Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

ŞƏHƏRİN MƏRKƏZİNDƏKİ BAZARLAR KÖÇÜRÜLƏCƏK?

15.09.07 - 9:01746 baxılıb

BAZAR RƏHBƏRLİYİ MƏLUMATIN HƏQİQƏTƏ UYĞUN OLMADIĞINI BİLDİRİR

Son günlər mətbuatda yayılan məlumatlara görə, Bakının mərkəzində yerləşən bazarlardan bir neçəsi köçürüləcək. Həmin bazarlar sırasında ilkin olaraq Yaşıl bazar və Bolluq bazarının adı çəkilir. Məsələni dəqiqləşdirmək üçün hər iki bazara baş çəkərək bu məlumatları yerində dəqiqləşdirmək istədik.
İlk baş çəkdiyimiz ünvan Bakı Dəmir Yolu Vağzalının yaxınlığında yerləşən Yaşıl bazarda olduq. Səhər saatları olduğu üçün bazarda alış-veriş edənlərin sayı çox idi. Hətta bazarın kənarında da alver edənlərin sayı az deyildi. Bu həm yük arabalarının, həm də maşınların nizamsız hərəkəti ərazidə yolun bağlanmasına səbəb olmuşdu.
Qeyd edək ki, bazar iki tərəfdən yaşayış binaları ilə əhatə olunur. Bazarın köçürülməsi ilə bağlı məlumata ilk öncə bazarda alver edən şəxslərdən münasibət öyrəndik.
Tərəvəz satışı ilə məşğul olan Elnur Məmmədov bu məlumatdan xəbərsiz olduqlarını bildirdi: "Hələ ki, bizə bu barədə heç nə deməyiblər. Elə bir məsələ olsa, bizim də məlumatımız olardı. Burada nə qədər insan ailəsinə çörək pulu qazanır. Elə olsa, həmin adamların vəziyyəti necə olacaq. Bunu da nəzərə almaq lazımdır".
Bazarın içərisində olan dükanlardan birində çərəz satan İsmayıl Həsənov da bazarın köçürülməsi barədə məlumatsız olduğunu qeyd etdi: "Artıq 4 ildir burada işləyirik. Ailəmizi burada işləməklə dolandırırıq. Əgər bazar köçürülsə, burada işləyənlərin taleyi necə olacaq. Həm də ətraf ərazidə yaşayanların böyük əksəriyyəti buradan bazarlıq edir. Ərazi dəmir yoluna yaxın olduğu üçün rayonlardan kənd təsərrüfatı məhsullarının bazara gətirilməsi də asandır. Buna görə də, güman etmirəm ki, bazar üçün bundan daha sərfəli yer olsun".
Bazarda çalışan şəxslərdən heç biri bazarın sökülməsi barədə məlumatı eşitmədiklərini bildirdilər.
Bundan sonra məsələ ilə bağlı bazar müdiriyyətinin fikrini öyrəndik. Bazarın müdiri Adil Hacıyev belə bir məsələnin gündəmdə olmadığını bildirdi: "Bu barədə rəsmi qurumlardan heç bir məlumat almamışıq. Əgər bazarın sökülməsi məsələsi olsa, yəqin ki, bunu biz də eşidərdik. Əgər bu barədə rəsmi məlumat yoxdursa, demək həqiqətə uyğun deyil. Hazırda burada yüzlərlə insan işləyərək ailəsini dolandırır. Buna görə də inanmıram ki, bu bazar köçürülsün".
Bolluq bazarının köçürüləcəyi barədə məlumatı da orada işləyənlərdən heç kim təsdiqləmədi.
Məsələyə münasibət bildirən Bakı Şəhər İcra Hakimiyyəti mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova da Yaşıl bazar və Bolluq bazarının sökülməsi məsələsinin hələ ki, gündəmdə olmadığını qeyd etdi.
Xalid AZƏR.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.