Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

DƏRSLİKLƏRİN KEYFİYYƏTİ AŞAĞIDIR

23.06.07 - 9:04604 baxılıb

TƏHSİL NAZİRLİYİ İSƏ PROBLEMİN TƏDRİCƏN ARADAN QALDIRILACAĞINI BİLDİRİR

Artıq bir tədris ili də arxada qaldı. Son illər respublikanın ümumtəhsil məktəblərinin pulsuz dərsliklərlə təmin edilməsi istiqamətində xeyli iş görülsə də, dərsliklərin keyfiyyəti ilə bağlı problem hələ də qalmaqdadır. Hər birimiz şahidiyik ki, şagird yenicə çap edilən dərslikdən maksimum bir həftə istifadə edir.
Bundan sonra isə kitab bir neçə hissəyə parçalanmış halda olur. Halbuki sovetlər dönəmində 1 dərslikdən ən azı 5-6 il istifadə edilirdi. Onlar nə qədər işlənsə də, keyfiyyətli hazırlanması səbəbindən oxumaq üçün yararlı olurdu. Qeyd edək ki, Təhsil Nazirliyi bu il 156 adda 52 milyon nüsxəyə qədər yeni dərsliyin çap edilməsini planlaşdırır. Məsələyə münasibət bildirən Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı orta məktəb dərsliklərinin keyfiyyətli nəşri üçün hazırda 12 nəşriyyat şirkəti ilə iş görüldüyünü qeyd edir: "Biz onlar arasında tender elan edirik və qaliblərlə işləyirik. Elə olur ki, onlardan bəziləri müqaviləni pozaraq dərslikləri keyfiyyətsiz nəşr edir. Bu səbəbdən də nazir Misir Mərdanov dərsliklərin keyfiyyətli nəşrinə nəzarət olunması üçün ciddi tapşırıq verib".
Hazırda dərsliklərin nazik üzlüklü üz qabığı ilə çap olunduğunu deyən şöbə müdiri bildirdi ki, onların dəyişilməsi dörd il müddətinə nəzərdə tutulur: "Burada başlıca problem maliyyə ilə bağlı məsələlərdir. Bir neçə ildir orta məktəb dərslikləri pulsuz olaraq şagirdlərə paylanır. Onların nəşri yalnız büdcədən maliyyələşdirilir. Adi məsələdir ki, böyük tirajı olan bu dərsliklərin hamısını yüksək keyfiyyətlə və qalın cildlə nəşr etmək, onu bərk saplarla tikmək və yapışdırmaq külli miqdarda vəsait tələb edir. Kitab çapı üçün ağlığı 90 faiz, xüsusi çəkisi 70 qram olan ofset kağızı istifadə edilir. Bu kağız kifayət qədər bahalıdır. Üz qabığı isə xüsusi çəkisi 250 qram olan təbaşirli kağızdan hazırlanır. Bir neçə ildir üz qabığına əlavə olaraq xüsusi laminasiya örtüyü də çəkilir".
Təhsil Nazirliyi bu problemin aradan qaldırılması üçün ciddi tədbirlər həyata keçirdiyini bildirir. Əgər verilən vədlər özünü doğrultsa, şagirdlər yaxın illərdə keyfiyyətli dərsliklərdən istifadə edə biləcəklər.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.