Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

Su gələn arxa bir də gələr...

23.07.10 - 13:55307 baxılıb

"Dünyanın heç bir ölkəsində əhali bizdəki qədər suya israfçılıq etmir"

"Su gələn arxa bir də gələr" deyimi yay mövsümü gələndən bəri paytaxt sakinləri üçün öz aktuallığını itirib.Yayın qora bişirən vaxtında paytaxtın müxtəlif ərazilərinin sakinləri su üzünə həsrət qalıblar. Su problemi yaşayan ərazilərdən biri də Yeni Günəşli qəsəbəsindəki "D" massivinin 17, 19, 20 və 21-ci yaşayış binalarının sakinləridir. Onlar artıq 15 gündür ki, susuzluqdan əziyyət çəkirlər. 21-ci yaşayış binasının sakini Günay (ad şərtidir) artıq 15 gündən çoxdur ki, onlara yaxın ərazilərin heç birində su olmadığını dedi: "Müxtəlif qurumlara müraciət etdik. Şikayətlərimizin nəticəsində suyu 4-cü mərtəbəyə kimi verməyə başladılar. Yuxarı mərtəbələr isə yenə də susuz qalıb. Bu isə təzyiqin aşağı olması ilə əlaqələndirilir. Su idarəsi isə bizi sakitləşdirməyə çalışır ki, yaxın günlərdə su əvvəlki qaydada veriləcək".

Su yoxluğundan əziyyət çəkən digər ərazi isə Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsinin sakinləridir. Sakinlər hər il yay aylarında su qıtlığından əziyyət çəkdiklərini deyirlər. Onlar may ayından etibarən su verilmədiyini bildirdilər. İçməli suya həsrət qalan sakinlər suyu da pulla almağa məcbur olublar. Suyu pulla almağa hər bir sakinin maddi durumu imkan vermədiyi üçün vəziyyət daha da ağırlaşır.
Suraxanı rayonu, Atamoğlan Rzayev küçəsinin sakinləri də bir aydan çoxdur ki, su üzünə həsrətdirlər. Sakinlər su kranlarının artıq pas atdığını deyirlər. Bir maşın suyun qiyməti isə 20 manatdır. Buna pul çatdırmaq olmur. Sakinlər dəfələrlə su idarəsinə müraciət etsələr də, heç bir nəticə əldə etməyiblər.
Fatmayi, Digah, Buzovna, Hövsan, Mehdiabad, Binəqədi sakinləri də susuzluqdan əziyyət çəkirlər. Sakinlər suyun verilmədiyi halda onlardan su pulunun tələb edildiyini deyirlər.
Maraqlıdır, müvafiq strukturlar mövcud problemin qarşısını almaq üçün hər hansı tədbirlər həyata keçirirlər? Yoxsa…
"Azərsu" ASC-nin İnformasiya və İctimai Əlaqələr Şöbəsinin rəisi Aqşin Rüstəmov yaranmış içməli su probleminin əsas səbəbini suyun qeyri-səmərəli istifadə olunması ilə əlaqələndirdi: "Başqa illərdən fərqli olaraq iyunun əvvəllərindən temperatur 30-35 dərəcəyə yüksəldi. İstilərin tez düşməsiylə bağlı suya tələbat birdən-birə xeyli artdı. Məhz bununla əlaqədar Bakının bir neçə qəsəbəsində içməli su qıtlığı yaranıb. Magistral xətt Bakı şəhərinin ətraf kəndlərindən, fərdi tikilən evlərin arasından, bağ massivlərindən keçir. Yolda su kəmərinə qanunsuz qoşulmalar çox olur. "Azərsu" ASC-nin müvafiq əməkdaşları qanunsuz su borularına qoşulanların xətlərini kəsir, üstündən bir saat keçməmiş onlar yenidən öz bildiklərini edirlər. Bu səbəbdən də su qıtlığı yaranır. Digər ərazilərdə yaranmış problemlərin də əsas səbəbi israfçılıqdır".
Dünyanın heç bir şəhərində içməli sudan ölkə ərazisindəki kimi qeyri-səmərəli istifadə olunmadığını vurğulayan "Azərsu" ASC-nin rəsmisi problemin həllini vətəndaşların qənaətcil olmalarında görür: "Biz bilməliyik ki, su Allahın nemətidir və ondan mütləq səmərəli istifadə etməliyik. Nə qədər içməli sudan səmərəsiz istifadə edəcəyiksə, bir o qədər problemimiz olacaq", - deyə o, vurğuladı.
İçməli suyun ən çox mənzil daxilində itkilərə məruz qaldığını bildirən A.Rüstəmov abonentlərdən də gileyləndi: "Problemə səbəb olan amillərdən biri də abonentlərin su pulu verməməsidir. Keçən üç ay ərzində biz su haqqının 50 faizini yığa bilmişik. Abonentlərin yarısı su pulu verməkdən imtina edir, bu da böyük problemə gətirib çıxarır".
Su anbarlarının boş olmasına gəlincə, o, bunun yalan olduğunu vurğuladı: "Şikayətçilər yaranmış problemlərə emosional olaraq fikir bildirirlər. Su anbarlarının boş olması tamamilə yanlış fikirdir".
Şikayətçilərin iradına cavab olaraq A.Rüstəmov dispetçer xidmətinin vətəndaşlarla kobud danışmasının həqiqətə uyğun olmadığını bildirdi: "Bizim 24 saat ərzində fəaliyyət göstərən dispetçer xidmətimiz var. Günün istənilən saatında yaranan problemlərlə bağlı müraciət etmək mümkündür. Dispetçer xidmətinin şikayətçiləri eşitməməsi, yaxud məsələyə laqeyd qalması barədə deyilənlərin hamısı yalandır".
Su probleminin daşqınlarla, sellərlə əlaqəsinin olub-olmamasına gəlincə qurum rəsmisi qeyd etdi ki, Kürdə və Ceyranbatanda baş təmizləyici qurğular var: "Kür çayından götürülən su əvvəlcə zərərsizləşdirilir, sonra ötürülür baş təmizləyici qurğulara, orada üç təmizləyici mərhələdən keçir. Kimyəvi təmizləmə proseslərindən keçdikdən sonra bir daha təmizlənir və Bakı şəhərinə ötürülür. Paytaxtın girişində, yəni Biləcəri qəsəbəsində içməli su bir daha zərərsizləşdirilir. Oradan su Bakı şəhərinin iritutumlu su anbarlarına, su anbarlarından da məntəqələrə paylanır. Odur ki, içməli suyun təmizlənmə prosesində heç bir problem yoxdur".
Cənubi Qafqazda ən az içməli su ehtiyatının Azərbaycanda olduğunu bildirən A.Rüstəmov su qıtlığının aradan qaldırılması ilə bağlı əlavə su kəmərlərinin də çəkildiyini bildirdi: "Bakı şəhərinə bu gün dörd mənbədən su gəlir. Üstəlik, Oğuz-Qəbələ-Bakı içməli su kəməri də çəkilir. Kəmərin tamamlanma işləri bu il başa çatacaq. Kəmər istismara verildikdən sonra mövcud içməli su problemi maksimum dərəcədə həllini tapacaq".
Ölkə əhalisinin su ilə normal təchizatının təmin edilməsi məqsədi ilə istər dövlət tərəfindən, istərsə də müvafiq beynəlxalq təşkilatlar tərəfindən bütün lazımi tədbirlər həyata keçirilməkdədir. Dünya Bankı Azərbaycanda həyata keçiriləcək "Milli su təchizatı və kanalizasiya xidmətləri" layihəsi üçün kredit ayıracaq. Ayrılacaq kreditin çox hissəsinin Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (İBRD-Dünya Bankı Qrupunun üzvü), qalan qismini isə Beynəlxalq İnkişaf Assosiasiyası (İDA-Dünya Bankı Qrupunun üzvü) verəcək. Bundan əlavə, "Azərsu" ASC Asiya İnkişaf Bankı, Almaniyanın bir bankı, habelə Dünya Bankı ilə saziş imzalayıb. Eyni zamanda Yaponiyanın Beynəlxalq Əməkdaşlıq və İslam İnkişaf bankları ilə də danışıqlar aparılır.
Bu istiqamətə dövlət hesabına ayrılan vəsaitlərin həcmi də az deyil. Neft Fondu Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi üçün vəsait ayırıb. Müvafiq strukturlar iddia edirlər ki, bütün tədbirlər həyata keçirildikdən sonra respublika əhalisinin su təchizatında heç bir problem qalmayacaq.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov son illər dövlət qurumlarına dövlət büdcəsi və beynəlxalq maliyyə qurumları tərəfindən böyük həcmdə vəsaitlərin ayrıldığını söylədi: "Ümidvaram ki, yaxın vaxtlarda respublika ərazisinin də fasiləsiz su ilə təchizatı mümkün olacaq. Çünki dünyanın inkişaf etməkdə olan ölkələrinin nəinki paytaxtlarında, hətta 2-3-cü dərəcəli şəhərlərində də suyun fasilə ilə verilməsi faktına artıq rast gəlmək olmaz. Bakı sakinlərinin bir qismi isə hələ də suyu fasilələrlə alır".

Gülər KƏRİMLİ.

çap üçün verisya

Axtarish sistemi

« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.

- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.

© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.