Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
fevralın 13-də
…Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmətulla İrqaşevi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
fevralın 14-də
…Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl-Nahyanı qəbul etmişdir. …Belçika Krallığına işgüzar səfərə yola düşmüşdür. …Brüsseldə Avropa Xalq Partiyasının (AXP) prezidenti Uilfrid Martens ilə görüşmüşdür.
fevralın 15-da
…NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşmüşdür. …Belçika Krallığına işgüzar səfərdən qayıtmışdır.
fevralın 16-də
…Qusar rayonuna səfərə gəlmişdir. …Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir. …rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir. …şahmat mərkəzinin açılışında iştirak etmişdir. …Qubada Qırmızı qəsəbənin sakinləri ilə görüşmüşdür. …Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.
fevralın 17-də
... Şahdağ qış-yay turizm kompleksinin tikintisinin gedişi ilə tanış olub.
19-cu əsrin sonlarından etibarən Fransada işçilərin təşkilatlanması həlledici mərhələyə qədəm qoyur. Həmin dövrdə ölkədə bir neçə həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərsə də , onların vahid güc mərkəzində birləşməməsi işçilərin hüquqlarının təmin olunmasına və işəgötürənlərlə mübahisələrin müsbət həllinə ciddi maneə törədirdi. Bu səbəbdən iki böyük təşkilat - Əmək Şuraları və Həmkarlar İttifaqları federasiyaları birləşmək qərarına gəldi. 1895-ci ildə bu təşkilatların birləşməsindən sonra Fransa Əmək Konfederasiyası (Confederation generale du travail CGT) təsis edildi. CGT sonradan ölkənin istər həmkarlar tarixində, istərsə də siyasi həyatında əhəmiyyətli səhifə açdı. Bu yazıda həmin təşkilatın ən məşhur lideri - Leon Juodan bəhs edilir.
Ataların yolu ilə
Leon Juo 1879-cu ildə radikal əhvali-ruhiyyəli ailədə dünyaya göz açıb. Babası 1848-ci il Fransa inqilabında kral əleyhinə döyüşüb, atası Fransa-Prussiya müharibəsindən sonra yaradılan və qısa müddət Parisdə hakimiyyətdə olmuş Kommunanın üzvü idi. Leon Juonun ailəsində yaşayış şəraiti elə də yaxşı olmadığından atası bələdiyyədəki işini tərk edərək daha yüksək məvacib qazanmaq üçün Obervildəki kibrit fabrikində işə düzəlir. Balaca Leon 12 yaşına qədər bu şəhərdə təhsil ala bilir. Tətillərdə iştirakına görə atasının işdən azad olunması səbəbindən məktəbdən xaric edilir. Leon təhsilini yarımçıq qoyaraq ailəsinə pul qazanmaq yolunu seçir. 1895-ci ildə vaxtilə atasının çalışdığı kibrit zavodunda işə düzəlir. Az sonra burada fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsinin tamhüquqlu üzvü seçilir və təşkil edilən görüşlərdə protokollar hazırlamaqla məşğul olur. 1900-cü ildə atasının gözləri zavodda istifadə olunan uçan ağ fosforun təsirindən kor olur. Leon Juo həmin il bu zəhərli maddənin istifadəsinə qarşı keçirilən tətildə iştirak edir. Bir çox tətilçilər kimi o da şantaj edilərək işdən çıxarıldı. Sabit iş yeri tapa bilmədiyindən şəkər zavodunda, gübrə müəssisəsində və gəmi tərsanəsində günəmuzd çalışdı. Bu müddətdə o, həmçinin Sarbon və Obervil universitetlərində qiyabi təhsil aldı. Həmkarlar ittifaqı komitəsinin müdaxiləsindən sonra kibrit zavodunda işə bərpa olunan Leon həyatını həmkarlar hərəkatının inkişafına həsr etdi. Təşkilatçılıq bacarığı, biliyi, şəxsiyyət və istedadlı natiq olması onu tez bir zamanda həmkarlar ittifaqı komitəsində nüfuz sahibinə çevirdi. 1906-cı ildə yerli komitə Leon Juonu Fransa Əmək Konfederasiyasına rəsmi nümayəndəsi seçir. Daha sonra isə o, təşkilatın xəzinədarı vəzifəsini müvəqqəti olaraq icra etməyə başlayır. 1909-cu ilin iyulun 12-də Leon Juo Həmkarlar İttifaqı Konfederasiyasının baş katibi seçilir və bu vəzifədə 1947-ci ilə qədər fəaliyyət göstərir. Qətiyyətli və mübariz şəxsiyyətinə görə ona "general" ləqəbi verilir.
BƏT-in qurucularından biri
Leon Juonun mövqeyində ziddiyyətlər də sezilir. Məsələn, o, Birinci Dünya müharibəsi öncəsi beynəlmiləlçi olduğunu elan edərək özünün İngiltərə, Almaniya, Belçika və İsveçrədəki çıxışlarında insanları sülh naminə birliyə səsləyirdi. Digər tərəfdən isə dövlətlər arasındakı ziddiyyətlər və ədavət artdıqca müharibəyə dəstək nümayiş etdirirdi. Buna baxmayaraq, Leon Juo eyni zamanda Fransa Əmək Konfederasiyasının sülh proqramını işləyib hazırlayır. Həmin proqramda silahların məhdudlaşdırılması, beynəlxalq arbitraj, gizli müqavilələrin imzalanmasına qarşı mövqe, eləcə də dünya millətlərinə hörmət prinsipləri öz əksini tapır. İngiltərənin Lids şəhərində keçirilən konfransda Leon Juonun təqdim etdiyi hesabat 1919-cu ildə əsası qoyulacaq Beynəlxalq Əmək Təşkilatının özülü oldu. 1919-cu ildə Paris Sülh Konfransında BƏT-in əsasnaməsini hazırlayanlardan biri də məhz Leon Juo idi. Leon Juo 30 il müddətində CGT-ni siyasi təsirdən qorumaq üçün mübarizə aparmışdı. 1918-ci ildən Fransa kommunistləri təşkilat üzərinə arasıkəsilməz basqılar edərək qurumu özlərinin nüfuz dairəsinə salmağa çalışırdılar. Leon Juo CGT-nin bütövlüyünü qoruyub saxlasa da, təşkilat daxilində kommunistlərdən ibarət qrupun mövcudluğuna mane ola bilmədi.
Tətillər ili və Matiqnon qələbəsi
1936-cı il mayın 3-də keçirilən parlament seçkilərində sosialistlər böyük üstünlüklə qələbə qazandılar. Leon Blumun rəhbərliyi ilə yaradılan yeni hökumətə radikal qüvvələr də tam dəstək verdi. Elə həmkarlar hərəkatında da canlanma yarandı. Bu qələbə ilə işçilər də xeyli ümidləndi. Le Havr və Tuluzada keçirilən tətillərdə etirazçılar işdən çıxarılan həmkarlarının yenidən iş yerlərinə qaytarılmasını tələb etməyə başladılar. Mayın 28-də 32 mindən artıq işçi Reno zavodunu zəbt etdi. Bundan sonra daha 100 min nəfər Parisətrafı bütün müəssisələrdə nəzarəti ələ keçirərək iş rejimini iflic etdilər. Əsas tələblər əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması, 40 saatlıq iş həftəsi, ödənişli məzuniyyət və həmkarlar ittifaqlarının rəsmi şəkildə tanınması idi. Bütün ölkəni cənginə alan və yüz minlərlə işçinin qatıldığı tətillər iyun ayında da davam etdi. İri avtomobil müəssisələrindən xırda emalatxanalara qədər hər yerdə iş dayanmışdı. 12 mindən artıq tətil yerlərində ümumilikdə 2 milyona yaxın işçi etirazlara qoşulmuşdu. Aksiyalar ölkədəki normal həyat axarını pozmuşdu. Hökumət geri çəkilməyə məcbur oldu. Milyonların tətili qarşısında aciz qalan Leon Blum güzəştə getməli oldu. Hökumət başçısı 40 saatlıq iş həftəsi, ödənişli məzuniyyət və kollektiv sövdələşməni özündə ehtiva edən yeni qanunvericilik bazasının yaradılmasını təklif etdi. İyunun 7-də tətillər işçilərin qələbəsi ilə yekunlaşdı. Hökumətin iqamətgahının yerləşdiyi Matiqnon hotelində sahibkarlar konfederasiyası, həmkarlar ittifaqı (CGT) və hökumətin iştirakı ilə razılaşma imzalandı. Fransa Əməyinin Maqna Kartası olan Matiqnon müqaviləsinin əsası Leon Blum hökumətinin irəli sürdüyü və işçilərin tələblərinin tam nəzərə alındığı yeni qanunvericilik bazasından ibarət oldu. Bu tarixi hadisədən sonra tətillərə tam olaraq son qoyuldu və müəssisələrdə iş yenidən bərpa edildi... ...1939-cu ildə İkinci Dünya müharibəsində Fransa işğal edildikdən sonra təşkilat buraxılır. Müqavimət hərəkatına qoşulan Juo 1941-ci ildə həbs olunaraq iki il müddətində ev dustağı edilir. Daha sonra o, Almaniyadakı Buhenvald həbs düşərgəsinə göndərilir.1945-ci ilin may ayında azadlığa çıxan 66 yaşlı Leon Juo CGT-nin fəaliyyətini bərpa edir. Lakin baş katiblik vəzifəsini kommunist Benoyt Fraşon ilə bölüşməli olur. Kommunist qrupuna ideoloji cəhətdən müxalif olan Leon Juo onların Marşal Planına (müharibədən sonra ABŞ-ın maliyyə yardımı ilə Avropanın irimiqyaslı dirçəliş planı) dəstək verməyəcəklərindən ehtiyat edərək, 1947-ci ildə digər liderlə birgə CGT-nin Force Ouvriere qolunu yaradır. Leon Juo təşkilatın prezidenti seçilir. Fransa həmkarlar ittifaqları hərəkatının görkəmli lideri 1954-cü ildə vəfat edir.
Elnur ƏLİYEV, İctimai Televiziya və Radio Yayımları Şirkətinin redaktoru.
Hansı hallarda hakim mülki işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər?
Ruslan HƏSƏNLİ, Sumqayıt şəhəri.
- Mülki Prosessual Məcəllənin 19-cu maddəsinə əsasən, hakimin mülki işə baxılmasına aşağıdakı hallarda yol verilmir: o O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə; o O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə; o O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apelyasiya və kasasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə. Aşağıdakı hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər: o O, əvvəllər tərəflərdən birinin nümayəndəsi təyin edilmişsə və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; o O, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin birbaşa qohumudursa və qohumu olmuşsa, ya da qohumluq əlaqəsindədirsə; o O, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa. Bir-biri ilə qohumluq əlaqəsində olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir.