Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

DÜNYA GƏNCLƏRİNİN BERLİN GÖRÜŞÜ

23.06.07 - 9:05657 baxılıb

Bu günlərdə Almaniyanın paytaxtı Berlin şəhərində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Gənclər Komitəsinin təşkil etdiyi "Layiqli əmək üçün gənclərin fəaliyyəti" mövzusunda konfrans keçirilmişdir.
Bu tədbirdə 60-a yaxın ölkənin həmkarlar ittifaqları konfederasiyasının gənclər komitəsinin sədrləri iştirak edirdi. Almaniyanın İnkişaf və Əməkdaşlıq Məsələləri üzrə naziri Xaydemari Viskorek-Zoylun, Avropa parlamentinin üzvü - Ümumdünya İnkişaf Forumunun sədri Yozep Borrelin və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Qay Rayderin "Gənclərin məşğulluğu, qloballaşma prosesində gənclərin yeri, onların əmək fəaliyyəti məsələləri" barədə məruzələri dinlənildi.
Şimal və Cənub dövlətlərinin həmkarlar ittifaqları komitələrinin gənclər şuralarının gənc fəalları və ekspertlərinin "Əmək bazarında, qeyri-formal iqtisadiyyatda gənclərin əmək fəaliyyəti" mövzusu ətrafında çıxışları müzakirəyə çıxarıldı. Konfransda nəzərə çarpan anlardan biri də Almaniyanın Xarici İşlər naziri Frank-Valter Ştaynmayerin və Sosial Məsələlər üzrə naziri Frans Münteferinqin çıxışları və "Böyük səkkizliy"ə ünvanlanan təkliflərin təhlili oldu.
Balkan ölkələri, Şimali Afrika, Cənubi Amerika, Şimali İrlandiya kimi dövlətlərlə yanaşı, MDB dövlətlərindən Azərbaycan, Gürcüstan, Belarus, Ukrayna azad və Rusiya gənclər komitələrinin nümayəndələri konfransda müasir gənclərin həmkarlar ittifaqlarında yeri və fəaliyyəti ilə bağlı baxışlarını açıqladılar. Mən respublikamızda gənclərin həmkarlar ittifaqı sıralarına qatılması, yeni iş yerlərinin açılması və gənc mütəxəssislərin işlə təmin edilməsi, eyni zamanda torpaqlarımızın 20 faizinin erməni qəsbkarları tərəfindən işğala məruz qalması və minlərlə gəncin əlil olması, itkin, əsir düşməsi və s. barədə danışdım.
Gənclərin iş yerlərində təhlükəsizliyi, əmək bazarında onların imkanlarının qeyri-bərabər təyini, uşaq əməyinin istismarının genişlənməsi, müxtəlif səviyyəli təhsilin əldə edilməsinin məhdudluğu, layiqli əməklə yetərincə təmin edilməməsi kimi məsələlər çıxışlarda prioritet təşkil edirdi.
Onu da qeyd etmək istərdim ki, gənclərin Berlin konfransının Böyük səkkiziliyin Almanıyanın Xaylinqendam şəhərində keçirilən sammiti ərəfəsində baş tutması təsadüfi deyildi. Konfransda biz gənclər tərəfindən müzakirə edilən bütün tələblər Almaniyanın Sosial Məsələlər və Əmək nazirinin müavininə təqdim olundu. O isə irəli sürdüyümüz 10 tələbin dəqiq və konkret olduğunu etiraf etdi. Böyük səkkiziliyin növbəti sammitində tələblərin səslənməsinə və müzakirəyə çıxarılmasına çalışacağına söz verdi.
Böyük səkkizliyin qarşısında irəli sürdüyümüz tələbləri oxucularımızın diqqətinə çatdırırıq:
"Biz, demokratik, vətəndaş cəmiyyəti təşkilatlarının, həmkarlar ittifaqlarının gəncləri Berlin şəhərində keçirilən konfransda bütün gənclər üçün zəruri tələblərin müzakirəsini edirik. Müasir gənclər bir sıra səbəblərə görə layiqincə işləmək imkanından təcriddirlər. Gənclər üçün iş yerləri kifayət qədər deyil. İş yerlərində təhlükəsizlikləri zəif qorunur və təhsil əldə etməkdə çətinlik çəkirlər. Uşaq əməyi istismara məruz qalır. Kasıblıq həddi artır. Əmək bazarında imkanlar gənclərin ziyanına qeyri- bərabərdir. Böyük səkkizlik dövlətlərinin liderləri öz dövlətləri ilə yanaşı, beynəlxalq aləmdə bu problemlərin həllinə təsir göstərməlidirlər. Böyük səkkizlik dövlətlərinin liderlərini aşağıdakı məsələlərin həllində iştirak etməyə çağırırıq:
1.Gənclərin xüsusilə layiqli əməklə (bu termin Beynəlxalq Əmək Təşkilatının anlayışı olub, zəhmətkeşlərin sosial müdafiə və sosial dialoqda hüquqlarının qorunması və iş yerlərinin açılması kimi istifadə edilir) təmin olunmasında, sosial-iqtisadi siyasətdə, həmçinin inkişaf siyasətində prioritetliyini təmin etmək. Ölkələrdə yalnız iqtisadi artım kifayət deyildir. İqtisadi artım kasıbların vəziyyətinə təsir etməli, onları stabil işlə təmin etməlidir. İqtisadi artım işsizliyə təsir edərək iş qüvvəsinə tələbi artırır, iqtisadi sistemlər arasında əlaqənin möhkəmlənməsində zəruri addım hesab edilir. Gənc işçilərə olan tələbin yüksəlməsinə yönələn maddi stimullaşma və məqsədyönlü tədbirlər, digər əhali təbəqəsinin iş yerlərinin keyfiyyətinə və kəmiyyətinə təsir etməlidir. Bütün dünya dövlətləri işsizliklə mübarizə, gənclərin layiqli iş şəraiti ilə təmin edilməsi istiqamətində milli sosial, iqtisadi tədbirlər hazırlamalı, beynəlxalq və yerli səviyyədə gənclər arasında işsizliyə son qoyulması üçün bütün güclərini birləşdirməlidir.
2.Gənclərin işsiz və işləyən təbəqəsində layiqli əmək üçün mübarizədə bütün ticarət strategiyalarından istifadəni təmin etmək. Ticarət danışıqlarında layiqli əmək prioritet olmalıdır.
3.Beynəlxalq maliyyə institutlarının əmək bazarında qeyri-tənzimlənmə yaradan borc hallarından imtinası zəruridir. Beynəlxalq maliyyə institutlarının tövsiyələri (əsasən Dünya Bankı) əmək siyasətində əsas rol oynayan iki səviyyəli əmək bazarının yaranmasına, gənclərin aşağı səviyyəni əldə etməsinə gətirib çıxarır. Dövlətlərin kifayət dərəcədə iradə göstərməsi hüququ, şəxsi inkişaf prioritetlərinin əldə edilməsi üçün zəruridir.
4.İnkişaf etmiş və inkişaf etməkdə olan xalqlar arasında qlobal həmrəyliyin inkişafını təmin etmək. Böyük səkkizliyin ötən sammitində göstərilən borcları ləğv etmək və kömək həcminin yüksəlməsini təmin etmək. Layiqli əmək kasıblığın azaldılması strategiyasının prioritetinə daxil edilməlidir. Böyük səkkizlik ölkələri inkişaf etməkdə olan ölkələrə köməyin həcmini artırmalı, gənclərə layiqli iş yerlərinin açılmasına istiqamətlənən proqramlar işləyib hazırlamalıdır.
5.Beynəlxalq əmək normalarına əsaslanan əmək hüququnun tətbiqini təmin etmək, xüsusilə kollektiv müqavilələrdə bütün gənc işçilərin əmək hüququnu müdafiə etməklə əmək bazarının səmərəli idarəedilməsinə çalışmaq.
6.Uşaq əməyinin istifadəsinin bütün formada tətbiqini bütünlüklə ləğv etmək və pulsuz, keyfiyyətli dövlət, ibtidai, orta, ali təhsili təmin etmək, həmçinin gənclərin ixtisas və ixtisasartırma təhsili üçün investisiyaların qoyulması, işə qəbulda qadınların diskriminasiyasına xüsusi fikir vermək lazımdır. Təhsilin əsasında bilik, riyazi, texniki qabiliyyətlər, həmçinin əsas peşə qabiliyyətləri durmalıdır.
7.Gənclərə ixtisasları üzrə işə qəbul və məsləhət şöbələri xidməti yaradılmalıdır. Əmək bazarı haqqında məlumat xidmətləri əmək bazarına yeni daxil olan tələbə və gənc işsiz mütəxəssislərə öz təhsillərinə uyğun qərar qəbul etmək imkanı yaratmalıdır.
8.İşə qəbul strategiyasında qərar qəbul edilərkən gender siyasətinin tətbiqini təmin etmək.
9.Yerli işçilərlə bərabər hüquqi mövqeyindən asılı olmayaraq, əmək miqrantlarına dövlət səviyyəsində eyni hüququn verilməsini təmin etmək. Miqrasiyanın idarə edilməsi hüquqi yanaşmaya əsaslanmalı, Beynəlxalq Əmək Təşkilatının sənədlərinə uyğun olmalıdır. Bundan başqa, irqinə, dini baxışına, milliyyətinə, cinsinə, əlilliyinə yönələn diskriminasiyanın aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi zəruridir. Yerli əhalinin işə qəbulunda onun hüquqlarının müdafiəsi əsasdır. Onlara qarşı diskriminasiya qurtarmalıdır.
10.İşçilərin (o cümlədən gənclərin) qeyri-formal sektordan rəsmi əmək sektoruna keçirilməsi üçün cəhdlər zəruridir. Bundan başqa, Böyük səkkizlik dövlətləri inkişaf etməkdə olan ölkələrin qeyri-formal iqtisadiyyata inteqrasiyasını dəstəkləməlidir. Kasıblığın aradan qaldırılmasında hüquqi təchizat səviyyəsini təmin etmək lazımdır.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.