Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

yanvarın 23-də

…Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlmişdir.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə görüşmüş və qarşılıqlı fikir mübadiləsi aparmışlar.
…və Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında təbii qazın alqı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə sazişin imzalanması mərasimində iştirak etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Soçidə, "Girand Polyana" mehmanxanasının "Qəbullar evi"ndə birgə görüşmüş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri müzakirə etmişlər.
…, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqların yekunlarına əsasən Birgə Bəyanat qəbul etmişlər.
…Rusiya Federasiyasına işgüzar səfərini başa vuraraq həmin gün axşam Bakıya qayıtmışdır.

yanvarın 24-də

…Kür çayının suyunun daşması nəticəsində baş vermiş hadisələrin təkrar olunmaması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıya gətirilmiş Niderland Krallığının "Damin" şirkətinin istehsal etdiyi "CSD-500" torpaqsoran qurğulara, Türkiyənin Tuzla şəhərində istehsal olunmuş yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirmişdir.

yanvarın 25-də

…Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə gəlmişdir.
…Davosda İsveçrə Konfederasiyasının Prezidenti xanım Eveline Vidner Şlümlə, İsrail Dövlətinin Prezidenti Şimon Pereslə, Avstriyanın "OMV AGE" şirkətinin baş icraçı direktoru Gerhard Roisslə və Amerika Birləşmiş Ştatlarının dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Robert Hormatsla görüşmüşdür.

yanvarın 26-da

…Davosda "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villigerlə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvabla, Gürcüstanın Baş naziri Nika Gilaurilə, Almaniyanın "Deutıche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tilslə və idarə heyətinin üzvü Yürgen Figenlə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerlə, Ukrayna Prezidenti Viktor Yanukoviçlə, RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossmanla, Pakistan İslam Respublikasının Baş naziri Sayid Yusuf Raza Gilanilə, "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akermanla, "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə və "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskörlə görüşmüşdür.

yanvarın 27-də

…Davosda Böyük Britaniyanın York Hersoqu, şahzadə Endryu ilə görüşmüşdür.

AVSTRİYA "ŞAHDƏNİZ"Ə GÖZ DİKİB

22.09.07 - 9:07662 baxılıb

AVSTRİYALILAR ƏN YENİ DİAQNOSTİKA MƏRKƏZİNİ AZƏRBAYCANDA TİKMƏK NİYYƏTİNDƏDİR

Avstriya Azərbaycandan neft və qaz almaq üçün hökumətə müraciət edib. Dövlət Neft Şirkətinə yanacaq ehtiyatlarının nəqli ilə əlaqədar təkliflərini təqdim edən Avstriyanın "OMV" şirkəti, həmçinin neftin emal edilməsində də yaxından iştirak etmək niyyətini bəyan edib. "OMV" şirkətinin direktor müavini Gerhard Roys bildirib ki, Xəzərin Azərbaycan hövzəsindəki neft və qaz ehtiyatlarının birgə işlənməsində avstriyalıların marağı böyükdür.
Bunun üçün şirkətin zəngin təcrübəsi də var. Bu şirkət indiyə qədər bir çox ölkələrin neft hasilatı sənayesində iştirak edib. Avstriya Azərbaycanın neft-qaz sərvətlərinin NABUKKO kəməri vasitəsilə Avropaya nəql edilməsini də təklif edir. Gerhard Roys bildirib ki, Azərbaycan qazının alıcılarının sayının artması Avropada bu layihənin əhəmiyyətini daha da artırır. Bu layihə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında strateji dəhliz ola bilər.
Avstriyanın İqtisadiyyat və Əmək naziri Martin Bartenştayn bildirib ki, onun ölkəsinin iş adamları Azərbaycanda yanacaq-energetika, səhiyyə, bank, maliyyə, kənd təsərrüfatı və digər sahələrdə birgə layihələrə maraq göstərirlər. Avstriyanın iqtisadiyyat naziri "EVM" şirkətinin Azərbaycanda məişət tullantılarının emalı zavodunun inşasına maraq göstərdiklərini söyləyib. Bundan başqa , əcnəbilər xəstəxana və istirahət-sağlamlıq mərkəzlərinin tikintisinə sərmayə yatırmaq istəyirlər. Avstriyanın "VAMED" şirkəti bu sahədə böyük təcrübəyə malikdir. Şirkətin təklifi bəyənilsə, çox güman ki, gələn ilin əvvəllərində Azərbaycanda diaqnostika mərkəzi fəaliyyətə başlayacaq.
Bundan başqa, avstriyalılar ən son texnologiyalar əsasında elektrik stansiyaları tikməyi planlaşdırır. Bura külək və günəş stansiyalarının tikintisi də aid ola bilər. Maliyyə və bank sahəsində layihələrdə isə bu ölkənin bir neçə aparıcı şirkəti təkliflə çıxış edib. Xüsusilə də bank sistemi daha cəlbedici sayılır. Avstriyanın "Raiffesen İnternational" Bankının İdarə Heyətinin üzvü Hans Şladek bu məqsədlə Azərbaycanın bank bazarında "kəşfiyyat" xarakterli araşdırma apardıqlarını söyləyib. Azərbaycan banklarının vəziyyətini yüksək qiymətləndirən bankir hətta özəl kommersiya banklarının nizamnamə kapitalındakı səhm payına şərik olmaq niyyətini də səsləndirib. Onun fikrincə, müxtəlif variantlar nəzərdən keçirildikdən sonra Azərbaycanda banklardan biri ilə törəmə qurumun yaradılması qərara alınacaq. Heydər Babayev bu təşəbbüsü dəyərləndirib və "Raiffesen İnternational"ın ölkəmizdə fəaliyyət göstərməsini arzu edib.

çap üçün verisya

Axtarish sistemi

  


« February 2012
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
272829 
Advokat

1946-cı ildə anadan olmuşam. Hazırda yaşa görə təqaüd alıram. İşlədiyim illərdə (1969-1974) Naftalan Şəhər Sovetində İdman Komitəsinin sədri vəzifəsində çalışmışam. Həmin illər dövlət qulluqçusu statusu kimi mənə sayıla bilərmi, eləcə də qulluq stajıma əsasən mənə pensiya təyin olunması mümkündürmü?

İbrahimxəlil QURBANOV,
Naftalan şəhəri.


- Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 01.09.2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" qanuna əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə dövlət qulluqçularının vəzifələrinin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda şəhər sovetinin nəzdində idman komitələri nəzərdə tutulmadığından dövlət qulluğuna edilən güzəştlər sizə şamil edilə bilməz.


© 2006-2012
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.