Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 23-də
…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar. …və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər. …, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər. …Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.
yanvarın 24-də
…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.
yanvarın 25-də
…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir. …Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.
yanvarın 26-da
…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.
yanvarın 27-də
…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.
BUNUN BİR SƏBƏBİ DƏ SIĞORTA ŞİRKƏTLƏRİNƏ İNAMIN OLMAMASI İLƏ BAĞLIDIR
Azərbaycanda sığorta bazarı hələ də kifayət qədər inkişaf etməyib. Bu gün də əhalinin bəzi könüllü sığorta növlərinə olan marağı olduqca aşağı səviyyədədir. Əhali arasında sığorta şirkətlərinə inam az olduğuna görə, əksəriyyət sığorta olunmaq istəmir. Maliyyə Nazirliyindən verilən məlumata görə, cari ilin ötən əvvəlindən 34 sığorta növü üzrə cəmi 36 milyon 792 min 44 manat sığorta haqları toplanıb.
Eyni zamanda 6 milyon 814 min 55 manat sığorta ödənişi həyata keçirilib. Bu vəsaitlərin həcmində, ötən ilin müvafiq dövrü ilə müqayisədə, qismən artım müşahidə edilib. Bu da əsasən Dövlət Sosial Müdafiə Fondu tərəfindən hüquqi və fiziki şəxslərin məcburi sığortalanmaya cəlb edilməsi yolu ilə mümkün olub. Həyat sığortası üzrə müəyyən qədər sığortaya cəlb edilənlər olsa da, anuitet, əmək qabiliyyəti və kəskin xəstəliklər üzrə sığorta ödənişləri, ümumiyyətlə, yerinə yetirilməyib. Qeyri-həyat sığorta növləri üzrə də vətəndaşların prosesə cəlb olunması çox aşağı səviyyədədir. Araşdırmalar göstərir ki, ölkə vətəndaşlarının sığortalanmağa maraq göstərməməsi sığorta şirkətlərinə olan etibarın olmaması ilə bağlıdır. Sirr deyil ki, əksər şirkətlər tərəfindən müxtəlif xidmətlər üzrə vətəndaşdan alınan sığorta haqlarının sonrakı taleyi müəmmalı olaraq qalır. Belə ki, hazırda sığortanın ən çox yayılmış forması minik vasitələrinin sığortalanmasıdır. Lakin hər hansı qəza baş verdikdə əksər vaxtlarda sığorta şirkəti vətəndaşa dəymiş ziyana görə ödəniş etmir. Yüzlərlə bəhanə gətirilir. Dəfələrlə bu formada neqativ halları görən sadə vətəndaş isə əmlakını, həyatını sığortalamaq istəmir. Bəzi sığorta şirkətləri tərəfindən qeyd olunan hallara yol verilməsini istisna etməyən Maliyyə Nazirliyi onlara qarşı ciddi tədbirlər görüldüyünü bildirir. Nazirlikdən bildirilir ki, vətəndaşların şikayəti əsasında aparılan yoxlamalar zamanı çox vaxt şirkətin yox, qarşı tərəfin haqsız olduğu məlum olur. Belə ki, tərəflər arasında ikitərəfli müqavilə imzalanır. Sənəddə vətəndaşın və sığorta şirkətinin hüquq və vəzifələri təsbit olunur. Yəni hansı halda şirkətin ödəmə həyata keçirməsini bilməmək problemin bu qədər böyüməsinə gətirib çıxarır. Müstəqil ekspertlər isə problemin səbəbini sadə vətəndaşda deyil, daha çox bu sahəyə cavabdeh qurumların fəaliyyətində axtarmağı məqsədəuyğun sayırlar. Millət vəkili Əli Məsimlinin qənaətinə görə, ilk növbədə hökumət bu sahədə sistemli işlər görməlidir: "Onun reallaşma prinsiplərini ortaya qoymalıdır. Başqa sözlə, Azərbaycanın indiki dövrünün xüsusiyyətlərini nəzərə alaraq, konkret prinsiplər müəyyənləşdirilməlidir. Məhz bu prinsiplər əsasında sığortanın tibbi və ya başqa formaları yerinə yetirilməlidir. Nə qədər bu prinsiplər ortaya qoyulmayıb, mükəmməl sığortalanma sistemindən danışmaq yanlışlıq olar. Hazırda bu sahənin tənzimləndiyi qanunvericilikdə də müəyyən boşluqlar var. Bu məsələlərin əksəriyyəti sovet dövründən qalma qanunlar əsasında tənzimlənir. Maliyyə Nazirliyinin sığorta fəaliyyəti barədə hazırladığı qanuna əlavə və dəyişikliklər paketi hələ də qəbul edilməyib. Hesab edirəm ki, beynəlxalq təcrübədən yararlanmaqla, yerli şəraitə uyğun mükəmməl qanunvericilik bazası yaratmaq mümkündür. Lakin yenə qeyd edirəm ki, gözəl qanun qəbul etmək olar. O, icra olunmursa, gözəllikdən danışmaq yersizdir. Hər bir qanun qəbul edilməmişdən əvvəl onun icrası nəzərə alınmalıdır". Bu gün mövcud qanunvericilikdə ölkədə bəzi tibbi xidmətlərin pulsuz göstərilməsi təsbit edilsə də, hər yerdə buna riayət olunmur. Bir çox hallarda hətta güzəştli kateqoriyalara mənsub olan insanlara pulsuz yardım edilmir. Belə mənfi tendensiyaların aradan qaldırılması, həmçinin ölkədə tibbi və digər sığorta növlərinin inkişafı üçün əməli tədbirlər görülməsinə ehtiyac var. Digər tərəfdən, vətəndaş ödədiyi sığorta haqqına görə ona dəyən zərərin ödəniləcəyinə əmin olmalıdır. Sığorta şirkətləri isə vətəndaşlar arasında özlərinə inam qazanmalıdır.
1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?
İbrahimxəlil QURBANOV, Naftalan şəhəri.
- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.