Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

DAŞINMAZ ƏMLAK BAZARINDA AKTİVLİK AŞAĞI DÜŞÜB

07.07.07 - 9:01822 baxılıb

İLİN SONUNDA MƏNZİLLƏRİN QİYMƏTİNİN NİSBƏTƏN UCUZLAŞMASI GÖZLƏNİLİR

İlin əvvəlindən etibarən qiymətlərin artımı əhalinin alıcılıq qabiliyyətinə təsirsiz ötüşməyib. Ərzaq və qeyri-ərzaq mallarının bahalaşması səbəbəbindən əhalinin gəlirlərinin böyük bir hissəsi gündəlik tələbatın ödənilməsinə xərclənir. Bunun nəticəsində son aylar daşınmaz əmlak bazarında da aktivlik azalıb. Bu mənada ilin sonunadək paytaxtda evlərin qiymətinin ucuzlaşacağı proqnozlaşdırılır.
Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin sədri Nüsrət İbrahimovun qənaətinə görə, hazırda daşınmaz əmlak bazarında aktivlik bir qədər aşağı düşüb: "İyun ayı üçün daşınmaz əmlak bazarının monitorinqi artıq başa çatıb. Hazırda monitorinqin nəticələrini öyrənirik. Yəqin ki, yaxın günlərdə ictimaiyyətə açıqlanacaq. Lakin ümumilikdə cari ilin əvvəlindən daşınmaz əmlak bazarında aktivlik aşağı düşüb. Buna təsir edən amillər sırasında ilin əvvəlindən qiymət artımları da mühüm yer tutur. Düzdür, ipoteka kreditlərinin verilməsi nəticəsində daşınmaz əmlak alanlar var idi. İyun ayından isə ipoteka kreditlərinin verilməsində yaranan fasilə əhalinin mənzil almasına birbaşa təsir edəcək. Bu baxımdan daşınmaz əmlak bazarında aktivliyin iki dəfəyədək azalacağı proqnozlaşdırılır".
N.İbrahimovun fikrincə, bazarda aktivliyin azalmasının digər səbəbi isə mövsümlə bağlıdır: "Adətən iyun, iyul, avqust aylarında bazarda alıcı kontingenti azalır. Bazarda aktivliyin azalması nəticəsində təkrar mənzil bazarında qiymətlər bir qədər səngiyir. Yaxın 2 ay ərzində də köhnə tikililərdə mənzillərin ucuzlaşması mümkündür".
N.İbrahimov ilin sonunadək paytaxtda mənzillərin qiymətində ciddi ucuzlaşma olmayacağını bildirdi: "Hazırda müşahidə edilən qiymət enməsinə təsir edən əsas amil mövsümlə bağlıdır. Ancaq payız aylarında qiymətlərin tədricən yenidən bahalaşacağı gözlənilir.
Qış aylarına doğru daşınmaz əmlak bazarında aktivlik tədricən artacaq. Ancaq əvvəlki illərlə müqayisədə bu ilin sonunda bazarda aktivlik zəif olacaq. Bu da təbii ki, ciddi qiymət artımı ilə müşahidə olunmayacaq. Daşınmaz əmlak bazarında qiymətlər ucuzlaşmasa da, nisbətən sabit olacaq".

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.