Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

NAZİRLƏR KABİNETİNİN QƏRARI POZULUR

23.06.07 - 9:01729 baxılıb

Bağ və bostan məhsulları da xüsusi nəzarət tələb edir. Onlar da alıcılara təqdim edilərkən tərkibində nitrat və yodun nə qədər olması müəyyənləşdirilməlidir. Lakin bu gün həmin məhsullar barədə də məlumat almaq istehlakçı üçün problemə çevrilib.
Bazara çıxarılan əksər məhsullar yoxlanılmadığından gigiyenik sertifikatı və rekviziti olmur. Halbuki Nazirlər Kabinetinin də bu barədə müvafiq qərarı var ki, mənşəyi bəlli olmayan məhsulların bazara gətirilməsi qadağandır.
Bazarlarda daha bir antisanitariya yaradan məhsul pendirlərdir. Bu məhsulun da satışında neqativ hallar kifayət qədərdir. Bazarlarda pas atan dəmir çəlləklərdə və ya açıq şəkildə karton qutuların üzərində qablaşdırılmamış qaydada alıcılara təqdim edilir. İsmayıllı, Şamaxı, Novxanı pendiri adı altında satılan pendirlərin əslində haradan və necə gətirildiyi məlum deyil.
Artıq Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 200-dən artıq ticarət şəbəkəsində reyd aparılaraq inzibati cərimələr tətbiq edilib. Amma bu halların tamamilə qarşısını almaq mümkün olmayıb. Mərkəzin keçirdiyi reydlər zamanı bazarda qanun pozuntusuna yol verən satıcıların da cəzalandırılmasında problemlər yaranır. Çünki həmin satıcılar bazara təsadüfən gələnlərdir. Onlara qarşı inzibati cəza təbirləri həyata keçirmək istədikdə satıcılar "qeybə çəkilirlər". Həmin satıcıları tapmaq isə bəzən bazar rəhbərliyinin də imkanları xaricində olur.
Qanun pozuntusuna yol verənlərə qarşı tətbiq edilən cərimənin məbləğinə gəlincə, hazırda fiziki şəxslər 22 manata qədər, vəzifəli şəxslər isə 22 manatdan 65-67 manata kimi cərimə ödəməli olurlar. Lakin təcrübə göstərir ki,cərimə metodları ilə yaşanan problemin qarşısını almaq mümkün olmur.
İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamentindən aldığımız məlumata görə, aparılan yoxlamalar zamanı aşkar edilən yararsız ərzaq məhsulları satışdan çıxarılır.
Həmin məhsullar sırasında istehsalçısı və mənşəyi məlum olmayanları daha çoxdur. Son monitorinq zamanı 41 halda belə məhsul, 34 halda istifadə müddəti bitmiş, 10 halda isə üzərində istehsal tarixi qeyd edilməmiş ərzaq məhsullarının təklif olunduğu müəyyənləşdirilib.
Antiinhisar Siyasəti Departamenti bu cür monitorinqləri mütəmadi olaraq həyata keçirməyi planlaşdırır. Amma bu tədbirlərlə yanaşı, gərək satıcılar da insanların taleyini düşünə. Öz şəxsi mənafeyi üçün başqalarının həyatını təhlükəyə atmaya.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.