Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

fevralın 13-də

…Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmətulla İrqaşevi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

fevralın 14-də

…Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl-Nahyanı qəbul etmişdir.
…Belçika Krallığına işgüzar səfərə yola düşmüşdür.
…Brüsseldə Avropa Xalq Partiyasının (AXP) prezidenti Uilfrid Martens ilə görüşmüşdür.

fevralın 15-da

…NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşmüşdür.
…Belçika Krallığına işgüzar səfərdən qayıtmışdır.

fevralın 16-də

…Qusar rayonuna səfərə gəlmişdir.
…Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.
…rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir.
…şahmat mərkəzinin açılışında iştirak etmişdir.
…Qubada Qırmızı qəsəbənin sakinləri ilə görüşmüşdür.
…Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır.

fevralın 17-də

... Şahdağ qış-yay turizm kompleksinin tikintisinin gedişi ilə tanış olub.

“Eurovision" müsabiqəsinin təşkilati işlər üzrə rəhbəri, hazırda Bakıda səfərdə olan Sietse Bakkerin Azadlıq Radiosuna eksklüziv müsahibəsi

27.01.12 - 18:4445 baxılıb

(Müsahibə ixtisarla dərc olunur)

- Bakıda "Eurovision"a hazırlığın səviyyəsindən razısınızmı?
- Birincisi, biz mayda müsabiqənin keçiriləcəyi rəsmi yerlə bağlı - Bakıda yeni tikilən "Crystal Hall"la bağlı vacib qərar verdik. Hall, demək olar ki, hazırdır. Biz həmin yeri də ziyarət elədik və hər şey çox yaxşı görünürdü. Ondan əvvəlsə biz "Eurovision"un ev sahibliyinin rəmzi ötürülməsi mərasimini təşkil etdik.
Düsseldorf şəhərinin meri rəsmən müsabiqənin açarını Bakı Şəhər İcra Hakimiyyətinin başçısına təqdim elədi. Biz yarımfinalların püşkünü atdıq və hansı ölkələrin hansı yarımfinalda çıxış edəcəyini müəyyənləşdirdik. Artıq 43 ölkə, o cümlədən Ermənistan müsabiqədə iştirak edəcəyini təsdiqləyib. Və bu, yekun rəqəmdir. Bu ölkələrin hamısı may ayında müsabiqədə iştirak etmək üçün Bakıya gələcəklər.
- İndiki durumda əsas narahatlıq doğuran, həll olunası məqamlar hansılardır? Nəyin daha yaxşı həll edilməsinə ümid edirdiniz?
- "Eurovision" mahnı müsabiqəsi artıq 57 dəfə təşkil olunub. Yəni bizim çox böyük təcrübəmiz var təşkilatçılıqla bağlı. Hər il biz fərqli məsələlərlə üzləşirik və onları həll edirik. Eyni şey Bakıda baş verir, biz fərqli məsələlərlə üzləşirik və hər şey plana uyğun olaraq gedir. Biz İctimai TV-nin təşkilatçılıqla bağlı yerli tərəfdaşlar və Almaniyadan olan "Production" şirkəti ilə birgə gördüyü işlərdən çox məmnunuq. Odur ki, "Eurovision" mahnı müsabiqəsinin istədiyimiz səviyyədə keçəcəyinə çox əminik.
- Azərbaycanda ictimaiyyəti maraqlandıran bəzi suallar da var. Bildiyiniz kimi, Azərbaycanda "Eurovision" mahnı müsabiqəsindən insan haqlarının pis durumuna diqqət çəkmək üçün istifadə edən bir hərəkat da var. Siz təşkilatçı olaraq ev sahibi ölkədə insan haqlarının durumuna görə özünüzü məsul hiss edirsinizmi? Və ya siz Azərbaycan rəhbərliyinin insan haqlarının durumunu yaxşılaşdırması üçün cəhdlər etmisinizmi? Məsələn, sərbəst toplaşmaq azadlığı ilə bağlı.
- Avropa Yayımçılar İttifaqı (AYİ) bir təşkilat olaraq media azadlığı və insan haqlarına çox böyük önəm verir. 2010-cu ildə Bakıda konfrans olmuşdu və orada AYİ media azadlığı ilə bağlı bəyannamə qəbul elədi, onu Azərbaycan Prezidentinə də təqdim elədi.
Üstəlik "Eurovision" müsabiqəsi keçirildiyi üçün Azərbaycana diqqətin artmasından faydalanan çoxlu QHT-lər var. Biz bilirik ki, onlar çox fəallıq göstərirlər. Ancaq bizim onların fəaliyyətinə aidiyyətimiz yoxdur. Biz onlarla görüşmüşük, narahatlıqlarının nə olduğunu bilirik. Amma qalanı onların işidir.
Biz "Eurovision" müsabiqəsində heç bir siyasi məqsəd güdmürük, bu, müsabiqənin hədəfi deyil. Amma, sözsüz ki, bu cür təşkilatlar müsabiqədən başqa məqsədlər üçün istifadə edirlər.
- "Eurovision"a hazırlıq üçün ev sahibi olan ölkənin nə qədər vəsait xərcləməsi ilə bağlı hansısa limit varmı? "Crystal Hall", Bakının abadlaşdırılması, infrastrukturun qurulması, təbii ki, ölkəyə qoyulan investisiyadır, ancaq bu xərclər həm də bilavasitə "Eurovision"la bağlıdır. "Eurovision"da təşkilati işlər üçün büdcə ilə bağlı hansısa limit varmı?
- "Eurovision" mahnı müsabiqəsinin büdcəsini biz təsdiq edirik. Biz büdcəni diqqətlə öyrənirik və indiki mərhələdə büdcə davamlı olaraq dəyişir.
Ancaq bir şeyi dəqiqləşdirmək istərdim. Bakıda aparılan bəzi tikinti işləri, o cümlədən "Crystal Hall"un tikintisi əslində şəhərin yenidən qurulması ilə bağlı çox geniş bir planın tərkib hissəsidir. Bu planın isə "Eurovision"a heç bir aidiyyəti yoxdur.
Bakıda uzun illərdir ki, geniş yenidənqurma işləri aparılır, "Crystal Hall"un tikintisi "Eurovision" mahnı müsabiqəsi ilə eyni vaxta təsadüf edib, amma "Eurovision", sadəcə, burada keçirilən ilk tədbir olacaq. Odur ki, şəhərin yenidən qurulması, "Crystal Hall"un tikintisi "Eurovision" mahnı müsabiqəsinin büdcəsinə daxil deyil.
- Adətən "Eurovision" müsabiqələrinə müxtəlif ölkələrdən xeyli sayda homoseksual da seyrçi qismində qatılır. Sizcə, Azərbaycan cəmiyyəti onları qəbul etməyə, yerləşdirməyə hazırdırmı? Azərbaycanda bir çox insanların homoseksuallara münasibəti, məsələn, Hollandiyadan fərqlidir...
- "Eurovision" müsabiqəsinin Avropada çox fanatı var. O cümlədən bu, siz qeyd etdiyiniz kimi, geylər arasında da populyar kütləvi tədbirdir. Çoxlu sayda homoseksualın "Eurovision"u izləmək üçün müsabiqənin keçirildiyi şəhərlərə səyahət etməsi də həqiqətdir.
Mən anlayıram ki, homoseksuallara münasibət məsələsində Azərbaycanla bir çox Avropa ölkələri arasında fərq mövcuddur və Azərbaycan cəmiyyətinin bu məsələdə keçəcəyi uzun yol var.
Amma eyni zamanda Azərbaycan xalqı çox qonaqpərvərdir və inanıram ki, bu məsələ ilə bağlı Bakıda heç bir problem olmayacaq. Digər tərəfdən, homoseksuallar normal insanlardır, onlar Bakıda sərbəst şəkildə gəzə bilərlər. Əminəm ki, onlar həm də yerli ənənələri nəzərə alacaqlar.
- Viza məsələsi ilə bağlı müzakirələr gedirmi? Azərbaycan viza qaydalarını sadələşdirdiyini deyir, vizanın müsabiqə dövründə tamamilə ləğvi mümkündürmü? Ümumiyyətlə, bu istiqamətdə hökumətlə danışıqlar aparılırmı?
- Biz viza məsələsindən çox narahat idik. Çünki Azərbaycanın müsabiqəyə qatılan 43 ölkənin heç də hamısında diplomatik nümayəndəliyi yoxdur. Bundan başqa, Azərbaycana gəlmək üçün viza almaq da ümumilikdə asan məsələ deyil.
Ona görə də biz builki müsabiqəyə hazırlıqlar başlayan kimi, bu məsələni Azərbaycanın müvafiq dövlət strukturları qarşısında qaldırdıq. Bizə deyildi ki, bu istiqamətdə bəzi müsbət dəyişikliklər müsabiqədən əvvəl elan ediləcək. Mən bunun təfərrüatları barədə çox şey deyə bilməyəcəm. Amma müsabiqə vaxtı Azərbaycana gəlmək üçün viza almaq xeyli asanlaşacaq. Biz gözləyirik ki, yaxın 2-3 həftədə bu barədə bizə daha ətraflı məlumat veriləcək.
- Müsabiqənin təşkilatçısı kimi, sizcə, Bakıya çoxmu qonaq gələcək?
- Mən əminəm ki, mayda müsabiqəni izləmək üçün Bakıya minlərlə insan səfər edəcək. Amma bu həm də bizim nəzarət edə bilmədiyimiz bir çox faktorlardan asılıdır. Bu, Bakıdakı hotellərin sayından, Avropanın böyük şəhərlərindən Azərbaycana təyyarə reyslərinin sayından, biletlərin qiymətindən də asılıdır. Hələ ki, bu barədə ətraflı məlumatımız yoxdur. Bunlar müsabiqə vaxtı Bakıya nə qədər insanın səyahət edəcəyini müəyyən edən əsas amillər olacaq.
Bu həm də Azərbaycan üçün bir imkandır ki, özünü dünyaya tanıtsın. Ona görə də Azərbaycanın xaricdəki imicindən də çox şey asılı olacaq. Yəni mediadan əldə etdikləri məlumatlar əsasında Avropadakı insanlarda Azərbaycan haqda hansı təsəvvür formalaşacaq?! Müsabiqədən sonra da insanlar Azərbaycana səfər edəcəklərmi?!
- Viza məsələsindən başqa hansı məsələlərlə bağlı narahatlığınız var?
- İndi viza, hotellərin tutumu, müsabiqənin keçirildiyi yerlə bağlı işlər düzgün istiqamətdə gedir. Amma eyni zamanda yaxın aylarda bu məsələlərlə bağlı çox işlər görüləcək. Bununla yanaşı, unutmaq olmaz ki, artıq yanvarın axırıdır və artıq aprel ayında qonaqlar Bakıya gəlməyə başlayacaq.
- Keçənilki müsabiqə zamanı Düsseldorfda ciddi texniki qüsurlar baş vermişdi. Məsələn, canlı yayımda. Bundan başqa, telefonlarla bağlı problemlər olmuşdu. Builki müsabiqədə belə şeylərin təkrarlanmayacağına əminsinizmi?
- "Eurovision" müsabiqəsinin özəlliklərindən biri də bu işə təcrübəli "Production" şirkətlərinin cəlb edilməsidir. Amma onu da nəzərə almaq lazımdır ki, "Eurovision" canlı yayımlanan böyük bir tədbirdir və belə tədbirlər hansısa qüsurlardan tam sığortalanmayıb. İldən-ilə bu məsələdə təcrübə toplanır, peşəkarlar bu səhvlərdən öyrənirlər. Ona görə belə problemlərin yenidən baş verəcəyini düşünmürəm.
- "Eurovision-2012"nin loqo və devizi xoşunuza gəldimi?
- Məncə, çox gözəldir. Xüsusən od rəmzi, "Light your fire" ("Öz alovunu yandır!") devizi çox xoşuma gəlir. Eyni zamanda quruluşu çox gözəldir, hər müstəvidə istifadəsi asandır. Onu televiziyada, internetdə, reklamlarda asanlıqla istifadə etmək olar.
Açığı, mən hesab edirəm ki, bu bizim müsabiqələrdə indiyəcən olan ən yaxşı loqo və devizdir. Çünki bu loqo, alov rəmzi həm Azərbaycan tarixi və ənənələrini gözəl ifadə edir, həm də "Eurovision" müsabiqəsinin ruhunu. Çünki "Eurovision" bir musiqi bayramıdır, bayramlarsa həmişə böyük enerji və emosiyalarda ifadə olunur.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

Hansı hallarda hakim mülki işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər?

Ruslan HƏSƏNLİ,
Sumqayıt şəhəri.


- Mülki Prosessual Məcəllənin 19-cu maddəsinə əsasən, hakimin mülki işə baxılmasına aşağıdakı hallarda yol verilmir:
o O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə;
o O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə;
o O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apelyasiya və kasasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə.
Aşağıdakı hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər:
o O, əvvəllər tərəflərdən birinin nümayəndəsi təyin edilmişsə və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə;
o O, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin birbaşa qohumudursa və qohumu olmuşsa, ya da qohumluq əlaqəsindədirsə;
o O, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa.
Bir-biri ilə qohumluq əlaqəsində olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.