Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
Azərbaycanda "Avro-2" standartlarına keçidlə əlaqədar normalara cavab verməyən maşınların istismarına icazə verilməyəcək
Gələn həftənin ortalarından etibarən, yəni iyulun 1-dən Azərbaycanda "Avro-2" standartlarına keçidin tətbiqinə start veriləcək. Belə ki, həmin tarixdən etibarən ölkəmizə gətirilən, eyni zamanda respublika ərazisində istismar olunan bütün avtomobillərin mühərriki və texniki vasitələri "Avro-2" standartlarına uyğunlaşdırılacaq. Daha sadə desək, avtomobillərin işlətdiyi bütün yanacaq növləri və mühərrikinin vəziyyəti "Avro-2" normalarına uyğun olmasa onların istismarına qadağa qoyulacaq.
Qeyd edək ki, Asiya və Avropa dövlətləri bir neçə ildir ki, "Avro-2 standartlarını tətbiq edir. MDB ölkələrindən isə Rusiya, Qazaxıstan, Özbəkistanda 2 il əvvəl "Avro-2" standartlarına keçidlə bağlı qərar qəbul edilib. Onu da qeyd edək ki, Mərkəzi, Şərqi Avropa dövlətlərində həmin standartlara uyğun olmayan avtomobillərin istismarı qəti şəkildə qadağan olunub. "Avro-2" standartlarının normaya uyğun olub-olmamasını isə müvafiq orqanlardan yaradılmış komissiya müəyyənləşdirəcək. Sənaye və Energetika Nazirliyi, Dövlət Neft Şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mütəxəssislərindən ibarət komissiyanın üzvləri həmin məsələni nəzarətdə saxlayacaqlar. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Dövlət Neft Şirkəti "Avro-2" standartları ilə bağlı hazırlıq işlərini başa çatdırıb və yeni standartların tətbiqi üçün iyulun 1-ni gözləyir. "Avro-2" standartlarının əsas mahiyyəti avtonəqliyyat vasitələri tərəfindən atmosferə atılan zərərli maddələrin azaldılmasını və yanacağın keyfiyyətinin yaxşılaşdırılmasını nəzərdə tutur. Dövlət Neft Şirkəti ölkədə istehsal olunan benzinin keyfiyyətinin "Avro-2" standartına uyğun olduğunu bildirib və avtomobil sahiblərini "A-95" markalı benzini almağa dəvət edib. Yeni qaydalara əsasən, iyulun 1-dən başlayaraq Azərbaycana gətirilən avtomobillər gömrük-buraxılış məntəqələrində müayinə ediləcək və standartlara cavab vermədiyi halda həmin maşının gömrük rəsmiləşdirilməsinə icazə verilməyəcək. Bu isə avtomobilin ölkə ərazisində istifadəsinin qadağan olunması deməkdir. Eyni zamanda hazırda ölkəmizdə istifadədə olan köhnə maşınlar da ekoloji nəzarət-ölçü məntəqəsində müayinə ediləcək. Onların mühərriki yoxlanılacaq, atmosferə buraxdığı zərərli qazların miqdarının azaldılması üçün mühərrikdə dəyişiklik edilməsi məsləhət bilinəcək. Belə ki, avtomobilin mühərrik sistemində xüsusi katalizator qurğusu quraşdırılmaqla atmosferə daha az zərərli qazların buraxılması vəziyyətdən çıxış yollarından biri hesab olunur. Amma ola bilər ki, bu vasitə də işə yaramasın, onda həmin maşınların istismarı qadağan olunacaq. Ekspertlərin fikrincə, "Avro-2" standartlarına keçiddən sonra avtomobil bazarında müəyyən dəyişiklik müşahidə edilə bilər. Yəni həm ucuzlaşma, həm də bahalaşma tendensiyası gözləniləndir. Ucuzlaşma ona görə mümkündür ki, yeni standarta keçiddən sonra istismarına məhdudiyyətlər qoyulmuş maşınların alıcıları da azalacaq. Bu cür maşınlar daha çox rayonlarda istifadə üçün alınacaq. Köhnə maşınların qiymətləri bu zaman ucuzlaşacaq. Amma "Avro-2" standartının tətbiqindən sonra köhnə maşınların idxalının məhdudlaşdırılması nəticəsində avtomobil bazarında müəyyən boşluq da yarana bilər. Statistikaya görə, 2010-cu ilə kimi Azərbaycana gətirilən avtomobillərin 70 faizi köhnə maşınlar, yəni istehsal tarixi 2000-ci ilə qədər olanlardır. Bu avtomobillərin sırasında "Mercedes", "BMW", "Toyota", "VAZ", "Opel" daha çox yer tutur. Hesablamalara görə, hazırda istifadədə olan avtonəqliyyat vasitələrinin 70-80 faizi yeni standartlara cavab vermir. Onların bir çoxunun mühərrikinə xüsusi katalizator qurğusunu quraşdırmaq mümkün olsa da, böyük bir hissəsində bu mümkün deyil, yəni bu maşınlar yenə ətraf mühitə normadan artıq zərər vuracaq. Belə halda onlar heç nəyə yaramayacaq. "Avro-2" standartlarına keçidlə bağlı bu ilin əvvəllərində edilən xəbərdarlıqdan sonra köhnə maşınların idxalı da azalıb. Məsələn, 2010-cu ilin yanvar-may aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycana gətirilən minik avtomobillərinin həcmi 40 faiz aşağı düşüb. Bu isə qiymətlərin təxminən 12 faiz artmasına səbəb olub. Mütəxəssislər hesab edirlər ki, Avro" standartının tətbiq olunması benzinin qiymətinə də öz təsirini göstərəcək. Çünki yeni normativlərə görə, yalnız yüksək keyfiyyətli, yəni "A-95" markalı benzinin istifadəsinə icazə verilir. "A-76" və "A-93" markalı benzin keyfiyyətli yanacaq sayılmır. Qeyd edək ki, "A-95" markalı benzinin bir litri 60 qəpiyə satılır. Bu isə o deməkdir ki, yeni standartlardan sonra 55 qəpiyə benzin olmayacaq və qiymətlər avtomatik olaraq artmış olacaq. ELTAC.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.