Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

KÖNÜLLÜ ÖLMƏK HÜQUQU

14.07.07 - 9:05928 baxılıb

DÜNYADA HƏLƏ DƏ EFTONAZIYANIN TƏTBIQINƏ BIRMƏNALI MÜNASIBƏT YOXDUR

Bəzən insan yaşadığı həyat tərzindən bezərək özünə ölüm arzulayır. Uzun illər ağır xəstəlikdən əziyyət çəkənlər, ağır cinayətlərdə ittiham olunaraq ömürlük həbs cəzası alanlar könüllü şəkildə ölməyə razılıq verir. Elə bir çox ağır qətllərdə, adam oğurluqlarında ittiham edilərək ömürlük həbs cəzasına məhkum edilən Hacı Məmmədov da tez-tez yaşamaq istəməməsi barədə açıqlamalar verib. Lakin həmin insanların bu istəyini reallaşdırmaq çox vaxt mümkün olmur. Artıq xeyli vaxtdır eftonaziya dünyanın bir sıra ölkələrində mübahisə obyektinə çevrilsə də, bu günə kimi məsələ öz həllini tapmayıb. Eftonaziya - xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə və ya hərəkətlə tezləşdirmə, həyatının davam etməsinə kömək edən süni avadanlıqların fəaliyyətinin dayandırılmasıdır.
Qeyd edək ki, eftonaziya barədə 14 aprel 1994-cü ildə Hollandiya parlamentində səs çoxluğu ilə qanun qəbul edilib. Eftonaziya Hollandiya ilə yanaşı, ABŞ-ın Arequn ştatında, 1995-ci ildə Avstraliya qanunvericiliyində də öz əksini tapıb. Daha sonra Belçika və İsveçrədə də eftonaziya üsulu tətbiq edilməyə başlayıb. Lakin eftonaziyanın tətbiq edilməsi üçün mürəkkəb prosedurdan keçmək tələb edilir. Əgər xəstənin sağalması və müalicəsi qeyri - mümkündürsə və bu zaman pasiyent çox ağır əzab - əziyyət çəkirsə, belə olan hallarda eftonaziya tətbiq edilir. Lakin bu üsul həyata keçirilərkən pasiyentin şəxsi istəyinin olması önəmlidir. Məsələn, bəzi ölkələrdə həmin xəstənin asan yolla ölməsi üçün bariburun preparatından istifadə edilir. Bu, həmin xəstənin ani olaraq ölməsinə yardımçı olur. Bu zaman xəstə heç bir ağrı hiss etmir və əziyyət çəkmədən əbədi rahatlığa qovuşur. Bəzi ölkələrdə isə xəstənin ölümünü sürətləndirmək üçün həmin pasiyenti tənəffüs avadanlığından da kənarlaşdırmaqla həyatına son qoyurlar. Amma təbii ki, bu üsul tətbiq edilərkən pasiyentin yaxınlarının da razılığı olmalıdır. Onun müalicəsinin qeyri - mümkünlüyünü təsdiq edən bütün sənədlər toplanılmalıdır. Dünya praktikasında bunu qətl hadisəsi, kiminsə yaşantısına son qoymaq kimi deyil, xəstəyə şəfqət göstərilməsi kimi qiymətləndirirlər. Çünki xəstə çəkəcəyi uzunmüddətli əzablardan və ağrılardan eftonaziya üsulu ilə azad olur.
Eftonaziyanın çox qədim tarixi vardır. Roma-Yunan tarixinə nəzər salsaq, orada bu üsulun qədimdən tətbiq edildiyini görərik.


EFTONAZIYANIN TƏTBIQI BIRMƏNALI QARŞILANMIR

Lakin buna baxmayaraq, məsələ ilə bağlı dünya ölkələrində gedən mübahisələr hələ də səngimək bilmir. Bəzi ölkələrdə bu məsələyə artıq adi hal kimi baxılır. Digər dövlətlərdə isə bu, şəxsin həyatına qəsd kimi qələmə verilir. Tibbi baxımdan mahiyyəti açıqlanan eftonaziya üsuluna hüquqi aspektdən yanaşdıqda mübahisənin hələ uzun illər davam edəcəyi açıq - aydın özünü büruzə verir. Bəzi ekspertlər hesab edirlər ki, insanın həyatına Allahın iradəsi olmadan son qoymaq qeyri-məqbuldur. Lakin burada qaranlıq məqamlar az deyil. Bu qisim ekspertlərin qənaəti ilə razılaşmamaq olmur. Sirr deyil ki, heç də həkimlər həmişə diaqnozu düz qoymurlar. Dünya praktikasında bir həkimin ümidsiz adlandırdığı xəstənin sonradan digər həkim tərəfindən müalicə olunub həyata qaytarılması faktları kifayət qədərdir. Eftonaziyaya haqq qazandırmaq istəyənlər isə bu üsulu xəstəyə rəhmi gəlmək kimi izah etməyə çalışırlar. Lakin bəzi hallarda xəstələrin özləri də bu üsulun tətbiq edilməsini istəyirlər. Həkimlərdən bəziləri eftonaziya üsulu ilə həmin xəstənin əzablarına son qoymaqla yanaşı, özlərini də bu işgəncələrdən azad etmiş hesab edirlər.
Hüquqşünaslara görə isə bu üsulun tətbiqi müəyyən çirkin əməllərə şərait yaradır. Məsələn, artıq mirasa sahib olmaqdan ötrü övladlar valideynlərini "qanuni yolla öldürmək" imkanı qazanmış olurlar.
Hüquqşünaslar belə hesab edirlər ki, köməksiz, ölümcül vəziyyətdə olan xəstədən yazılı razılıq almaq asan bir prosedurdur. Burada bilə-bilə öldürməkdən söhbət gedir. Bütün hallarda buna yol verən şəxs cinayət məsuliyyətinə cəlb edilməlidir. ABŞ-da hətta belə bir hal aşkar edilib ki, bir həkim 50-dən artıq pasiyentə qarşı eftonaziya üsulu tətbiq edib. Sonda həmin həkim qanun qarşısında cavab verdi.
Bəzi ekspertlər isə hesab edirlər ki, hər bir şəxsin yaşamaq hüququ olduğu kimi, onun ölmək hüququ da vardır. Və o bu seçimində azad olmalıdır. Eftonaziya tərəfdarları hesab edirlər ki, hər bir şəxsin insan kimi yaşamaq imkanı yoxdursa, onun insan kimi ölümünə şərait yaratmaq lazımdır. Bu da təbii ki, onu süni yolla öldürməyə əsas verir.
Azərbaycan qanunvericiliyi də ölkəmizdə eftonaziya üsulunun tətbiqini qadağan edir. Eftonaziya üsulunu tətbiq edən şəxsin Cinayət Məcəlləsinin 135-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması nəzərdə tutulub. Xəstənin öz xahişi ilə onun ölümünü tezləşdirmək istəyən şəxs 3 ilə kimi azadlıqdan məhrum olunur, vəzifədən çıxarılaraq peşəsindən istifadəyə qadağa qoyulur. Bu üsul bütün hallarda Azərbaycan qanunvericiliyində qətl kimi qiymətləndirilir. Çünki həmin şəxsin müalicəsi daha humanist metod sayıla bilər, nəinki onun şəfqət adı altında həyatdan məhrum edilməsi.
Qeyd etdiyimiz kimi, ömürlük həbs cəzasına məhkum edilən şəxslər arasında bu üsulun tətbiq edilməsini istəyənlər az deyil. Çünki onlar ağrısız ölümü ömürlük dəmir barmaqlıqlar arasında qalmaqdan daha üstün tuturlar.
Lakin unutmaq lazım deyil ki, dünya praktikasında bu, yalnız xəstələrə şamil edilir.
Eftonaziyaya dinin münasibəti də birmənalı deyil. İslam dini insanı bütün bəşəriyyətin şahı hesab etdiyindən bir insanın digəri tərəfindən öldürülməsini qəbul etmir. Hətta bu, könül xoşluğu ilə olsa belə. Allah tərəfindən verilən can yalnız Allah tərəfindən alına bilər. Hətta buddizm də belə eftonaziyaya qarşıdır. İslamın mövqeyi isə onlarla müqayisədə daha sərtdir. İslam dininə görə, belə qərar verən insanın yeri əbədi cəhənnəmdir.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.