Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

ŞAGIRDLƏRIN MƏKTƏBƏ MOBIL TELEFON GƏTIRMƏSINƏ QADAĞA QOYULACAQ

14.07.07 - 9:00593 baxılıb

MOBIL TELEFONDAN ISTIFADƏNIN UŞAQLARDA BEYIN XƏRÇƏNGI YARATMASI TƏHLÜKƏSI ARTIQ TƏSDIQLƏNIR

Mobil telefonların insanlara zərəri barədə kifayət qədər danışılsa da, bu rabitə vasitəsindən istifadə edənlərin sayı ilbəil artmaqdadır. Xüsusilə də son dövrlərdə azyaşlı uşaqların mobil rabitəyə alüdəçiliyi xeyli artıb. Hətta bəzən valideynlər öz kiçikyaşlı övladlarına mobil telefon verməklə onları sakitləşdirməyə çalışır. Son vaxtlar məktəblilər arasında da mobil telefon istifadəçilərinin artması danılmaz faktdır. Hətta şagirdlər bir-birilə bilik uğrunda deyil, kimin ən son markadan olan mobil telefon əldə etməsi sahəsində yarışırlar. Mobil telefonların sağlamlığımıza vurduğu ziyanı bildiyimiz halda, bu təhlükədən qurtarmaq istəmirik.
Bizdən fərqli olaraq dünyada artıq bununla bağlı həyəcan təbili çalınır. Bir çox alimlər səkkiz yaşından kiçik uşaqların mobil telefonlardan istifadə etməməsini tövsiyə edir. Araşdırma nəticəsində alimlər belə qənaətə gəliblər ki, mobil telefondan istifadə uşaqlarda beyin xərçəngi təhlükəsi yarada bilər. Bir müddət öncə alimlərin bu kimi açıqlamaları mobil telefon istehsal edən müəssisələrdə səs-küyə səbəb oldu. Dörd yaşından səkkiz yaşına kimi uşaqlar üçün mobil telefon istehsal edən Böyük Britaniya kompaniyalarından biri fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı.
Məşhur professor Uilyam Stüart apardığı dörd tədqiqatın nəticəsi olaraq belə qənaətə gəlib ki, mobil telefonlardan isifadə edən insanlarda qulaq və beyində bəd xassəli şiş yaranması riski daha çoxdur. Almaniyada aparlıan tədqiqatların nəticəsi isə belədir ki, telefon stansiyaları yaxınlığında yaşayan insanlar xərcəng xəstəliyinə tutula bilər. Alimlərin qənaətincə, bu riskə gənc yaşında olan uşaqlar daha çox düçar olur. Bildirilir ki, dörd yaşından səkkiz yaşına qədər uşaqlar, ümumiyyətlə, mobil telefondan uzaq olmalıdırlar. Səkkiz yaşından on dörd yaşına kimi uşaqlar, artıq şəxsi həkimləri ilə məsləhətləşmələrdən sonra mobil telefon gəzdirməlidirlər. Bu səbəbdən də Böyük Britaniya Beynəlxalq Məktəb Direktorları Assosiasiyasının rəhbəri Devid Xart məktəbdə mobil telefondan istifadənin qadağan olunmasını tələb edib. Avropa Birliyi tərəfindən maliyyələşdirilən daha bir tədqiqatda da mobil telefonlardan şüalanmanın orqanizmə mənfi təsir göstərdiyi aşkara çıxıb. Akustik siqnallar akustik sinirdə yüngül xassəli şişin yaranmasına səbəb olur. Akustik sinir xərçəngi ildə 100 min insanda aşkar olunur və karlığa gətirib çıxarır. Belə şişlər başın telefon dəstəyi qoyulduğu yerdə əmələ gəlir.
Məsələyə münasibət bildirən Pediatriya İnstitutunun direktoru Nəsib Quliyevin qənaətinə görə, son zamanlar uşaqların mobil telefondan istifadə etmə hallarının çoxalması bu sahədə daha çox düşünməyi aktuallaşdırır: "Mobil telefonların hamısı elektormaqnit dalğalarıdır. Qəbələ Radiolakasiya stansiyası da həmin dalğalarla işləyir. Həmin dalğalarda şüalanma olmasa da, istilik effekti var. İnsan telefonu harda saxlayırsa, onun ətrafında olan toxumalarda hərarət yüksəlməyə başlayır, bununla da hüceyrə daxilindəki temperatur dəyişilir".
N.Quliyevin sözlərinə görə, mobil telefonlar həm də ionlaşdırıcı təsirə malikdir: "Ona görə də istər böyüklər, istər uşaqlar cib telefonunu çox yaxında saxlamamalıdır. Bu elə bir problemdir ki, həll etmək çox çətindir. Amma bu da həqiqətdir ki, mobil telefonlardan istifadə edən uşaqlarda əsəb gərginliyi yaranır. Toxumalarda istilik effekti olduğuna görə, maddələr mübadiləsinin pozulması halları baş verir. Ancaq üzərimizdə gedən bütün proseslərin hamısı biokimyəvi proseslərdir. Bu proseslər də bədənin daxili mühitinin sabitliyini tələb edir. Temperatur rejimi pozulursa, maddələr mübadiləsi də pozulur. Nəticə etibarilə orqanzimə zərər yetirir. Bu səbəbdən də mütləqdir ki, valideynlər heç olmasa övladlarını bu kimi risklərdən qorusunlar".
Mobil telefonları uşaqlardan uzaqlaşdırmaq üçün isə konkret addımlar atılmağın vaxtı çatıb. Qeyd edək ki, bir müddət öncə orta məktəblərdə şagirdlərin mobil telefonlar istifadə etmələrinə qadağa qoyulması məsələsi gündəmə gəlmişdi. Amma sonradan bununla bağlı hər hansı əməli addımların atıldığını görmədik. Mobil telefonların qadağan olunması təşəbbüsünü irəli sürən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı isə yeni dərs ilindən etibarən mobil telefonların məktəblərə gətirilməsinə qadağa qoyulacağını bildirir: "Biz bu məsələni qaldırıb və ictimai müzakirəyə təqdim etdik. Böyük əksəriyyət bizim mövqeyimizi dəstəklədi. Bunun böyük rezonansa səbəb olduğunu müşahidə etdik. Bir çoxları mobil telefonların təhsil prosesinə maneçilik törətdiyini bildirdi. Yeni tədris ilindən bu barədə konkret əməli addımlar atılacaq".

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.