Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
SON VAXTLAR İSƏ AYAQÜSTÜ QİDALANMAYA ÜSTÜNLÜK VERƏNLƏR ARTIR
"Fast - fud" ifadəsi ölkəmizdə uşaqdan tutmuş böyüyə qədər artıq hamıya tanışdır. Bu sahədə də Avropa ölkələrinin ənənələrinə sahib olmaq niyyətindəyik. Artıq ayaqüstü qidalanmaq xarici ölkələrdə olduğu kimi bizdə də dəbə minir. "Tezbazar yemək" anlamını verən "fast-fud"lar - dönər, şaurma, hot - doq, qamburqer, çizburqer obyektləri yağışdan sonra artan göbələklər kimi paytaxtın müxtəlif yerlərinə yayılıb. Amma getdikcə "fast - fud"lar insanların sağlamlığına mənfi təsir göstərən ciddi amilə çevrilir. Belə ki, qida tələbatını ödəmək üçün ayaqüstü yeyilən həmin yeməklərin insan orqanizminə hansı bəlalar gətirəcəyini anlamaq elə də çətin deyil. Açıq odda cəmi 5 - 10 dəqiqəyə bişirilən, yanma zamanı ayrılan toksik maddələr ətinə hopan dönərlər, buz kimi sərinləşdirici içkilərin qəbulu ilə müşayiət edilən qamburqerlər sağlamlığımızın əsası olan mədə - bağırsaq sistemini sarsıdır və onların fəaliyyətinin pozulması ilə nəticələnir. Əvvəllər daha çox yaşlı nəsildə müşahidə edilən qastrit, xoralar indi nəzərəçarpacaq dərəcədə cavanlaşıb və azyaşlılar arasında da problemə çevrilib. Hər bir ət məhsulu ən azı 20-25 dəqiqə bişirilməlidir. Yalnız bu halda ətdə olan mikrob və hər hansı bir xəstəlik törədicisi məhv ola bilər. "Fast - fud" lar isə bir neçə dəqiqə közə verilməklə müştərilərə təklif edilir. Araşdırmalar göstərir ki, düzgün qidalanmamaq piylənmə ilə də nəticələnir. Yarıbişmiş yeməklər yalnız mədə - bağırsaq xəstəliklərinə deyil, eləcə də artrit, ürək - damar xəstəlikləri, xroniki yorğunluq, qanda xolesterolun artması və bu kimi digər təhlükəli xəstəliklərin yaranmasına səbəb ola bilər. Ümumdünya Səhiyyə Təşkilatının apardığı araşdırmalar zamanı məlum olub ki, dünyada insanlar arasında ən çox sevilən 3 ərzaq - ağ çörək, kofe və hot - doqlar olub. "Tezbazar yemək" lərin insan orqanizmi üçün təhlükəli olmasına baxmayaraq, ölkəmizdə fəaliyyət göstərən "McDonalds", "Portafino", "Çudo Peçka" və bu kimi müştərilərə ayaqüstü xidmət göstərən obyektlərin sayı ötən illərlə müqayisədə xeyli artıb. Müştərilərdən bəziləri ayaqüstü yeməklərin orqanizmləri üçün təhlükə törətdiyindən xəbərdar olsalar da, digərləri bu formada qidalanmanın həyatlarını asanlaşdırması və ciblərinə uyğun gəlməsi ilə izah edirlər. Çünki ayaqüstü qidalanma hər hansı restorandakı günorta yeməyindən dəfələrlə ucuz başa gəlir. Daha çox gənclərin sevimli məkanı olan "Çudo Peçka"da bir stəkanı 20 qəpik olan sərinləşdirici içkilər restoranlarda ən ucuzu 50 qəpiyə təklif edilir. Gənclərin əksəriyyəti ayaqüstü qidalanma "xəstəliyinə" tələbəlik illərində yoluxur. Bir qrup insanlar isə hər şeydə olduğu kimi, qidalanmada da zövq məsələsini önəmli sayır. Bu səbəbdən də adları cəlbedici olan bəzi xidmət obyektlərində ayaqüstü yeməyə üstünlük verir.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.