Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

RUSİYA AZƏRBAYCAN SAHİBKARLARINA SƏRHƏDDƏ PROBLEM YARADIR

30.06.07 - 9:01651 baxılıb

ƏLƏKBƏR MƏMMƏDOV: “MOSKVADA AZƏRBAYCANIN TİCARƏT NÜMAYƏNDƏLİYİ YARADILMALIDIR”

Rusiya Azərbaycanda kənd təsərrüfatı texnikasının yığılması üçün zavod tikməyi planlaşdırır. Hazırda bu layihə ilə əlaqədar hər iki ölkənin hökumət nümayəndələri məsləhətləşmələr aparırlar. Zavodun tikintisini Rusiya Federasiyasının Tatarıstan Respublikasındakı şirkətlərdən biri həyata keçirəcək. Tatarıstanın Azərbaycandakı daimi nümayəndəsinin birinci müavini İlham Şamilov bildirib ki, bundan əlavə Azərbaycanda mineral gübrə istehsal edən zavodun tikintisi də nəzərdə tutulur. Müəssisənin tikintisi regionların birində baş tutacaq.
Rusiya-Azərbaycan İşgüzar Əməkdaşlıq Palatasının rəhbəri İntiqam Hüseynov bildirib ki, dövlətlər arasında ticarət dövriyyəsinin artmasına mane olan amillər çox azdır, lakin münasibətlərin hazırkı səviyyəsi tərəflərin mövcud potensialına uyğun deyil. Buna görə də hər iki ölkə bu potensialdan səmərəli istifadə etməlidir. İ.Hüseynov iqtisadi sahədə əlaqələri dərinləşdirmək üçün hökumətlərarası komissiyalar arasında imzalanmış sənədlərin əhəmiyyətinə toxunub. Buna baxmayaraq, hər iki ölkənin biznes qurumları faydalı əməkdaşlıq üçün səyləri artırmalıdır. Palata sədri Rusiya ilə Azərbaycan arasında sərmayə qoyuluşlarının artırılması üçün investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişin imzalanmasının vacibliyini də bildirib.
Moskvada və Bakıda iri biznes layihələrinin gerçəkləşdirilməsinə ehtiyac var. Hökumətlərarası komissiya çərçivəsində 2010-cu ilədək uzunmüddətli iqtisadi əməkdaşlıq proqramlarının həyata keçirilməsi üçün təkliflər üzərində iş gedir.
Moskvada Azərbaycanın kənd təsərrüfatı məhsullarının topdansatış mərkəzlərinin, eləcə də ticarət məntəqələrinin yaradılması qərara alınıb. Bundan əlavə, hər iki sərhədyanı əməkdaşlığın möhkəmləndirilməsi üçün normativ-hüquqi bazanın yaradlıması sahəsində işçi qrup yaradılıb. Rusiya-Azərbaycan İşgüzar Əməkdaşlıq Palatasının rəhbəri İntiqam Hüseynov isə sərhəd-keçid məntəqələrində müəyyən problemlərin olduğunu xatırladaraq məsələ ilə əlaqədar hökumətə təkliflər təqdim olunduğunu söyləyib. Bu problemə daha çox iş adamlarının apardıqları malların yoxlanılması zamanı təsadüf olunur.
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbəri Ələkbər Məmmədov isə hesab edir ki, Rusiya ilə respublikamız arasında iqtisadi münasibətlər yüksək səviyyədə olsa da, turizm, nəqliyyat və istehsal bölmələrində problemlər hələ də qalmaqdadır. Ə.Məmmədov bunun üçün tərəflər arasında həmin sahələr üzrə məşğul olan işçi qrupunun yaradılmasını məsləhət bilir. Bundan əlavə, Rusiyada Azərbaycanın ticarət nümayəndəliyinin yaradılması da məqsədəuyğun sayılır.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.