mindən çox müəssisə yaradıldı, ölkə üzrə yoxsulluğun səviyyəsi (statistikaya görə, bu kateqoriyaya daxil olanların əksəriyyəti regionlarda yaşayır) 11 faizə endi, dövlətin maliyyə dəstəyi ilə rayonlarda kənd təsərrüfatı məhsullarını saxlamaq üçün soyuducu anbarların tikintisinə başlanıldı (artıq onların bir neçəsi istifadəyə verilmişdir) və s.
* * * Bəlkə də arayış xarakterli bu statistika kimlər üçünsə maraqlı görünməyə bilər. Amma nə edək ki, hamımızın gözü qarşısında ilbəil, aybaay yox, günbəgün dəyişən regionlarımızın inkişafını göstərmək üçün qəzetin başqa imkanı yoxdur. Axı, məhz həmin statistikanın quru da olsa əks etdirdiyi işlərin nəticəsidir ki, bu gün bölgələrimizin tənəzzüldən tərəqqiyə və bir də Asif kimi Azərbaycan övladlarının qürbətdən Vətənə dönüşü başlayıb. Ən azı buna görə dövlətə "sağ ol" deməyə dəyər.
Raqif MƏMMƏDOV. Məqalə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən Azərbaycan mətbuatının 135 illiyi ilə əlaqədar elan olunmuş müsabiqəyə təqdim edilir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.