Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
fevralın 13-də
…Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmətulla İrqaşevi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
fevralın 14-də
…Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl-Nahyanı qəbul etmişdir. …Belçika Krallığına işgüzar səfərə yola düşmüşdür. …Brüsseldə Avropa Xalq Partiyasının (AXP) prezidenti Uilfrid Martens ilə görüşmüşdür.
fevralın 15-da
…NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşmüşdür. …Belçika Krallığına işgüzar səfərdən qayıtmışdır.
fevralın 16-də
…Qusar rayonuna səfərə gəlmişdir. …Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir. …rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir. …şahmat mərkəzinin açılışında iştirak etmişdir. …Qubada Qırmızı qəsəbənin sakinləri ilə görüşmüşdür. …Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.
fevralın 17-də
... Şahdağ qış-yay turizm kompleksinin tikintisinin gedişi ilə tanış olub.
Artıq Azərbaycanda ev quşları arasında taun əleyhinə peyvənd aparılır
Son günlər taun xəstəliyinin yayılması barədə xəbərlər eşidilməkdədir. Respublikamızda bu xəstəliklərin ilkin əlamətləri belə müşahidə edilməsə də, onun əleyhinə profilaktik tədbirlər görülür. Artıq ev quşlarının peyvəndi aparılır. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin sözlərinə görə, peyvəndləmə işləri ilin sonuna qədər davam edəcək. İl ərzində 11 xəstəlik üzrə heyvan və quşlarda peyvəndləmə işləri aparılacaq. Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanovun sözlərinə görə, taun xəstəliyi insanlar vasitəsilə və ya gəmiricilərlə yayıla bilir: "Bu xəstəliyə yoluxan şəxslərdə hərarət bir çox hallarda 39-40 dərəcəyə qədər yüksəlir. Eyni zamanda ishal halları, xəstəliyin müəyyən dövrlərində bədəndə şişmələr olur. Taun xəstəliyinin təbii yaranma ocaqları var. Hazırda Çin, Vyetnam, Madaqaskar, ABŞ-da belə xəstəlik tez-tez aşkarlanır. Abşeron yarımadasından başlayaraq düzənlik və dağətəyi zonalarda belə ocaqlar var. Həmin ərazilərdə gəmiricilər arasında taunun yayılması sonuncu dəfə 1985-88 ci illərdə rast gəlinib. Sonuncu dəfə isə Azərbaycanda gəmiricilər arasında taun mikrobu 2001-ci ildə tapılıb. Bu xəstəlik əsasən gəmiricilər arasında yayılır. Amma dəvələr arasında da bu virus yayıla bilər. Əksər vaxtlarda bu xəstəliyə yoluxan birələr insanları dişləyir və insanlar da bu zaman xəstəliyə yoluxur". Ş.Qurbanovun sözlərinə görə, Azərbaycanda insanlar arasında bu xəstəlik sonuncu dəfə Naxçıvanda aşkarlanıb: "1957-ci ildə rus əsgərlərindən birində bu virus tapılıb. 1932-34-cü illərdə isə taun xəstəliyindən xeyli insan dünyasını dəyişib. Direktor müavini dedi ki, hazırda respublikamızda bu xəstəliyin təbii ocaqlarında nəzarət tədbirləri həyata keçirilir. Mütəxəssislər tərəfindən vizual nəzarət, lazım gəldikdə isə laborator müayinələr aparılır. Yəni həmin ərazilərdə gəmiricilərin say artımına nəzarət edilir. Gəmiricilərin sayı müəyyən həddən artıq olanda artıq qorxuludur. Gəmiricilərin artımı həmin ərazilərdə yaşayan və işləyənlər üçün də təhlükəlidir". Ş.Qurbanovun sözlərinə görə, Azərbaycanda bu xəstəlik aşkarlansa belə, onunla mübarizə üçün bütün imkanlar var: "Azərbaycanda bu sahədə ixtisaslaşan və müasir avadanlıqlarla təchiz olunan laboratoriyalarımız mövcuddur. Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasında savadlı mütəxəssislər çalışır. Həmçinin ölkədə kifayət qədər vaksin preparatları toplanılıb. Buna görə də vətəndaşlar arasında heç bir narahatçılığa əsas yoxdur".
Hansı hallarda hakim mülki işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər?
Ruslan HƏSƏNLİ, Sumqayıt şəhəri.
- Mülki Prosessual Məcəllənin 19-cu maddəsinə əsasən, hakimin mülki işə baxılmasına aşağıdakı hallarda yol verilmir: o O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə; o O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə; o O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apelyasiya və kasasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə. Aşağıdakı hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər: o O, əvvəllər tərəflərdən birinin nümayəndəsi təyin edilmişsə və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; o O, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin birbaşa qohumudursa və qohumu olmuşsa, ya da qohumluq əlaqəsindədirsə; o O, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa. Bir-biri ilə qohumluq əlaqəsində olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir.